Manila | |
---|---|
Lungsod ng Maynila City of Manila | |
14°35′45″ şm. e. 120°58′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 24 iyun 1571 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 9 m[2] |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +63 2 |
Digər | |
manila.gov.ph | |
Vikianbarda əlaqəli mediafayllar |
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur.[4] Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır.[5] Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir.
Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir.
Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır.
Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.[6] Nilà Sanskrit dilindəki nīla (नील) indiqo və əlavə olaraq bu təbii boyanın çıxarıla biləcəyi bir neçə bitki növünə aid edilir.[6][7]
Köhnəlmiş, qeyri-dəqiq bir fərziyyə isə şəhərin adının "may nilad" ("niladın olduğu yer") sözündən qaynaqlandığını iddia edir.[6] Məşhur bir yanlış fərziyyəyəyə görə nilad sözü Pasiq çayının sahilində böyüyən su sümbülünə (Eichhornia crassipes) aiddir.[6] Bununla birlikdə, bu bitki növü yaxın zamanlarda Cənubi Amerikadan Filippinlərə gətirilmişdir və bu səbəbdən Manila toponiminin mənşəyi ola bilməz.[6]
Manila, Qloballaşma və Dünya Şəhərləri Tədqiqat Qrupu və Şəbəkəsinin (GaWC) üzvü olaraq "Gamma" olaraq qlobal şəhərlər siyahısına daxil edilmişdir.
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |