Lui-Jak Tenar

Lui-Jak Tenar
fr. Louis Jacques Thénard
Doğum tarixi 4 may 1777(1777-05-04)[1][2][…]
Vəfat tarixi 21 iyun 1857(1857-06-21)[1][2][…] (80 yaşında)
Vəfat yeri
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lui-Jak Tenar (fr. Louis Jacques Thénard; 4 may 1777[1][2][…]21 iyun 1857[1][2][…], Paris) fransız kimyaçısı, Paris Elmlər Akademiyasının prezidenti[5]

Lui-Jak Tenar 1777-ci il mayın 4-də La Luptyeredə (Nojan-sür-Sen yaxınlığında) anadan olmuşdu. 1798-ci ildə Parisdəki Politexnik Məktəbini bitirərək elə orada işləməyə başlamışdı. 1804–1840-cı illərdə Kollej de Fransın, eyni zamanda 1810-cu ildən Paris Universiteti və Politexnik Məktəbinin professoru kimi fəaliyyət göstərmişdi. 1810-cu ildən Paris Elmlər Akademiyasının üzvü və 1823-cü ildə onun prezidenti olmuşdu.[6]

Elmi maraq sahəsi

[redaktə | mənbəni redaktə et]

Tenarın elmi maraq sahəsi, əsasən, qeyri-üzvi kimya idi. O, tədqiqatlarını, əsasən, Gey-Lyüssakla birgə aparırdı. Onlar kaliumnatrium hidroksidlərinin istiliyin təsiri ilə dəmirlə reduksiyası vasitəsilə bu metalların alınma üsulunu işləmişlər. 1808-ci ildə o, kaliumun bor oksidinə təsiri nəticəsində bor almış, 1809-cu idə xlorun hidrogenlə reaksiyasına işığın təsirini aşkar etmiş, 1810-cu ildə üzvi birləşmələrin analizi üsullarını təklif etmişdi. O, natrium, kalium, yod və xlorun kimyəvi element olduğunu, xlorid və yodid turşularının tərkibində oksigenin olmadığını sübut etmişdi. 1818-ci ildə o, hidrogen peroksidi kəşf etmiş və bu maddəni təmiz şəkildə ala bilmişdi. Elə həmin ildə o, natrium amidi də kəşf etmişdi.

Tenar kimya və kimyəvi texnologiya sahəsində çoxsaylı əsərlərin müəllifidir. Belə ki, 1818–1824-cü illərdə o, bərk cisimlərin hidrogen peroksidin parçalanmasına katalitik təsirini aşkar etmişdi. O vaxtdan bu reaksiya müxtəlif maddələrin katalitik fəallığını müəyyənləşdirmək üçün etalon rolunu oynayır. 1813-cü ildə Tenar dəmir, gümüş, mis, qızıl və platinin təsiri altında ammonyakın termiki parçalanması üzrə bir sıra təcrübələr aparmışdı.

Üzvi kimya sahəsində çalışaraq, o, bir sıra fosfin törəmələrini (xüsusilə 1845-ci ildə trimetilfosfini) uğurla sintez etmişdi. İlk dəfə olaraq o sadə (dietil) və mürəkkəb efirlər arasında olan eksperimental fərqləri təsdiqləmiş, öddən xolin turşusunu ayırmışdı. O, "Elementar kimya kursu" (1–4-cü hissə, 1813–1816) adlı kitabın müəllifidir. 1826-cı ildə Tenar Sankt-Peterburq Elmlər Akademiyasının xarici fəxri üzvü seçilmişdi. Onun şərəfinə bir minerala tenardit adı verilmişdi.

  • Волков В.А., Вонский Е.В., Кузнецова Г.И. Выдающиеся химики мира. – М.: ВШ, 1991. 656 с.
  • Энциклопедический словарь. Брокгауз Ф.А., Ефрон И.А. В 86 тт.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Louis, Jacques Thénard // Sycomore (fr.). / Assemblée nationale
  3. 1 2 list of professors at Collège de France.
  4. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  5. Список профессоров Коллеж де Франс
  6. Жак Луи Тенар в базе Леонор