Lockheed F-117 Nighthawk | |
---|---|
Tipi | Stels Təyyarə |
İlk uçuş | 18 iyun 1981[1] |
İstismara verilmə tarixi | oktyabr 1983[2] |
İstimarının bitmə tarixi | 22 aprel 2008[3] |
İstismarçılar | |
Buraxılış sayı | 64[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Lokhid F-117 "Nayt hauk" (ingil. Lockheed F-117 Night Hawk) — Lockheed Martin şirkətinin istehsalı, rəqibin Havadan Müdafiə (HM) sistemindən gizli keçmək və hərbi infrastrukturun strateji vacib yerüstü obyektlərinə(raket bazaları, aerodromlar, idarəetmə və rabitə mərkəzləri və s.) hucum etmək üçün nəzərdə tutulan, amerikan səsdən-asta təkyerli taktiki azgörünən zərbə təyyarəsi. İlk uçuşunu 18 iyun 1981-ci ildə edib. 64 ədəd istehsal edilib, sonuncu seriyalı nüsxəsi ABŞ Hərbi Hava Qüvvələrinə(HHQ) 1990-cı ildə təhvil verilib. Bir sıra hərbi münaqişələrdə F-117 yetərincə uğurlu tətbiq olunmuşdur. 2008-ci ilin ortasında bu tip təyyarələr silahlanmadan tamamilə çıxarılmışdır.