Mehmed Əli Tofiq

Mehmed Əli Tofiq
Şəxsi məlumatlar
Doğum tarixi 9 noyabr 1875(1875-11-09)[1][2]
Doğum yeri
Vəfat tarixi 18 mart 1955(1955-03-18)[1] (79 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Kavalalı Tofiq Paşa
Anası Amina Najiba Khanum Effendi
Ailəsi Kavalalı ailəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehmed Əli Tofiq (ərəb. محمد علي توفيق‎; 9 noyabr 1875[1][2], Qahirə18 mart 1955[1], Lozanna) — II Misir xidivi Kavalalı Tofiq Paşanın oğullarından biri.[3]

9 noyabr 1875-ci ildə Qahirədə dünyaya gəldi. Atası Misir xidivi Kavalalı Tofiq Paşa, anası isə onun yeganə xanımı Əminə İlhami xanımdır. İlk təhsilini Qahirədə Abidin sarayında aldıqdan sonra Avropaya göndərildi və Cenevrədə hərbi təlim aldı. Atasının vəfatı xəbərini aldıqdan sonra 1892-ci ildə Qahirəyə qayıtdı. Qardaşı II Abbas Hilmi Paşanın səltənəti boyunca xarici ölkələrə səyahətlər etdi. İngilis, fransız, italyanalman dillərini bilən Mehmed Əli Tofiq, 1936-cı idə kral I Fuadın ölümüylə kral naibi oldu və bir il sonra I Faruqun taxta çıxmasına qədər bu vəzifəsini davam etdirdi.[4]

25 noyabr 1941-ci ildə keçmiş fransız aktrisası Suzanna Hemon ilə evləndi.[5]

1952-ci il inqilabı ilə digər ailə üzvləri kimi ehmed Əli Tofiq də sürgün edildi və 1955-ci ildə İsveçrənin Lozanna şəhərində vəfat etdi.

  1. 1 2 3 4 Muḥammad ʿAlī // VIAF ID.
  2. 1 2 Prinz Mohammed Ali // Munzinger Personen (alm.).
  3. Rozez, J. (1933), Royal Decree of 1911/Mémorial du centenaire de l'Ordre de Léopold. 1832-1932 (in English and French), Bruxelles
  4. "كتب ومؤلفات محمد علي | مؤسسة هنداوي". www.hindawi.org (ingilis). İstifadə tarixi: 2025-01-17.
  5. Montgomery-Massingberd, Hugh; Williamson, David, redaktorlar Burke's royal families of the world. Burke's series. London: Burke's Peerage. 1977. ISBN 978-0-85011-029-6.