Luis Xorxe Rivera Errera

Luis Xorxe Rivera Errera
Doğum tarixi 1972
Doğum yeri
Fəaliyyəti ətraf mühit fəalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luis Xorxe Rivera ErreraPuerto-Riko ətraf mühit fəalı. 2016-cı ildə Şimal-Şərqi Ekoloji Dəhliz (CEN) təbiət qoruğunun mühafizəsindəki fəaliyyətinə görə Qoldman Ətraf Mühitin Mühafizəsi Mükafatına layiq görülüb[1][2][3].

Luis Xorxe Rivera Errera Truxillo Altoda (San-Juan yaxınlığındakı ərazi) doğulub böyüyüb və bütün həyatı boyu Puerto-Rikoda yaşayıb. Səkkiz yaşında o, buldozerlərin dörd nəsildir ailəsinə məxsus olan fermanı məhv etdiyini gördükdən sonra ətraf mühiti qorumaq qərarına gəlir. Bu torpaq Puerto-Riko hökuməti tərəfindən kanalizasiya təmizləyici qurğusu tikmək üçün müsadirə edilir[4][5].

Onun sözləri ilə desək: “Qərar verdim ki, böyüyəndə ətraf mühitin mühafizəsi ilə bağlı bir işdə oxuyub işləyəcəm”.

O, Puerto-Riko Universitetində ətraf mühiti öyrənmiş və daha sonra ətraf mühitin planlaşdırılması üzrə magistr dərəcəsi almışdır.

Erkən uşaqlıqdan Luis ekoloji mübarizədə iştirak edir. Universitetdə o, Las Kabesas de San Xuan təbiət qoruğuna səfər təşkil edir. Məzun olduqdan sonra o, San Xuanda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyində işləmiş və daha sonra “Dayanıqlı İnkişaf Təşəbbüsü” adlı təşkilatın həmtəsisçisi olmuşdur. 1999-cu ildən bu günə qədər o, Şimal-Şərqi Ekoloji Dəhlizinin qorunub saxlanmasına böyük töhfə vermiş və mühafizə kampaniyasında da əsas rol oynamışdır[6]. Şimal-Şərqi Ekoloji Dəhlizi Puerto-Rikonun şimal sahilində, ekoloji dəyər kimi tanınan sahil El Yunke milli meşəsinin ərazisidir. Yaş və bataqlıq ərazilərdən ibarət bu kövrək ekosistem 50-dən çox nadir, nəsli kəsilməkdə olan növlərə ev sahibliyi edir, onların çoxu endemikdir. “Şimal-şərq ekoloji dəhlizində” çoxalmış (təhlükəli) Dərili tısbağa xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq Yağış Meşələri İnstitutunun elmi direktoru Ariel Luqonun sözlərinə görə:

“Puerto-Rikalılar anlamağa başlayırlar. Əvvəllər yeyirdik, indi isə bizə aid olmayan, dünyaya aid olan biomüxtəlifliyin bir növü olduğuna görə qoruyuruq”[7].

  1. "Luis Jorge Rivera Herrera". Goldman Environmental Foundation. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
  2. "Grass-Roots Fight To Protect Puerto Rico's Coast Scores Environmental Prize". NPR.org. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
  3. "A Puerto Rican scientist defends an ecological gem and wins a Goldman Environmental Prize". The World from PRX. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
  4. "Q&A with Luis Jorge Rivera Herrera". Goldman Environmental Foundation (ingilis). 2016-06-07. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
  5. "Chơi casino trực tuyến có hợp pháp ở Việt Nam không? Chơi thế nào để an toàn?" (vyetnam). 2021-04-14. 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
  6. "SIERRA: The national magazine of the Sierra Club". Sierra Club (ingilis). 2020-03-26. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
  7. "Galardonado del 2016 Goldman Environmental Prize para las islas y naciones isleñas" (rus). 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.