Mintimer Şaymiyev | |
---|---|
Минтимер Шәрип улы Шәймиев (Mintimer Şərip ulı Şəymiyev) | |
12 iyun 1991 – 25 mart 2010 | |
Sonrakı | Rüstəm Minnexanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tatarıstan MSSR, SSRİ |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Atası | Şaqişarip Şaymiyev |
Həyat yoldaşı | Səkinə Şakirovna Şaymiyeva |
Uşaqları | Ayrat və Radik |
Dini | sünni islam |
shaimiev.tatarstan.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Mintimer Şarip oğlu Şaymiyev (tatar. Минтимер Шәрип улы Шәймиев (Mintimer Şərip ulı Şəymiyev) rus. Минтиме́р Шари́пович Шайми́ев; 20 yanvar 1937[1], Ənək[d], Kalinin rayonu[d], Tatarıstan MSSR, RSFSR, SSRİ) — Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının birinci prezidenti. Etnik tatardır. İlk dəfə 12 iyun 1991-ci ildə prezident təyin olunmuş və bu vəzifəyə üç dəfə ardıcıl olaraq yenidən seçilmişdir.
Şaymiyev 1937-ci ildə Tatarıstan MSSR-nın Aktanışski rayonunun Anyakovo kəndində anadan olmuşdur. 1959-cu ildə Kazan Kənd Təsərrüfatı İnstitutundan məzun olmuş və kənd təsərrüfatı mühəndisi kimi işləməyə başlamışdır. 1963-cü ildə Kommunist Partiyasına üzv olmuş və 1967-ci ildə Tatarıstanın regional partiya təşkilatında kənd təsərrüfatı üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuşdur. Şaymiyev 1969-cu ildə respublikanın Meliorasiya və Su Təsərrüfatı naziri, 1983-cü ildə isə Tatar Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. 1989-cu ilin sentyabrında Tatarıstan Kommunist Partiyasının baş katibi vəzifəsini yerinə yetirmiş və elə həmin il SSRİ Xalq Deputatları Konqresinə seçilmişdir. 1990-cı ilin aprelində Tatarıstan Ali Sovetinə spiker təyin olunub. 31 avqust 1990-cı ildə Ali Sovet Tatarıstanın suverenliyini elan etdikdən sonra, 12 iyun 1991-ci ildə Şaymiyev Tatarıstan SSR-nın prezidenti vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin martında Tatarıstanın suverenliyi ilə bağlı keçirilən referendum zamanı səsvermədə iştirak edənlərin 62%-i suverenliyin leyhinə səs vermişdir. O, 2001-ci ildə Moskva şəhərinin meri Yuri Lujkovla birlikdə Vahid Rusiya partiyasının qurucusu olmuşdur.
Şaymiyev 2010-cu ilin yanvarında növbəti dəfə Tatarsıtan prezidenti olmaqdan imtina etmiş və Tatarıstanın Baş Naziri Rüstəm Minnexanovun bu vəzifəyə təyin olmasına üstünlük vermişdir. Nəticədə, 27 yanvar 2010-cu ildə o zamankı Rusiya Federasiyası prezidenti Dmitri Medvedyev Minnexanovu Tatarıstan prezidenti vəzifəsinə təyin etmişdir.