Linkin Park | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
Rap metal Alternativ metal Nu metal Elektronik-rok |
Fəaliyyət illəri | 1996—h.h. |
Ölkə | ABŞ |
Şəhər | Kaliforniya |
Digər adı |
Xero (1996-1999) Hybird Theory (1999) |
Leybl | Warner Bros. |
Heyət |
Mayk Şinoda Rob Bourdon Brad Delson Deyv Farrell Co Han |
Keçmiş üzvlər |
Çester Benninqton Kayli Kristener Skott Koziol Mark Weykfild |
Əməkdaşlıq |
Jay-Z (duet) Busta Rhymes (duet) Page Hemilton (duet) Daron Malakian (əlavə gitarist) Tom Morelo (əlavə gitarist) |
www.linkinpark.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Linkin Park — Alternativ metal üslubunda mahnılar ifa edən Kaliforniyalı musiqi qrupu. İki Qremmi mükafatına layiq görülmüşdür.
1996-cı ildə Aqura-Hills şəhərində yaradılan qrup "Linkin Park" kimi 1999-cu ildən tanınmışdır. Debyut albomu "Hybrid Theory" 2005 ildə brilyant sertifikatlaşdırılmışdı. "Collision Course" albomu Jay-Z ilə meydana gəldi. 2002 il "Reanimation" albomu remikslərdən ibarətdir. Studiya albomları: "Hybrid Theory" (2000), "Meteora" (2003), "Minutes to Midnight" (2007), A Thousand Suns (2010), Living Things (2012) və The Hunting Party (2014)
Qrubun əsası əslində Los-Anceles-də bir universitetdə təhsil alan üç tələbə; Mayk Şinoda, Rob Bourdon və Brad Delson tərəfindən qoyulmuşdur. Mayk, Brad, Rob bir-birlərini tanıdıqdan sonra qrup yaratmaq fikrinə düşdülər. Maykın hip-hop söyləyə bilir, Brad Gitaranı, Rob isə zərb alətini çala bilirdilər. Universiteti bitirdikdən sonra qrup yaratmaq fikirləri daha da gücləndi. Onlar musiqi qabiliyyətini artırmaq üçün qruba DJlik bacaran, Co Hanı, Gitara çala bilən Deyv Fareli daxil etdilər. Ancaq qruba bir vokalist daha lazım idi. Və nəhayət, bu dörtlük Mark Veykfildi qruba vokalist olaraq daxil etdi. Bununla da XERO adı altında yenı bir rep-rok qrubu musiqi dünyasına daxil oldu. İlk olaraq Xero Sample Tape adı altında bir yoxlama kased çıxarıldı. Qrup albom çıxarmaq üçün musiqi sponsoru axtarsa da heç bir firma ilə müqavilə imzalamaq mümkün olmurdu. Bu vəziyyətdə 1998-ci ildə Mark Veykfild qrupdan çıxmaq istədini bildirdi. Qrubun digər üzvləri ona maneəçilik törətmədilər və Mark qrupdan çıxdı. Bundan sonra geridə qalan 4 nəfər yeni bir vokalist axtarışına çıxdılar. Bir gün Brad Delsonnun yaxın dostlarından birisi Ceff Blu onlara Arizonada Grey Daze qrupundan yenicə çıxmış Çester Benninqtonu qrupa daxil etməyi məsləhət gördü. Qrup üzvləri Çesternun səsi onlarda böyük təəsürat yaratdı. Və 1999-cu ildə Çester qruba daxil oldu. Ardınca qrup adını dəyişib Hybrid Theory olmasını istədi ancaq o vaxt Hybrid Theory adlı bir qrupun olması onları adlarını yenə dəyişib Linkin Park olaraq təyin etdilər. Onlar bu adı Kaliforniyanın Santa-Monika şəhərindəki Linkoln Park parkından aldılar. Qrupun üzvləri də, qrupun adı da tamamlanmışdı ancaq albom üçün yenə bir şey çatışmırdı. Uzun vaxtlar bir çox musiqi sponsoruna üz tutan Linkin Park heç birindən bir nəticə görə bilməmişdi. 1999-cu ildə Linkin Park, Hybrid Theory EP adında yarım-albom satışa çıxardı. Bu albomun çıxmasında çox da tanınmayan kiçik bir sponsor olan Mix Media iştirak etdi. Bu yarım-albom 500 ədəd satdı. Linkin Parkın yaranmasında böyük rolu olan Ceff Blu 1999–2000-ci illərdə Warner Bros.da işləməyə başladı. Beləliklə Linkin Park ilk albomunu çıxarmaq üçün böyük fürsət əldə etdi. Ceff Blu onlarla müqavilə imzaladı. 1999-cu ildən Linkin Park mahnıları yazmağa başladı. Və albom 2000-ci ildə yayımlandı.
2000-ci il oktyabrın 24-də prodüserliyi Don Gilmor tərəfindən edilmiş Hybrid Theory satışa çıxarıldı. Albom günlər keçdikcə kütləvi şəkildə alınırdı. Albom, sadəcə 2000-ci ildə 4.8 milyon nüsxə satdı. Albom kütləvi şəkildə alınır. ABŞ ən çox satılan musiqi siyahılarında birinci sırasında həftələrlə Hybrid Theory dayanırdı. Bunun nəticəsidir ki albom 2010-cu ilə qədər 25 milyon nüsxə satıldı. Bu 21-ci əsr üçün bir rekord idi. Və hələ də bu rekordun qarşısına çıxan olmayıb. "Hybrid Theory" ilin ən yaxşı satılan albomu olmuşdur. Linkin Park bu albomun mahnıları ilə bir ildə 320 konsert vermişdir. Albom kimi sinqllar da çox səs gətirdi. İlk yayımlanan One Step Closer 2001-ci ilin Rok Marşı oldu. ABŞın məşhur musiqi televiziyası MTV-də One Step Closer ən çox istənilən 2-ci mahnı oldu. Ardı ilə çıxan Crawling də böyük rəğbət gördü və Linkin Parkın musiqi tarixində dönüş yaratdı. Artık Linkin Park bütün dünyada tanınan məşhur bir nu-metal qrupu olmuşdu. Bir neçə sinql isə filmlərdə işlədilmişdir. "In the End" mahnısı isə MTV-nin Best Rock Video and Best Direction Awards qazandı. Crawling isə Best Hard Rock Performance ilə Qremmi mükafatı aldı. Ardınca isə Linkin Park, ən yaxşı yeni qrup, Hybrid Theory isə ən yaxşı rok albom mükafatını aldı. Bundan sonra 2002-ci ildə qrup bu albomun remiks variantını hazırmağı qərara aldı. Və bu baş tuttu. Reanimation adlı remiks albom buraxıldı. Reanimation isə 270.000 satıldı.
Hybrid Theorydən sonra bu uğuru davam etdirmək və insanların yaddaşında qalınmalı idi. Və bunu nəticəsidir ki, 2002-ci ildən sonra yeni albom fikirləşildi və yazılmağa başlandı. 2003-ci il martın 25-də ikinci studiya albomu "Meteora" ABŞ-də və Böyük Britaniyada 1-ci, Avstraliyada 2-ci yer tutdu. Meteora ilk həftəsində 800.000 ədəd satıldı və bir müddət Billboard dərgisinin 1-ci sırasında yer aldı. Albomda olan "Somewhere I Belong", "Faint", "Numb", "Breaking the Habit" həmin il radiolarda ən çox səsləndirilən mahnılar idi. Oktyabr ayında albom artıq 3 milyon satmış idi. Ümumiliklə albom 11 milyon satış rəqəminə çatdı. Qrup albom çıxandan bir neçə ay sonra Texasda bir konsert təşkil etdirdi. Hyuston stadionunda baş tutan konsert Linkin Parkın ən böyük konsertlərindən biridir. Qrup, bu konserti DVD-ləşdirərək satışa çıxardı. Linkin Parkın belə böyük nüfuz qazanması ilə bir çox musiqiçi onlarla duet etmək niyətinə düşdülər. Linkin Park, Meteora səyahəti ərzində Limp Bizkit, Deftones və b. musiqiçilərlə birlikdə mahnı ifa etdi. Ancaq rəsmisi məşhur hip-hop-çu Jay-Z ilə baş tutdu. Onlar birlikdə Collision Course albomunu yaratdılar. Bu albomdan yalnız bir sinql çıxdı. Numb/Encore adı altında bu sinql yayımlandı. Collision Course, Billboard siyahılarında birinci sıraya yüksəldi. Meteoranın sinqllarından birisi olan "Somewhere I Belong" Best Rock Video mükafatını aldı. Numb ilə isə "Artist of the Year and Song of the Year" mükafatı alındı.
2006-cı ildə Linkin Parkın qrup üzvləri qısa fasilədən sonra 3-cü studiya albomu üzərində çalışdıqlarını bildirdilər. "Minutes to Midnight" adlı albomun çıxışı 15 may 2007 tarixində baş tutur. Albom çox yaxşı satılır və ilin ən uğurlu albomlarından biri olur. Albomun "Shadow of the Day" klipi "MTV Music Awards" müsaiqəsində ilin rok klipi nominasiyasında qalib olur. Bundan sonra 2008-ci ilin yayında dünya turuna çıxır və bir sıra ölkədə cıxış edir. Qrupun İngiltərədə keçən konserti "Live at Milton Keynes" adı ilə DVDdə satışa çıxarılır. Albom ilk həftəsində 625.000 satır. Hamı bu albomunda Meteora kimi olacağını fikirləşir ancaq ümumiliklə digər albomlar qədər satılmır. Bu albomda populyarlaşan əsas sinqllardır. "Leave Out All The Rest" "Alatoran" filminin mahnısı olur. Digər sinqllar da MTV-nin müxtəlif mükafatları ilə təltif olunurlar. Bu albomdan əlavə olaraq Linkin Park, Busta Rhymes ilə We Made It mahnısını duet edir. Albomun ardı ilə Linkin Park, dünyadakı İqtisadi Böhran xeyrinə Live Earth konsert karvanına qoşulur. Bir çox konsert sonralar davam edir. Bunlardan ən möhtəşəmlərindən birisi The O2 Arenada baş tutan London konsertidir.
Minutes to Midnight albomunun çıxışı, sinqllarının çıxışı, konsertlər bitdikdən sonra Linkin Park, yeni albomun hazırlıqlarına başladı. Əslində yeni albomun çıxacağının işarəsini Çester Benninqton bir müsahibəsində demişdi. Linkin Park, mahnıları hazırlamaqla yanaşı fərqli-fərqli işlər görürdü. Dekabr 2008 tarixində Pro Tools 8 kompüter programı üçün instrumental bir melodiya bəstələndi. Bu mahnıya "Lockjaw" adı verildi və prodüserliyini Mayk və Co etdi. Bunlardan başqa birisi isə Transformers filmi üçün soundtrek hazırlamaq idi. Transformers heyətinin istəyini geri çevirməyən qrup, 2009-cu ilin may ayında New Divide hazırlayır və yayımlayır. Bundan sonra Mayk prodüserlik üçün Minutes to Midnightda olduğu kimi Rik Rubinə yönəlir. Və Rubin ilə razılaşılır. İyul ayında qrup, Avropa səyahətinə çıxır və Avropanın müxtəlif ölkələrində konsertlər keçirir. Bu konsertlər Sonisphere Festival ilə tanınır və avqust ayına qədər davam edir. Linkin Park isə İyul ayının 17-sində Türkiyədə keçirilən Rock'n Coke 2009 festivalında iştirak edir. Bundan sonra albom işləri geniş vüsət alır. 2010-cu ilin Yanvar ayında Haitidə güclü zəlzələ baş verir. Dünyanın məşhur musiqiçiləri birləşərək "Download to Donate" albomu hazırlayırlar. Linkin Park da bu albomda "Not Alone" mahnısı ilə iştirak edir. Linkin Park daha əvvəllər də dünyada baş verən təbii hadisələrdən baş verən yerlərə laqeyd qalmır və əlindən gələni edir. Bunlara misal Çarli və Katrina qasırğalarında baş verən qəza yerlərinə kömək etmişdir. Fevral ayında qrup, albom çalışmalarına davam edir. Aprel ayında isə Linkin Park dəyişik bir addım atır. Və iPhone telefon markaları üçün 8-Bit Rebellion! oyununu ixtira edir və ona da bir mahnı bəstələyir. Mahnı "Blackbirds" adı ilə oyun ilə birlikdə satışa çıxır. Sonra o mahnı A Thousand Suns albomunda ekstra trek kimi yer alır. Bundan sonra qrup, elə də gözə dəyən fəaliyyət içində olmur. Bir də 8 İyul 2010 tarixində Mayk Şinoda öz şəxsi Twitter profilindən 14 sentyabr 2010 tarixində albomun, 2 avqust 2010 tarixində isə albomun ilk sinqlı "The Catalyst" çıxacağı xəbərini yayır. Mayk Şinodanın dediyi kimi 2 avqust 2010 tarixində ilk sinql The Catalyst ABŞ-də satışa çıxır. 26 avqust 2010 tarixində isə sinqlın klipi yayımlanır.
Çester və Mayk öz Twitter profillərində bu albomun əvvəlki albomlara oxşayacağını demişdirlər. Belə ki, rep, rokun birlik olacağını ancaq bu albom daha melodik olacağını söyləmişdilər. Albom ilk dəfə Yaponiyada çıxmışdır. Albom ABŞ-də hələ yayımlanmamış, Linkin Park, MTV-nin musiqi mükafatında iştirak etdi. 10 sentyabr 2010 tarixində baş tutan bu mükafatlandırma mərasimində qrup, yeni mahnıları ilk dəfə səsləndirdi. Və, nəhayət, gözlənilən gün gəlib çatdı və A Thosand Suns satışa çıxdı. Albom yeni çıxdığı vaxt Billboard siyahılarında birinci pilləyə yüksəldi və bir həftə birinci qaldı ancaq qrup 2010 ilini Top 200 siyahısının 53-cü pilləsində bitirdi. 5 Oktyabr 2010 tarixində isə qrup, "Waiting for the End" çıxardı. Qısa vaxt içərisində klipi də çəkildi. Ancaq gözləndiyi qədər rəğbət qazana bilmədi.
A Thousand Sunsın satış uğursuzluğundan sonra qrup yanvar ayından yeni albom üzərində işləməyə başladı. Qrup üzvləri bu yeni albomun əvvəlkinə nəzərən daha çox satış rəqəminə çatması nəzərdə tutulurdu. Qrupun solisti Çester Benninqton Kerrang! jurnalına müsahibəsində qrupun daha əvvəl də işlədiyi Rik Rubin ilə prodüserlik üzrə anlaşdıqlarını və yeni albomda da prodüser Rik Rubin ilə Mayk Şinoda olacaqdı. Çester həmçinin qeyd etdi ki, yeni albomda nu-metal albomlarından izlər olacaq və A Thousand Suns-ın səs effektlərinin təkrarı bu albomda da olacaq. Qısacası, albom nu-metal ilə melodik səs effektlərinin qarışığı şəklində olacaq. 16 Aprel tarixində Mayk Şinoda, yeni albomdan ilk sinql olan Burn It Down satışa çıxacaq. Qrup sinql çıxmadan əvvəl rəsmi saytlarında öz tərəfdarları üçün Burn It Down-un sinql qapaq rəsminin tapmacasını yerləşdirdilər və bu tapmacanı yerinə yetirənə yeni sinqldan bir hissəni dinləmək imkanı yaratdılar. May ayının sonlarına doğru albomun adı və çıxış tarixi açıqlandı. Albomun adı Living Things çıxış tarixi isə 26 iyun 2012 oldu.
26 Mart 2014 Mike öz twitterində yeni albomun çıxışını bildirib. Albomun ilk sinqılı "Guilty All The Same" olmuşdur, trek reper Rakim ile birlikə oxunmuşdur. Həmçinin ikinci sinqlın çıxışı məlum olmuşdur — "Until It’s Gone", singıl rəsmi relizi — 30 may 2014. 8 aprel 2014, Complex TV üçün olan müsahibədə Mike təsdiqlədi ki yeni albomun adı "The Hunting Party" olacaq. Üstəlik öyrənildi ki, albomda 12 trek olacaq, 4 mahi isə başqa ifaçılar ilə duet olacaqdır (Rakim, Daron Malakian (System Of A Down), Tom Morello və Page Hamilton (Helmet).
Linkin Parkın 7-ci studio albomu olan One More Light 19 may 2017-ci il tarixində çıxarılırdı. Albomun səsyazma prossesi 2015 sentyabr-2017 fevral tarixlərində müxtəlif studiolarda baş tutdu. One More Light albomu ilə Linkin Park tamamilə yeni janr ilə musiqi dünyasına yenidən daxil olur. Lakin, bir çox kritiklər, həmçinin dinləyicilər bu yenilikləri birmənalı qarşılamadı. Albomdan ilk sinql olan "Heavy" 16 fevral 2017 tarixində YouTube üzərindən dinləyicilərə təqdim olundu. İlk zamanlarda dinləyicilərin böyük hissəsinin gözləntilərini qarşılamadığından "Heavy" kütləvi "disslike" atəşinə tutuldu. Lakin, 20 iyul 2017 tarixində qrupun vokalisti Çester Benninqtonun vəfat etməsindən sonra yeni alboma olan bu nifrət sanki, unuduldu. Hal-hazırda "Heavy" YouTube üzərindən 100 milyondan daha artıq izlənilib.[1] Albomdan çıxarılan ikinci sinql "Battle symphony" 16 mart 2017 tarixində, digər sinql "Talking To Myself" isə 20 iyul 2017 (Çesterin vəfat etdiyi gün) tarixində yayımlandı. Bir müddət sonra isə Albomun əsas "title track"ı olan "One More Light"ın 18 sentyabr 2017 tarixində Çester Benninqtonun ölümündən əvvəlki kadrlardan təşkil olunmuş klipi YouTube üzərindən yayımlandı.
İl | Sinql | Albom |
---|---|---|
2000 | One Step Closer | Hybrid Theory |
2001 | Crawling | |
Papercut | ||
In the End | ||
2002 | Pts.of.Athrty | Reanimation |
2003 | Faint | Meteora |
From the Inside | ||
Numb | ||
2004 | Somewhere I Belong | |
Breaking the Habit | ||
2004 | Numb/Encore | Collision Course |
2007 | What I’ve Done | Minutes to Midnight |
Shadow of the Day | ||
Bleed It Out | ||
2008 | Given Up | |
Leave Out All the Rest | ||
2009 | New Divide | OST Transformers: Revenge of the Fallen |
2010 | The Catalyst | A Thousand Suns |
Waiting for the End | ||
2011 | Burning in the Skies | |
Iridescent | ||
2012 | Burn It Down | Living Things |
Lost in the Echo | ||
Powerless | ||
2013 | Castle of Glass | |
2013 | A Light That Never Comes | Recharged |
2014 | Guilty All The Same | The Hunting Party |
Untill It`s Gone | ||
2017 | Heavy | One More Light |
Battle Symphony | ||
Talking To Myself | ||
One More Light |
Mükafat | Nominasiya | İl |
---|---|---|
Grammy Awards | Best Hip-Hop Collobration | 2006 |
Best Hard-Rock Performance | 2002 | |
MTV Europe Music Awards | Best Rock | 2011 |
Best Live Act | 2010 | |
Best World Stage | 2009 | |
Band of The Year | 2007 | |
Rock Band of The Year | 2004 | |
Band of The Year | 2002 | |
Hard Rock Band Of The Year | ||
MTV Asia Music Awards | International Artist of The Year | 2008 |
Best Rock Artist | 2004 | |
Best Video | ||
Best Rock Artist | 2003 | |
Best Video | ||
BreakThrough Artist of The Year | 2002 | |
MTV Video Music Awards | Best Rock Video | |
"In The End" | 2002 | |
"Somewhere I Belong" | 2003 | |
"Shadow Of The Day" | 2008 | |
Viewers Choise | "Somewhere I Belong" | 2004 |
American Music Awards | Best Alternative Artist | 2007 |
Best Alternative Artist | 2004 | |
Best Group | ||
Best Alternative Artist | 2003 |