Misirin yeni paytaxtı | |
---|---|
العاصمة الإدارية الجديدة | |
30°02′01″ şm. e. 31°45′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 2015 |
İlk məlumat | 2015 |
Sahəsi |
|
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +20 2 |
Digər | |
thecapitalcairo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Misirin yeni paytaxtı — 13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir.
Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır.[1][2]
Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir.[3][4][5] 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb.[3]
Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb.[6] Daha sonra ortaya çıxdı ki, BƏƏ biznesmeni Mohamed Alabbar tərəfindən idarə edilən Capital City Partners firması da bu planlara cəlb edilib.[1]