Mikloş Barabaş

Mikloş Barabaş
mac. Barabás Miklós
Doğum tarixi 10 fevral 1810(1810-02-10)[1]
Doğum yeri
Vəfat tarixi 12 fevral 1898(1898-02-12)[2][3][…] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti litoqraf, rəssam, fotoqraf, vizual incəsənət rəssamı
Janr portret
Stil Bidermayer
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mikloş Barabaş (mac. Barabás Miklós, 10 fevral 1810[1], Merkuşa[d], Kovasna12 fevral 1898[2][3][…], Budapeşt) – Macarıstan rəssamı. Əsasən çəkdiyi portretlərlə tanınır. Ən məşhur əsərləri 1847-ci ildə Ferens Rakoçini və 1853-cü ildə İmperator I Frans Yosefi rəsm etdiyiportretləridir.

Mikloş Barabaş 10 fevral 1810-cu ildə Kezdimarkoşfalvada anadan olmuşdur. İlk təhsilini Nadyenyeddə protestant məktəbində almışdır. 1829-cu ildə Vyanada Enderin tələbəsi olmuş, 1830-cu ildə isə Qabor Barradan Litoqrafiya dərsi almışdır. 1834-1835-ci illərdə Mikloş İtaliyaya səyahət edir. Onun bu səyahətinin əsas məqsədi Uilyam Leyton Leyçdən akvarel ilə rəsm çəkməyi öyrənmək idi. Mikloş Barabaş 6 il İtaliyada qalır. Onlar ustası ilə həm də yaxın dost olurlar. Mikloşun gələcəkdə bir rəssam kimi yetişməsində Leyçin rolu böyük olmuşdur. 1855-ci ildə o, Budapeştdə məskunlaşır.

O burada İslahatlar dövrünün görkəmli ədəbi və siyasi liderlərinin dəstəyini qazanır və çox keçmədən Macarıstanda milli incəsənətin qabaqcıllarından birinə çevirlir. Mikloş Macarıstanda sənət həyatının qurucularından və aktiv üzvlərindənidi. Bundan başqa “Macarıstan” janrının başlanğıcı da onun adı ilə bağlıdır. Onun "Rumıniyalı ailə sərgiyə gedir" (1844) əsəri dövrünün ən gözəl folklor janrı rəsmlərindən biri hesab edilir. Mikloş Barabaş həyatının böyük bir qismini Budapeştdə keçirmişdir. Həyatının ən çoxunu Pestdə keçirdi. Müttəhidlik dövründə maliyyə problemləri ilə üzləşiən rəssam, bir müddət fotoşəkil çəkməyə və ziyarətgahları boyamaya məcbur olmuşdu. Onun səyləri nəticəsində 1859-cu ildə İncəsənət Cəmiyyəti yaradılmış, 1862-ci ildən ölümünə qədər bu cəmiyyətin prezidenti olmuşdur. 20-ci illərdən başlayaraq Mikloş Barabaş Macarıstan, AvstiryaRumınyanın görkəmli şəxslərinin portretlərini çəkir. Yaşadığı müddət ərzində o, siyasət, musiqi və ədəbiyyatdan tutmuş, hərbi liderlər və yüksək cəmiyyət həyatından olan kişi və qadınların, həmçinin kənli ailələrin portletlərini çəkmişdir. 1884-cü ilin sonlarında rəssam məşhur macar çairi Yanoş Araninin portretini rəsm edir. Bundan başqa Layoş Koşut və Sandor Pitofi kimi siyasi simaların portretləri də ona şöhrət qazandırır. 1867-ci ildə Mikloş Barabaş Macar Parlamentinə seçilmişdir. 1898-ci ildə isə Budapeştdə vəfat etmişdir.

  1. 1 2 The Fine Art Archive. 2003.
  2. 1 2 Miklos Barabas // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Brozović D., Ladan T. Miklós Barabás // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  4. "Works by Miklós Barabás". 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.