Mey Mask | |
---|---|
ing. Maye Musk | |
| |
Doğum adı | Maye Haldeman[2] |
Doğum tarixi | 19 aprel 1948[1] (76 yaş) |
Doğum yeri |
|
Həyat yoldaşı | Errol Qraham Mask |
Uşaqları | İlon Mask, Kimbal Mask və Toska Mask |
Atası | Joşua Norman Haldeman |
Anası | Uinnifred Jozefin Fletşer |
Təhsili | |
İxtisası |
|
Fəaliyyəti | model[d], dietitian |
mayemusk.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mey Mask (ing. Maye Musk, qız adı-Haldeman; 19 aprel 1948[1], Recayna[d]) — Kanada-Cənubi Afrika modeli və dietoloqu[3][4].Həmçinin İlon Mask, Kimbal Mask və Toska Maskın anası[5].50 il model olaraq Time jurnalı sağlamlıq nəşri, Qadınlar Günü və Vogue da daxil olmaqla məşhur jurnalların üz qabığında yer aldı.New York Post, öz-özünə şöhrət qazandığını bildirərək onun "öz başına bir ulduz" olduğunu elan etdi[6].
Maye Haldeman 19 aprel 1948-ci ildə Kanadanın Saskaçevan vilayətinin Regina şəhərində əkiz[7] və beş uşaqdan[3] biri olaraq anadan olmuşdur. Ailəsi 1950-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərinə köçüb. Valideynləri Uinnifred Jozefin Fletşer və həkim-terapevt və həvəskar arxeoloq Dr. Joşua Norman Haldeman macəraçı idilər[8][9][10] və ailə 1952-ci ildə dünya ətrafında uçdu. Ailəsi Kalaharinin itirilmiş şəhərini tapmaq üçün Kalahari səhrasında on ildən çox vaxt sərf etdi. Valideynləri Meyə slayd şoular göstərir və səyahətləri haqqında danışırdılar[3]. Xanım Mask ailsi haqqında demişdir: "Valideynlərim çox məşhur idilər[8], lakin heç vaxt snob olmamışdılar"[3].
Haldeman 1969-cu il Miss Cənubi Afrika gözəllik müsabiqəsinin finalçısı olmuşdur[3]. 1970-ci ildə orta məktəbdə tanış olduğu Cənubi Afrikalı mühəndis Errol Maskla evləndi. onların üç uşağı oldu: İlon Mask, Kimbal Mask və Toska Mask. Cənubi Afrikadakı Orange Free State Universitetində dietologiya üzrə magistr dərəcəsi aldı[3]. Daha sonra Toronto Universitetində qidalanma elmi sahəsində başqa bir magistr dərəcəsi almışdır.1979-cu ildə Errol Maskdan boşandı. İki il sonra İlon atası ilə yaşamağa qərar verdi[3]. Kimbal da dörd il sonra İlona qoşulub. Orta məktəbi bitirdikdən sonra İlon Kanadaya köçməyə qərar verdi. 1989-cu ildə, altı ay sonra Maye qızı Toska ilə Kanadaya köçdü[6].
Modellik karyerası Kanadada və ABŞ-da davam etdi[6]. Special K[3] adlı reklam çarxında, Revlon reklamında[3] və Beyonse videosunda[3] yer aldı. Time jurnalının sağlamlıq nəşri üz qabığında[6] çılpaq şəkilləri və 2011-ci ildə də saxta hamilə qarnı ilə New York jurnalının üz qabığında[6] çılpaq şəkilləri çıxdı. 2012-ci ildə Elle Canadanın üz qabığındaydı[6] və Target və Virgin America reklam kampaniyalarında[6] rol aldı. 2017-ci ilin sentyabr ayında, 69 yaşında CoverGirl-ın ən yaşlı elçisi oldu, bu hadisə bir xəbər hekayəsində "tarix yazmaq" başlığı altında paylaşıldı[11][12]. 2015-ci ildə IMG Models ilə müqavilə imzalayıb[13].O 2021-ci ildə Yaradıcı Rəssamlar Agentliyi(Creative Artists Agency) tərəfindən imzalanmışdır.
Modellikdən əlavə bir diyetoloq kimi işləyir və dünya səviyyəsində təqdimatlar edir. Bir qidalanma mütəxəssisi olaraq, Kanadanın bütün əyalətlərində və 39 Amerika əyalətində mühazirə oxumuş və xüsusi bir təcrübəyə rəhbərlik etmişdir[6].
Bir qadın bir plan qurur: bir ömür boyu macəra, gözəllik və müvəffəqiyyət üçün məsləhət (2019) adlı bir xatirə kitabının müəllifidir[14].