Mixael Şumaxer | |
---|---|
alm. Michael Schumacher | |
![]() | |
Ləqəbi | Marcel Niederhausen[3] |
Doğum tarixi | 3 yanvar 1969[1][2][…] (56 yaş) |
Ölkə |
![]() |
Maşın | 23 |
Komanda | Mersedes GP |
Formula 1 karyerası | |
Yarış sayı | 250 (248-də start alıb) |
Çempionluq | 7 (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004) |
Birincilik | 91 |
Cəmi xal | 1369 |
Poul sayı | 68 |
Podium | 154 |
Rekord dərəcə | 76 |
Birinci yarış | 1991 Belçika Qran Prisi |
İlk birincilik | 1992 Belçika Qran Prisi |
Mövqeyi | 2-ci (2006) |
![]() |
Mixael Şumaxer (alm. Michael Schumacher; Almanca tələffüz: [ˈmɪçaʔeːl ˈʃuːmaxɐ] ( dinlə); 3 yanvar 1969[1][2][…]) — Almaniyalı Formula-1 pilotu. Formula-1 üzrə yeddi qat dünya çempionu. 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış etmişdir.
O, bir çox formula rekordlarını hələ də öz əlində saxlayır. Ən çox çempionluq, qran-pri qələbəsi, poul pozişn, ən sürətli dövrə, ən yüksək xal və bir mövsümdə qazanılmış ən çox qələbə. 2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu.
2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır. 2013-cü ilin dekabrında isə xizəkdə qəzaya uğrayaraq komaya düşmüşdür. Bir ilə yaxın koma vəziyyətində qaldıqdan sonra vəziyyəti yaxşılaşmış, bu haldan çıxmışdır.
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |