Meşə xurma palması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: ???: Meşə xurma palması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Afrika və Asiyanın tropiklərində yayılmışdır, qədim, mədəni bitki vadilərinin şahzadəsi adlanır.
Hündürlüyü 2–3 m-ə çatır.Gövdəsi nazik, düzdür, üzərində keçənilki yarpaqların saplaqlarının qalıqları qalır. Şaxələnmiş çətirinin diametri 2 m-dir.Gövdənin ucunda yerləşən yarpaqları göyümtül-yaşıl rəngdə, uzun, ensiz, lələkvari, əyilmiş qövsvari olub, saplaqlarda yerləşir. Lələkvari yarpağın xırda yarpaqcıqları ucundan iki yerə bölünmüşdür. Çəyirdəyi çox möhkəmdir.
İşıq, rütubətsevən bitkidir.Çox quru havada finikdə yarpaqların ucları qonurlaşır və onlarda tor gənəsi əmələ gəlir.Tez – tez yuyulma palmanın yarpaqlarını qurumadan və zərərvericilərin hücumundan qoruyur.Aprel- may aylarında köçürülməsi ( cavan palmalar hər il. Iriləri 3-4 ildən bir, ancaq hər il torpağın üst qatı dəyişməlidir) məqsədyönlüdür. Çimli, yarpaqlı, çürüntülü və qumlu torpaqlarda yaxşı bitir.Bu növ finik xloroz xəstəliyinə məruz qalır, bu da onun boy artımının zəifləməsinə və yarpaqda qonur xalların əmələ gəlməsinə səbəb olur.
Mərdəkan dendrarisinə 2008-ci ildə introduksiya olunmuşdu. Meşə finik palması son dövrlərdə Bakı da, Gəncə də, Suymqayıt da, lənkəran - Astara bölgələsində və s. Şəhər və rayonlarda mədəni şəraitdə parklarda, bağlarda becərilir.
Tək və qrup əkinlərində , eləcə də şəkərli bitki kimi qida sənayesində istifadə edilir.