Lina Kostenko

Lina Kostenko
ukr. Ліна Василівна Костенко
Doğum tarixi 19 mart 1930(1930-03-19)[1][2] (94 yaş)
Təhsili
Fəaliyyəti şair, yazıçı, uşaq ədəbiyyatı yazıçısı, nasir
Fəaliyyət illəri 1957-ci ildən
Əsərlərinin dili ukrayn dili
Janrlar poeziya, roman, şeir
Üzvlüyü
Mükafatları "Kiyevin 1500 illik xatirəsinə" medalı "Fəxri legion" ordeni kavaleri 5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni
Taras Şevçenko adına Ukrayna Milli Mükafatı
Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı
Kiyevin fəxri vətəndaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lina Vasiliyevna Kostenko (19 mart 1930[1][2]) — XX əsrin altmışıncı illərinin sovet və ukraynalı yazıçısı, şairə, ictimai xadim. O, 1967-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.

O, 1930-cu il martın 19-da Ukrayna SSR-nin Rjişev şəhərində müəllim ailəsində anadan olub. 1936-cı ildə ailə Kiyevə köçür və Lina burada 123 saylı orta məktəbdə təhsil alır. 1956-cı ildə bitirdiyi Kiyev Pedaqoji İnstitutunda, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır.

Lina Kostenko 1950–1960-cı illərin əvvəlində gənc ukraynalı şairlərin qalaktikasında ilk və ən diqqət çəkənlərdən biri olub. Kostenkonun həmin illərdə "Dnepr" jurnalında dərc olunmuş əsərlərində "insanların standartlaşdırılmasına, sadələşdirilməsinə və primitivləşməsinə qarşı üsyanı" açıq-aydın səslənirdi.[3][4]. Onun "Yerin şüaları" (1957) və "Yelkənlər" (1958) şeirlər topluları oxucuların və tənqidçilərin marağına səbəb olmuş, 1961-ci ildə işıq üzü görən "Könül səyahətləri" kitabı uğur qazanmaqla yanaşı, həm də şairənin əsl yaradıcılıq bacarığını ortaya qoymuş və onun adının Ukrayna poeziyasının görkəmli ustadları sırasına daxil olmasına səbəb olmuşdur.[5] Ədəbiyyatşünaslar görə Kostenkonun ilk toplularında artıq milli əsaslara qayıdış, onların yenidən düşünülməsi və yenilənməsi, humanist dəyərlərin yüksəlişi müşahidə olunurdu.[6][7]

Durğunluq dövründə yaradıcı düşüncə azadlığına qoyulan məhdudiyyətlər və müxtəlif "rüsvayçılıqlar" Kostenkonun şeirlərinin uzun müddət praktiki olaraq çap olunmamasına səbəb oldu. Lakin o illərdə şairə hər şeyə baxmayaraq, lirik janrlarla yanaşı, "Marusya Çuray" povesti üzərində də çox çalışıb.

1967-ci ildə Lina Kostenko, Pavel Tıçina və İvan Draç Harvard Ukrayna Tədqiqatları İnstitutunun yaradıcısı Omelyan Pritsak tərəfindən Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. TASS-ın məlumatına görə, Nobel Komitəsi nominasiyanı "siyasi təsirlərə" və "xüsusi dil imtahanı"nın keçirilməsinin çətinliyinə görə rədd edib.[8]

L. Kostenkonun "Əbədi çayın sahilində" (1977), "Marusya Çuray" (1979), "Unikallıq" (1980) kitabları müasir Ukrayna poeziyasının fenomeninə çevrilmişdir.

Şairə həmçinin "Əriməyən heykəllər bağı" (1987) şeirlər toplusu, uşaqlar üçün "Ağsaqqal padşah" (1987) şeirlər toplusunu da yazıb. A. Dobrovolski ilə birlikdə "Saatını yoxla" (1963) filminin ssenarisini yazılmışdır.

2010-cu ildə onun ilk böyük nəsr əsəri — "Ukraynalı dəlisinin qeydləri" romanı nəşr olundu.[9]

O, Avromeydanı dəstəkləyib və 2014-cü ildə könüllü batalyonların əsgərləri, Milli Qvardiyanın və Ukrayna Silahlı Qüvvələrinin əsgərləri qarşısında çıxış edərək 2014-cü ildə dəfələrlə Ukraynanın şərqindəki münaqişə zonasına gedib.[10]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Lina Kostenko iki dəfə ailə həyatı qurub və iki övladı var.

Yerji-Yan Paxlevski ilə ilk evliliyindən olan qızı Oksana Paxlevskaya Kiyev yazıçısı,[11] 2010-cu ildə Ukraynanın Taras Şevçenko adına Milli mükafatı laureatıdır.[12]

1960–1970-ci illərdə A. Dovjenko kinostudiyasının direktoru Vasili Tsvirkunovla[13] ikinci evliliyindən oğlu Vasili proqramistdir və ABŞ-da yaşayır.[11]

  • "Kiyev-Mohila Akademiyası" Milli Universitetinin fəxri professoru
  • "Marusya Çuray" romanı və "Unikallıq" toplusuna görə T. Q. Şevçenko adına Ukrayna SSR Dövlət mükafatı (1987)
  • Antonoviç Fondu mükafatı (1989)
  • Petrarka mükafatı (İtaliya, 1994)
  • Beynəlxalq Olena Teliqa mükafatı (2000)
  • Ukrayna Prezidentinin fəxri nişanı (1992)
  • V dərəcəli Müdrik Şahzadə Yaroslav ordeni (2000)
  • Çernovtsi Milli Universitetinin fəxri doktoru (2002)
  • O, açıq şəkildə Ukrayna Qəhrəmanı titulundan imtina edib.
  • Fəxri Legion ordeni (2022)

Lina Kostenkonun əsərləri ingilis, belarus, eston, italyan, litva, alman, rus dillərinə ("Seçilmiş şeirlər kitabı", tərcüməsi Vasili Betaki, Paris, 1988), slovak və fransız dillərinə tərcümə olunub.

  1. 1 2 Lina Wassyliwna Kostenko // FemBio database (alm.).
  2. 1 2 Lina Kostenko // The Fine Art Archive. 2003.
  3. Панченко В.Є. Костенко Ліна // Костенко Л. [Текст]: біобібліогр. покажч / М-во культури України, Нац. парлам. б-ка України; упоряд.: Г.В. Волянська, Л.А. Кухар; авт. нарису В.Є. Панченко; наук. ред. В.О. Кононенко. Київ: Нац. парламент. б-ка. 2015. 5.
  4. Панченко В.Є. Костенко Ліна // Костенко Л. [Текст]: біобібліогр. покажч / М-во культури України, Нац. парлам. б-ка України; упоряд.: Г.В. Волянська, Л.А. Кухар; авт. нарису В.Є. Панченко; наук. ред. В.О. Кононенко. Київ: Нац. парламент. б-ка. 2015. 5.
  5. Башкирова О. Контамінація фольклорної казки в ранньому ліро-епосі Ліни Костенко // Проблеми поетики. 2019.
  6. Тарнашинська Л. Українське шістдесятництво: профілі на тлі покоління: (історико-літературний та поетикальний аспекти). Київ: Смолоскип. 2010. 27.
  7. Го Юаньпен. Раннее творчество Лины Костенко как Предтечи поколения шестидесятников (PDF) // European journal of literature and linguistics. № 3. 2019. ISSN 2310-5720.
  8. "Константин Паустовский входил в число кандидатов на Нобелевскую премию в 1967 году" (rus). ТАСС. 2018-01-02. 2018-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.
  9. "Интернет-газета «СЕГОДНЯ.ua»". 2010-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-02.
  10. "Лина Костенко — запрещённый в СССР классик украинской литературы". 2020-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-23.
  11. 1 2 "Ліна Костенко – біографія геніальної українки, яка стала сумлінням нації - Радіо Максимум" (ukrayna). Радіо Максимум. 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  12. "«Лина Костенко пожелала Тимошенко обломок Лукьяновской тюрьмы в качестве сувенира». Сайт газеты «Левый берег», 19.08.2011". 2014-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-20.
  13. Уже в окончательной форме существования.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]