Lindholm kərtənkələsi

Lindholm kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Lindholm kərtənkələsi (lat. Darevskia lindholmi ) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Rus naturalisti Vasili Adolfiç Lindholmun (1874—1935) şərəfinə adlandırıldır[2].

Ümumi uzunluğu 20 sm, əsasən uzun quyruğa malikdir. Erkəklər çoşqun-əhvəyi, boz-zeytun, dişilər isə — yaşıl rəngdə olurlar. Başı hiss olunan dərəcədə sıxılmış formaya malikdir.

Onlar əsasən dağ çöllərində, öndağlıq ərazilərdə, dağ meşələrində və dəniz sahillərində yaşayırlar. Onlara daha çox daşların arasında və gəmiriçilərin yuvasında rast gəlinir. Bu növün nümayəndələri istər yüksək, istərsə alçaq temperatura tez örgəşə bilirlər. İkiqanadlılar, düzqanadlılar, qarışqalar, kəpənəklər, böçəklər, hörümçəklərlə qidalanırlar

Yumurta qoymaqla çoxalır. Dişilər adətən 2-5 yumurta qoyur. Balalar yumurtadan avqust-sentyabr ayları çıxır.

Endemik növ olaraq Krımda yayılmışdır. Onlar əsasən yarımadanın dağlıq və cənub rayonlarında yayılmışdır. Onlara Feodosiya, Aluştı, Sudak və Qaradağda rast gəlinir.

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  2. Beolens, Watkins & Grayson, 2009 : The Eponym Dictionary of Reptiles. Johns Hopkins University Press, p. 1-296
  • Dieter Glandt: Taschenlexikon der Reptilien und Amphibien Europas, Quelle & Meyer, Wiebelsheim 2010, ISBN 978-3-494-01470-8.