Mari Samuelsen

Mari Samuelsen
Ümumi məlumatlar
Doğum tarixi 21 dekabr 1984(1984-12-21) (40 yaş) və ya 1984[1]
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, skripkaçı
Musiqi aləti skripka
Albom şirkəti Doyçe Qrammofon[d]
Təhsili
  • Sürix İncəsənət Universiteti[d]
marisamuelsen.com

Mari Silye Samuelsen (norv. Mari Silje Samuelsen; 21 dekabr 1984 və ya 1984[1][2]) — Norveç skripkaçısı. Norveç və Avropada daha çox violonçel ifaçısı olan bacısı Hokon Samuelsenlə birlikdə çıxış edir.[2][3][4]

Mari Samuelsen 21 dekabr 1984-cü ildə anadan olub və Hamar şəhərində böyüyüb.[3] Üç yaşından yerli musiqi məktəbinə gedərək skripkada ifa etməyə başlamışdır.[2] Dörd yaşında tanınmış skripkaçı Arve Tellefsenin şagirdi olmuşdur.[2][5] O, şagirdləri olan Mari və Hokon Samuelsenləri "Norveç simli musiqisinin ən böyük istedadları" adlandırıb.[5][6] She studied with Tellefsen in Oslo, and played with him for almost 10 years.[2] Mari Oslo şəhərində Tellefsendən musiqi dərsləri alıb və təxminən 10 il onunla birlikdə ifa edib.[2]

Sonralar Samuelsen Oslodakı Barratt Dyu Musiqi İnstitutunda skripkaçı Ştefan Barratt-Duenin rəhbərliyi altında təhsil almışdır. On il müddətində dünyaşöhrətli skripkaçı, professor Zaxar Bronun tələbəsi olmuşdur. Mari Samuelsen 2012-ci ildə İsveçrədəki Sürix İncəsənət Universitetinin iki magistr dərəcəsinə layiq görülmüşdür.[2]

Musiqi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, Maks Rixter, Ceff Mills, Dubfire kimi peşəkarlarla əməkdaşlıq etmişdir. Maks Rixter Samuelsen haqqında demişdir:[7]

" Mari əla skripkaçı olmaqla yanaşı, mənim kompozisiya aləmimi yaxşıca duyur və məramımı fövqəltəbii şəkildə çatdırmağı bacarır.
"

2014-cü ildə Mari ilə Hokon Ceyms Hornerin "Pa de-de" ikili konsertinin dünya premyerasını ifa etmişdirlər.[3][8]

Samuelsen 7 iyun 2019-cu ildə Deutsche Grammophon leyblində "Mari" adlı ilk solo albomunu təqdim etmişdir.[9] Alboma əsasən Berlin Konserthaus orkestri və dirijor Conatan Stokhammerlə ifa olunmuş müasir və minimalist əsərlər daxil edilmişdir. Albomda Maks Rixter, İohann Sebastyan Bax, Brayan İno, Filip Qlass və başqa bəstəkarların əsərləri yer almışdır.[10] Rixterin Memoryhouse albomuna (2002) daxil olan və Mari Samuelsen tərəfindən ifa olunmuş "Noyabr" (ing. November) kompozisiyası "Mari" albomu işıq üzü görməmişdən əvvəl sinql kimi buraxılmışdır.[7][11]

  1. 1 2 Samuelsen, Mari // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 5 6 7 "Mari Samuelsen the Norwegian Violinist". Phamox Music. Dekabr, 2017. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  3. 1 2 3 "Mari and Hakon Samuelsen". Mercury Records. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  4. "Mari Samuelsen". AllMusic. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  5. 1 2 Kjøde, Ingvild. "Jeg tynte meg gjennom tenårene". Kvinner og Klær. 28.06.2015. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  6. Andrews, Kernan. "Listen to A Norwegian Vision". Galway Advertiser. 05.11.2009. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  7. 1 2 Peacock, Paul. "Hear Max Richter's 'November' Covered By Norwegian Violinist Mari Samuelsen". uDiscoverMusic. 11.01.2019. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  8. Pettersen, Tomas Lauvland. "Pas de deux". Musicnorway.no. 04.07.2014. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  9. "Mari Samuelsen – Mari". AllMusic. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  10. "New Releases: Mendelssohn in Birmingham Overtures – BSO & Edward Gardner; MARI – Mari Samuelsen". Classic FM (UK). 10.06.2019. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  11. "Violinist Mari Samuelsen signs to Deutsche Grammophon". The Strad. 14.01.2019. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]