Milçəklər tanrısı

Milçəklər tanrısı
Lord of the Flies
Müəllif Vilyam Qoldinq
Janr roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 17 sentyabr 1954
Tərtibat Antoni Qross
Səhifə 253
Növ alleqorik

Milçəklər tanrısı və ya bəzən Milçəklər kralı[1] — Nobel mükafatını qazanmış ingilis yazıçı və şair Vilyam Qoldinq tərəfindən 1954-cü ildə yazılan alleqorik roman.

Kitabda baş verən hadisələr İkinci Dünya müharibəsindən sonra uydurulan nüvə müharibəsi illərində baş verir. Vilyam Qoldinq bu kitabı İkinci Dünya müharibəsindən sonra gördüyü vəhşiliklərdən sonra insan təbiətinin içindəki pisliyi və vəhşiliyi əks etdirmək üçün yazmışdır.

Kimsəsiz adaya düşən 4 uşaqdan ibarət qrup həyatda qalmaq üçün birləşirlər. Öz aralarında iş bölgüsü aparırlar. Bu zaman qrupa adanın başqa hissələrinə düşən uşaqlar qoşulunca bir idarəetməyə ehtiyac duyurlar. Aralarında baş verən mübahisənin həllini bir lider seçməkdə görürlər. Axırda Ralf lider seçilir. "Donuzcuq" ləqəbli uşaq tapdığı balıqqulağı ilə diqqəti üzərinə çəkir, amma balıqqulağı liderin əlinə keçdikdən sonra ona yönələn diqqət dağılır. Daha sonra katolik məktəbin uşaqlarından ibarət qrupda bu qrupa qoşulur və liderlik problemi böyüyür. Mübahisəni həll etmək üçün liderliyi bölüşdürmək qərarına gəlirlər. Ovçuluq işi katolik məktəbindən Cekə verilir. Daha kiçik uşaqlar baxmaq Donuzcuqa tapşırılır. Daha sonra yemək, yatmaq və xilas olmaq işləri ayrı-ayrı uşaqlara verilir. Xilas olmaq üçün adadakı dağda tonqal yandırmaq qərarına gəlirlər və bu işi ovçuluğa baxan Cekə verirlər: ov edərkən tonqala da baxa biləcəyini düşünürlər. Yemək və yatmaq işi sahildəki uşaqlara verilir. Cekin diqqətsizliyi üzündən tonqal bir anlıq sönür və bu zaman adanın yaxınlığından keçən gəmi uşaqları görmür. Sonda qrup iki yerə ayrılır. Cek və ona tabe olan uşaqlar dağa çıxır və Ralf və katolik uşaqlar sahildə qalır. Hər iki tərəfin də müəyyən çatışmazlıqları var. Buna görə tərəflər arasında görüşlər olur, amma nəticəsiz qalır. Belə görüşlərin birində Cek və Ralfın qrupları sahildə adada peyda olan bədheybəti öldürmək üçün müzakirə aparırlar. Bu zaman meşədə gəzən Simon adlı uşaq bədheybət gördüyünü zənn edib sahilə doğru qaçmağa başlayır. Ralf və Cekin qrupları Simonu bədheybət bilib onu öldürürlər. Amma onun bədheybət deyil, Simon olduğunu biləndə qruplar yenə ayrılırlar. Təkrar barışmaq üçün Ralf və Donuzcuq dağda qalan Cekin yanına gedirlər. Donuzcuq Rocerin yuvarlandığı qaya ilə birlikdə dəniz qayalıqlarına çırpılıb həlak olur. Ralf özünü xilas edə bilir. Cek və qrupu Ralfı öldürmək üçün adada axtarış apardıqları zaman adaya yanaşan gəmi uşaqları xilas edir.

"Milçəklər tanrısı" insanın daxilindəki liderlik istəyini əldə etmək üçün dost (müttəfiq) əldə etməyə və düşmənlə mübarizə aparmağa (lazım gələrsə öldürməyə) hazır olduğundan bəhs edir.

Roman əsasında iki film çəkilmişdir:

  • "Milçəklər tanrısı" - 1963-cü ildə Peter Bruk tərəfindən rəngsiz çəkilmiş və romanda baş verənlər cüzi dəyişdirilmişdir.
  • "Milçəklər tanrısı" - 1990-cı ildə rəngli şəkildə Harri Huk tərəfindən çəkilmiş, amma ilki qədər uğurlu olmamışdır.
  1. ElektronKitab. "Uilyam Qoldinq – Milçəklər tanrısı" (az.). 28 oktyabr 2014. 2016-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]