Maksim Matlakov | |
---|---|
rus. Максим Сергеевич Матлаков | |
Ölkə | Rusiya |
Doğum tarixi | |
Doğum yeri |
Leninqrad Rusiya Sovet Federativ Sosialist Respublikası |
Titulu | Qrosmeyster (2010) |
Son reytinqi | 2701 (yanvar 2017) |
Maksimal reytinqi | 2701 (yanvar 2017) |
FİDE nömrəsi | 4168003 |
Vikianbarda əlaqəli mediafayllar |
Maksim Sergeyeviç Matlakov (rus. Максим Сергеевич Матлаков, 5 mart 1991, Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2010).
O, 2009-cu il Sankt-Peterburq Çempionatının qalibi adını qazanmışdır.
Matlakov 2012-ci il 13-cü Avropa Şəxsi Çempionatında taybreykdə 6-cı olaraq, 2013-cü il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, birinci raundda Niderland qrosmeysteri Jan Smeetsi məğlub etmiş, ikinci raund taybreykində isə Azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarova uduzmuşdur.
Matlakov 2009-cu il Gipslis xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur.
2013-cü ildə Sankt-Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri, 2014-cü il Moscow Open turnirində isə 1-4-cü yerləri bölüşdürmüşdür. Matlakov 2013-cü il Avropa Klub Kubokunda 5-ci lövhədə gümüş medal qazanaraq Sankt-Peterburq komandasını təmsil etmişdir.