Mariu Ruy | |
---|---|
port. Mário Rui | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 may 1991[1][2] (33 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Boyu | 170 sm |
Çəkisi | 72 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Mariu Ruy (27 may 1991[1][2], Sineş[d]) — Portuqaliyalı futbolçu. "Napoli" klubunun və Portuqaliya milli komandasının müdafiəçisi.
"Benfika"da formalaşan futbolçu, peşəkar karyerasının böyük hissəsini İtaliyada keçirib, A Seriyasında "Empoli" və "Roma" klublarında oynayıb.
Mariu Ruy DÇ-2018-də Portuqaliya yığmasının heyətində çıxış edib.
Mariu Portuqaliyanın "Benfika" klubunun yetirməsidir. Ancaq o, bu klubun böyüklərdən ibarət komandanın heyətində bir dənə də olsun oyun keçirməyib.
2010/11 mövsümündə Portuqaliyanın "Fatima" klubuna icarəyə verilib və bu komandanın heyətində Portuqaliya ikinci liqasında 25 oyun keçirib və 1 qol vurub.[3]
2011-ci ildə İtaliyanın "Parma" klubu ilə müqavilə bağlayıb. 2011–2014-cü illərdə o, İtaliyanın "Parma" klubuna məxsus olsa da, komandanın heyətində bir dənə də olsun oyun keçirməyib və müxtəlif komandalara icarəyə verilib.
2011/12 mövsümündə o, "Qubbio"da icarə əsasında çıxış edib. "Qubbio"nun heyətində B Seriyasında 31 oyun keçirib və 2 qol vurub.
2012/13 mövsümündə o, "Speziya"da icarə əsasında çıxış edib və klubla B seriyasında 23 oyun keçirib.
2013/14 mövsümündə o, "Empoli" klubuna icarəyə verilir. "Empoli" ilə B seriyasında 26 oyun keçirir və komanda çempionatı 2-ci yerdə başa vuraraq birbaşa "A Seriyası"na vəsiqə qazanır. 2014-cü ilin yayında futbolçu, icarədə olduğu "Empoli" tərəfindən tam olaraq transfer edilir.[4] 2014/15 mövsümündə A Seriyasında 34 oyun, 2015/2016 mövsümündə isə 36 oyun keçirir.
2016-cı ilin yayında o, 30 iyun 2017-ci il tarixinədək icarə əsasında "Roma"ya keçdi.[5][6] 2016/2017 mövsümündə 5 liqada oyun keçirib. 2017-ci ilin yayında "Roma" futbolçunu 6 milyon avroya transsfer edir.
2017-ci ilin yayında o, 30 iyun 2018-ci il tarixinədək, sonradan almaq imkanı ilə icarə əsasında "Napoli"yə keçdi.[7][8][9]
Klub | Mövsüm | Liqa | Ölkə kuboku | Avropa | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Fatima (icarə) | 2010–11 | Segunda Liga | 25 | 1 | 5 | 0 | — | — | 30 | 1 | ||
Qubbio (icarə) | 2011–12 | B Seriyası | 31 | 2 | 1 | 0 | — | — | 32 | 2 | ||
Speziya (icarə) | 2012–13 | 23 | 0 | 1 | 0 | — | — | 24 | 0 | |||
Empoli | 2013–14 | 26 | 0 | 1 | 0 | — | — | 27 | 0 | |||
2014–15 | A Seriyası | 34 | 0 | 3 | 0 | — | — | 37 | 0 | |||
2015–16 | 36 | 0 | 1 | 0 | — | — | 37 | 0 | ||||
Toplam | 96 | 0 | 5 | 0 | — | — | 101 | 0 | ||||
Roma (icarə) | 2016–17 | A Seriyası | 5 | 0 | 2 | 0 | 2 | 0 | — | 9 | 0 | |
Napoli | 2017–18 | 25 | 2 | 1 | 0 | 4 | 0 | — | 30 | 2 | ||
2018–19 | 20 | 1 | 1 | 0 | 10 | 0 | — | 31 | 1 | |||
2019–20 | 24 | 0 | 4 | 0 | 7 | 0 | — | 35 | 0 | |||
2020–21 | 27 | 0 | 2 | 0 | 6 | 0 | 1 | 0 | 36 | 0 | ||
2021–22 | 34 | 0 | 0 | 0 | 5 | 0 | — | 39 | 0 | |||
2022–23 | 16 | 0 | 0 | 0 | 3 | 0 | — | 19 | 0 | |||
Toplam | 146 | 3 | 8 | 0 | 35 | 0 | 1 | 0 | 190 | 3 | ||
Karyerasında toplam | 326 | 6 | 22 | 0 | 37 | 0 | 1 | 0 | 388 | 6 |
Portuqaliya | ||
---|---|---|
İl | Oyun | Qol |
2018 | 8 | 0 |
2019 | 1 | 0 |
2020 | 2 | 0 |
2022 | 1 | 0 |
Toplam | 12 | 0 |