Li Ben Çxol

Li Byon Çyol
kor. 이병철
Doğum tarixi
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Təhsili
Fəaliyyəti sahibkar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Li Byon Çyol (kor. 이병철; 12 fevral 1910[1]19 noyabr 1987, Seul) — "Samsung" şirkətin yaradıcısı. O, Koreyanın iqtisadi tarixinə ən böyük biznesmenlərdən biri kimi daxil ola bilib. Belə ki, Li Byon Çyol düyü ununun istehsalı üzrə fəaliyyət göstərən kiçik zavodu dünyanın ən nəhəng korporasiyalarından birinə çevirməyi bacarıb.

Böyük uğurun ardınca gələn ilk uğursuzluq

[redaktə | vikimətni redaktə et]

Li Byon Çyol 12 fevral 1910-cu ildə Cənubi Koreyada, Kyonsan-Namdo əyalətinin İyryon rayonunda böyük mülkədar ailəsində dünyaya göz açıb.

O, Vaseda Universitetində oxuyub, amma atasının erkən vəfatı ilə əlaqədar olaraq dərəcə ala bilməyib.[2]

Byon Çyol 1930-cu illərdə atasından ona miras qalan maliyyə ilə düyü unu istehsalı ilə məşğul olmağa qərar verir. Tequ şəhərində 1938-ci ilin 1 martında düyü üçün tikilmiş kiçik anbar "Samsung" şirkətinin uğurlu tarixinin başlanğıcı oldu. O, kiçik şirkəti "Samsung Sanghoe" adlandırdı.

İlk vaxtlarda istehsalda yalnız 40 insan işləyirdi. Çyol Çinə düyü unu və qurudulmuş balıq ixracının əlverişli kanallarını yaradıb öz şirkətini inkişaf etdirirdi.

Şirkət Koreya müharibəsinə qədər uğur qazanırdı, ölkənin 10 ən böyük ticarət şirkətlərindən biri idi, lakin 1950-ci ildə başlamış Koreya müharibəsi bu şirkətin biznesinə son qoydu.[3] Bütün anbarlar, düyü ehtiyatları, həmçinin şirkətin ofisi tamamilə yandılar.

Gözlənilməz həbs

[redaktə | vikimətni redaktə et]

Sonradan Çyol əlində qalan kiçik maliyyə ilə şirkətin fəaliyyətini bərpa etdi. Toxuculuq fabriki yaratdı və bir az sonra şəkərin istehsalı ilə məşğul oldu.

Beləliklə, Li Byon Çyol Koreyanın ən hörmətli biznesmenlərindən birinə çevrilirdi. Ancaq ölkədə alışmış inqilab bütün planları məhv etdi, ikinci dəfə uğursuzluğa düçar olmuş Çyolun bütün əmlakı müsadirə edildi, özü həbs olundu.

Elektronika Li Byon Çyola uğur gətirir

[redaktə | vikimətni redaktə et]

1961-ci ildə general Pak Çon Xi hakimiyyəti ələ aldı. Yeni hökumət iqtisadi islahatlar aparmağa qərar verəndə Çyolu xatırladı. Belə ki, istedadlı sahibkarlar ölkəyə lazım oldu, onu həbsdən azad etdilər və bizneslə məşğul olmağa icazə verdilər. Dövlət təcrübəli biznesmenə borc verdi, bu da "Samsung" şirkətininin yenidən dirçəlməsinə şərait yaratdı.

Li Byon Çyol öz şirkətini daha perspektivli sahə — elektronika istehsalına yönləndirdi.

Cənubi Koreya iqtisadiyyatı çox sürətli templərlə ildə 6 faizdən 14 faizə qədər inkişaf edirdi. Bu dövrdə ixracın artımı müşahidə olunurdu. Ona görə də 1969-cu ildə Samsung şirkəti, Sanyo ilə birləşdikdən sonra ağ-qara televizorların istehsalına başladı. Beləliklə, Sanyo və Samsungun birləşməsi ilə "Samsung Group" ən böyük sektorlarından birinə başladı — "Samsung Electronics". Şirkət 1983-cü ildə fərdi kompüterlərin istehsalına başlayıb.

Byon Çyolun istedadı və yüksək idarəçilik qabiliyyəti Samsung şirkətinə qısa müddətə olduqca böyük uğur qazanmağa imkan verdi. Amma bu dəfə hər şey daha ciddi idi – "Samsung" Koreya elektronika sənayesinin lideri oldu, korporasiya bir neçə bölmə aldı, bunlar məişət kimyası, tikinti, ağır sənaye və hətta avtomobil istehsalı ilə məşğul olurdular. Məhz "Samsung" korporasiyası ən hündür dünya göydələnlərinin tikintisi ilə məşğul olur, məsələn, Dubayda yerləşən məşhur "Bürc Xəlifə" tikilisi.

Byon Çyol 1987-ci ildə vəfat edib, amma onun əsasını qoyduğu korporasiya bu gün ən böyük dünya şirkətlərindən biridir.

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Woo, Jaeyeon, "Memorializing the Company Founder, With Ads, 3-D and Holograms", Wall Street Journal, July 22, 2011, Korea Realtime, [1] Arxivləşdirilib 2020-08-14 at the Wayback Machine
  3. Watkins, Thaer, "The Chaebol of South Korea", Website, downloaded July 22, 2011, [2] Arxivləşdirilib 2011-08-27 at the Wayback Machine