Marko Veşoviç | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 28 avqust 1991[1][2] (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 177 sm |
Çəkisi | 64 kq |
Mövqeyi | yarımmüdafiəçi |
![]() |
Marko Veşoviç — (28 avqust 1991[1][2], Podqoritsa[3]) — Monteneqrolu peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Monteneqro milli futbol komandasının müdafiəçisi.
Markonun uşaq yaşlarında ilk klubu Serbiyanın "Mladost" komandası olur. Sonrada futbolçu ilk peşəkar müqavilə imzalayacağı "Budçnost"un uşaq komandasına qoşulur."Budçnost"un əsas heyətində 2008-ci ildə debüt edir. Burada 11 oyun keçirib bir qol vurur. 2008-ci ildə "Mladost Podgorica" klubuna icarəyə verilir. Burada 12 oyunda meydana çıxır və 3 qola imza atır. 2010-cu ilin iyununda o, "Srvena Zvezda" klubuna keçir. "Qırmızı-ağlar"la 17 oyun keçirir. Yeni komandasıyla ilk qolunu Sloveniya çempionu "Koper"lə yoldaşlıq oyununda vurur.
30 yanvar 2014-cü ildə o, məşqçi Canpyero Venturanın rəhbərliyi altında bir neçə gün sınaqdan keçirildikdən sonra İtaliyanın "Torino" komandası ilə, azad agent kimi müqavilə imzalayır.[4] O, "Torino"da rəsmi debütünü 9 mart 2014-cü ildə Milana səfər zamanı "İnter"ə qarşı keçirdir. 2013-14 mövsümünün sonunda o, "Torino"nun heyətində dörd oyun keçirdir.
2014-cu ilin yayında icarə ilə Xorvatiyanın "Riyeka" klubuna yollanır. Burada ilk ilində 17 dəfə meydana çıxır və 1 qol vurur. Növbəti ildə "Riyeka" futbolçunu tam olaraq transfer edir. Daha üç il "Riyeka"nın formasını geyinən futbolçu, daha 67 oyunda meydana çıxır və 10 qol vurur.
Futbolçu, 2018-ci ildə Polşanın "Legiya" klubuna transfer olunur. 2021-ci ilə qədər Polşada top qovan futbolçu 62 oyunda meydana çıxır və 2 qol vurur.
Futbolçu 2021-ci ilin iyul ayında 2 illik müqavilə ilə Qarabağ klubuna transfer edilir.[5]