Milliy stadionu

Bunyodkor stadionu
Xəritə
Tam adı Bunyodkor stadionu
Yeri Daşkənd, Özbəkistan Özbəkistan
Açılış tarixi 28 sentyabr 2012 (12 il əvvəl) (2012-09-28)[1]
Tikinti xərcləri 250 milyon $
Memar GMP memarlıq şirkəti
Tamaşaçı tutumu 34.000
Ev sahibi komanda "Bunyodkor"
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bunyodkor stadionu (özb. Bunyodkor Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur.

Stadionun loqosu.

Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 20082009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır.

Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.

Stadion FİFA U-20 Qadınlararası Dünya Çempionatı[2] üçün tikilmişdir. Stadionun açılışında 2012-ci il 28 sentyabrda "Bunyodkor" "Paxtakor" ilə qarşılaşmış və oyun 3:3 bitmişdir.

Stadionda ilk beynəlxalq oyun 26 mart 2013-cü ildə Dünya çempionatının seçmə mərhələsinin Asiya zonasının 4-cü mərhələsi çərçivəsində Özbəkistan ilə Livan arasında olmuşdur.

  1. "Arxivlənmiş surət". 2012-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
  2. "Arxivlənmiş surət". 2010-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

bunyodkor-stadium.uz — Rəsmi saytı