Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Liber Sereyni | |
---|---|
isp. Líber Seregni | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 dekabr 1916[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 iyul 2004[1] (87 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Partiya | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Liber Sereyni Moskera (isp. Líber Seregni Mosquera; 13 dekabr 1916[1], Montevideo – 31 iyul 2004[1], Montevideo) — Uruqvay hərbi və ictimai xadimi, general. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" beynəlxalq Lenin mükafatı laureatı (1983). Ölkədə bərqərar olmuş xalqa zidd rejimə etiraz əlaməti olaraq 1969-cu ildə istefa vermişdir. 1971-ci ildən Uruqvay Kommunist Partiyası və ölkənin digər mütərəqqi partiya və təşkilatlarını birləşdirən Geniş Cəbhənin İcraiyyə Komitəsinin sədri olmuşdur. Odur ki, bu təşkilat 1973-cü il mürtəce hərbi çevrilişindən sonra gizli fəaliyyət göstərmişdir. Sülh, demokratiya və Uruqvay xalqının sosial tərəqqisi uğrunda apardığı mubarizə ustundə dəfələrlə təqiblərə məruz qalmış, 1978-ci ildə isə hərbi tribunalın əsassız hökmü ilə 4 il həbs cəzasına məhkum edilmişdir. Ölkənin və dünyanın mütərəqqi qüvvələrinin tələbi ilə 1984-cü ilin martında azad olunmuşdur.[2]