Maks fon Südov | |
---|---|
isv. Max von Sydow | |
| |
Doğum adı | Carl Adolf von Sydow |
Doğum tarixi | 10 aprel 1929[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 2020[3][4][…] (91 yaşında) |
Milliyyəti | isveçli |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Kersten Olin (1951–1996), Katerina Brelit (1997) |
Uşaqları | Kles, Henrix, Sedrik və Yuves |
Atası | Karl Vilqelm |
Anası | Mariya fon Südov |
Fəaliyyəti | televiziya aktyoru, kinorejissor, rejissor, teatr aktyoru, kino aktyoru, aktyor |
Fəaliyyət illəri | 1948–h.h. |
Boyu | 191 sm |
Mükafatları | |
IMDb | ID0001884 |
Vikianbarda əlaqəli mediafayllar |
Maks fon Südov (isv. Max Carl Adolf von Sydow; 10 aprel 1929[1][2][…], Lund, Malmöhus qraflığı[d][5] – 8 mart 2020[3][4][…]) — İsveç film aktyoru. Maks fon Südov sənətinin peşəkarı olmaqla yanaşı, bir çox filmlərdə rol alaraq uğurlar əldə etmişdir. Maks fon Südov Avropanın hər yerində bir çox nailiyyətlərə malik olan, zamanının çox vacib bir aktyoru olmuşdur.[6]
Maks fon Sydovun atası Karl Vilqelm ona folkloru (o cümlədən Skandinaviya və İrlandiya xalq musiqisini) öyrətmişdi. Anası Mariya fon Südov Lund Universitetində müəllimə işləmişdi. 1951-ci ildə Maks fon Sydov Stokholm Dram Teatrında aktyorluq studiyasını bitirmiş və 1955-ci ildə Malmoə köçmüş, burada İnqmar Berqman ilə tanış olmuşdur. 1 avqust 1951-ci ildə aktrisa Kersten Olinlə evlənir və iki oğlanları dünyaya gəlir. Kles və Henrix hər ikisi də ataları ilə birgə "Havaii" filmində rol almışlar. Maks fon Südov 1996-cı ildə həyat yoldaşı Kersten Olindən boşanır. Bu ayrılıqdan sonra 1997-ci ildə Fransız film prodüseri Katerina Brelit ilə 30 aprel 1997-ci ildə ailə həyatı qurur. Aktyorun bu həyat yoldaşından da iki oğlu dünyaya gəlir: Sedrik və Yuves. Maks fon Südov, demək olar ki, Katerina Brelit ilə Paris şəhərində yaşayır.[7]
Aktyor asüdə vaxtlarında daha çox oxumağı, musiqi dinləməyi və baxça işləri ilə məşğul olmağı sevir. Maks fon Südov xüsusilə sinemanın usta rejissorlarından biri olan İsveçli İnqmar Berqmanın filmlərində rol almış və bu filmlərdə məşhur olan Südov, həm Berqman , həm də onun İsveç Film İnstitutu tərəfindən kəşf edilmişdir.1950-ci illərdə karyerasına kino sahəsində başlamış və onun uğurlu əsərləri yaranmışdır. Ingmar Berqmanın 1957-ci ildə çəkdiyi ən əhəmiyyətli filmlərindən biri olan "Yeddinci möhür" adlı filmdə Südov bütün diqqəti özünə çəkir.[7] Aktyor tezliklə ailəsi ilə Los-Ancelesə köçür və 1965-ci ildə ilk dəfə Amerika filmində baş rolda oynamaq təklifi gəlir. 1970-ci illərdə tam yetkin yaşda ən yaxşı filmlərdə rol almağa başladı.1973-cü ildə məşhur rejissor Vlliam Friedkinin "The Devil" adlı ilk filmində bir kahin rolunu oynayır. Məşhur amerikalı rejissor Sidney Pollack 1975-ci ildə "Üç Gün Kondor" adlı filmdə Robert Redford və Faye Dunavay ilə pis adam rolunu təsvir edir və burada casus rolunu oynayır. Müxtəlif filmlərdə müvəffəqiyyətli bir şəkildə karyerasına başlayınca, qisa bir müddətdə bütün Avropa və dünya tərəfındən tanınan və axtarılan ad olur. Biz onu ən sirli və casus səhnələrində mümkün qədər görürük və Berqmanın drama filmlərində necə ustalıqla oynaya bildiyinin şahidiyik. Südovun rol aldığı izah edilməli və qiymətləndirilməli olan bir çox vacib və unikal filmləri var. 1981-ci ildə "Qələbəyə qaçış" filmində Maykl Keyn və Silvestr Stallone ilə baş rollarda yer almışdı. 1982-ci ildə Barbar Konan (film, 1982) filmində Arnold Şvartsenegger birlikdə rol aldılar. 1986-cı ildə Vudi Allen-nin əsas filmlərindən biri olan "Hannah və onun bacısı", Maykl Keyn, Vudi Allen və Mia Farrov kimi mühüm adlarla bir daha uğurlu rolunu sübut etdi.1976-cı ildə məşhur italyan rejissoru Francesco Rosinin "Cadaveri eccellenti" filmdə naməlum adam rolunu təsvir etdi. Həmçinin 1976-cı ilin əhəmiyyətli filmi, "Lənətlənmiş gəmi" filmi olmuşdur. Filmdə Südov gəminin hakimi və kapitanı rolunu canlandırır, onunla bərabər, o dövrün ulduz oyunçuları-Faye Dunaway, Orson Welles Fernando Rey və başqaları rol alır. 1968-ci ildə tanınmış britaniyalı aktyor Alek Quinnes ilə "Quiller Memorandomu" filmində müvəffəqiyyətlə rolunu nümayiş etdirdi. Həm də 1968-ci ildə İnqmar Berqman drammatik "Vargtimmen" adlı dəhşətli filmində məşhur Norveçli gözəl aktrisa Liv Ullman ilə baş rollara çəkilir. Maks fon Sydovun film karyerasına baxdığımızda, 140 filmi var və qeyd etdiyimiz kimi, o, çox vaxt casus filmlər üçün məşhur olan yaxşı bir oyunçu olmuşdur. O, sərt və soyuq görünüşlü bir xarakter, oyunçu nümunəsi ilə bizə özünü təqdim etdir.