MOWAG Piranya | |
---|---|
| |
Tipi | Zirehli Döyuş maşını |
Ölkə | |
Xüsusiyyətləri | |
Ağırlığı | 9.5 - 32 ton |
Uzunluğu |
6,25 m; 7,5 m |
Eni | 2,50 m ilə 2.66 m arası |
Hündürlüyü | 1.8 m ilə 1.98 arası |
Vikianbarda əlaqəli mediafayllar |
MOVAG Piranya (alm. MOWAG Piranha) İsveçrənin MOWAG şirkəti tərəfindən yaradılmış Zirehli döyuş maşını. 2010-cu ildən sonra, ABŞ-nin General Dynamics şirkətinə məxsusdur. Maşının 4 × 4, 6 × 6, 8 × 8 və 10 × 10 formaları var. Maşının zirehli personal daşıyıcısı, piyadaların döyüş maşını, döyüş kəşfiyyatı vasitəsi, kəşfiyyat maşını, komanda qərargah maşını, zirehli bərpa maşını və təcili yardım maşını variantları var.
MOWAG Piranya zirehli texnikası 20-dən çox ölkənin ordusuna xidmət göstərir və bir sıra xarici şirkətlər tərəfindən lisenziya ilə istehsal olunur. İstehsal olunan və sifariş siyahısına daxil edilən Piranya maşınlarının ümumi sayı 10.700-dən çoxdur.
Piranya maşınları 1970-ci illərin əvvəllərində İsveçrənin MOWAG konstruksiya idarəsi tərəfindən hazırlanmışdır. Hazrılanmasında məqsəd, müxtəlif təyinatlı hərbi maşınların yaradıla biləcəyi universal şassiyə malik bir maşını yaratmaq olub. Piranya maşınları 4x4, 6x6, 8x8 və 10x10 təkər formulunda hazırlana bilir. Piranya maşın ailəsinin bütün üzvləri üzməyi bacarırlar, bunun üçün maşının gövdəsinin arxa hissəsində iki pər quraşdırılmışdır.
Maşının ilk müştərisiİsveçrə ordusu olub. İsveçrə ordusuna ilk növbədə lazım olan , artıq köhəlmiş və 106 mm-lik M40 lülələri ilə təhciz edilmiş maşınları dəyişmək idi. Bunun üçun İsveçrəlilər tank qatili tipində hərbi mşınlar və özüyeriyən TƏİR sistemləri əldə etmək istəyirdilər. Bunun üçun 400 Piranya sifariş edilir [1] . Daha sonra ABŞ Dəniz piyadaları üçun bu maşınlardan sifariş verir. ABŞ DPK üçün maşınların təqdimatı 1980-ci ilin sonunda baş tutur. Ancaq maşınlar İsveçrə ordusundan iki il əvvəl, 1983-cü ildə ABŞ DPK-nə çatdırılır. Buna səbəb İsveçrə hökumətinin yalnız 1985-ci il dövlət büdcəsində bu vasitələri almaq üçün 500 milyon frank pul ayırması olur [1] . Daha sonra ABŞ ordusu Piranya maşınlarının əsasında hazırlanmış LAV-25 , LAV-II , Styker və.s kimi hərbi maşınlar sifariş edir.
Maşınlar İsveçrənin Kreuzlingen şəhərində yerləşən MOWAG Motorenfabrik AG zavodunda yığılmışdır. Maşının silahları Norveç konsorsiumu olan Thune — Eureka tərəfindən istehsal edilmişdir. Amerika LAV modifikasiyaları üçün qüllələr və toplar Merilenddəki AAI korporasiyası tərəfindən təmin edilir [1] . İsveçrədən başqa Kanada, ABŞ, Çilidə bu maşının əsasında hazırlanmış müstəlif maşınlar istehsal olunub.