Microsoft Office Outlook

Microsoft Office Outlook - Microsoft Office paketinə daxil olan şəxsi kommunikator proqramıdır. Outlook, həmçinin təqvim, tapşırıqların idarə edilməsi, kontaktların idarə edilməsi, qeydlərin aparılması, jurnalların qeydiyyatı, internetə baxış və RSS xəbərlərinin toplanması kimi funksiyaları da əhatə edir. Proqramlarda aşağıdakılar istifadə edilir:

  • təqvim
  • tapşırıqlar planı
  • elektron poçt
  • ünvanlar kitabçası.

Bu proqramla elektron ərizə yollamaq mümkündür. Proqramı Outlook Express ilə qarışdırmaq lazım deyil. Outlook Express Elektron poçtun müştəriçisidir. 1998-2003-cü illərdə böyük tirajla satılmışdır.

  • Outlook 97
  • Outlook 98
  • Outlook 2000 (digər adı: Outlook 9)
  • Outlook 2002 (digər adı: Outlook 10 və ya Outlook XP
  • Outlook 2003 (digər adı: Outlook 11 (Microsoft Office 2003 paketinə daxildir))
  • Outlook 2007 (digər adı: Outlook 12)
  • Outlook 2010 (digər adı: Outlook 14)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]