Mixaylov qəsri | |
---|---|
Михайловский замок | |
59°56′25″ şm. e. 30°20′15″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Sadovaya küçəsi, 2 |
Layihə müəllifi | Vinçentso Brenna |
Heykəltaraş | Karl Rossi, Fyodor Svinyin |
Memar | Vasili İvanoviç Bajenov |
Sifarişçi | I Pavel |
Tikilmə tarixi | 9 mart 1797 - 1801 |
Üslubu | Klassisizm |
Vəziyyəti | Dövlət Rus muzeyinin filialı |
Rəsmi sayt | rusmuseum.ru/eng/ |
İstinad nöm. | 7810640004 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mixaylov və ya Mühəndis qəsri (rus. Михайловский замок) – keçmiş İmperator sarayı Peterburqun mərkəzində, Sadovaya küçəsi № 2 yerləşir və İmperator I Pavelin sifarişiylə XVIII—XIX əsrlərdə inşa edilmişdi və məhz bu qəsr onun ölüm yeri olmuşdur. Bu bina ən böyük memarlıq abidələrindən sayılır və XVIII əsr Peterburq klassisizm memarlıq ənənələrinin sonunu özündə bildirir[1].
Mixaylov qəsrinin adı, içində yerləşən və Romanov sülaləsinin qoruyucusu sayılan Arxangel Mikail kilsəsinin və I Pavelin şıltaqlığı nəticəsində Malta cəngavərləri Ordeninin "Böyük Magistr" titulunu şərəflə qəbul etməsindən sonra şəhərdə yerləşən saraylarını "qəsr" adlandırması səbəbindən yaranmışdı[2]. İkinci adı olan "Mühəndis" sözü isə sarayda 1823-cü ildən bəri yerləşən mühəndislik məktəbindən götürülüb.
Bir sıra memuar müəllifləri iddia edirlər ki, sarayın adı onun hazırda yerləşdiyi yerdə Mikail arxangelinin bir qaravul keşikçisinə görünməsi ilə bağlıdır və daha sonralar qəsrin məhz burada tikilməsinə qərar verilir[3]. Hər necə də olsa, məhz bu cür o zamanın çağdaş insanları imperatorun sarayın nədən israrla "Mixaylov" adlandırılması səbəbini interpretasiya etmişdirlər. İstisna deyil ki, mələyin görünmə əfsanəsi yeni iqamətgahın təcili tikilməsinin şübhəli ehtiyacına haqq qazandırmaq üçün İmperator tərəfindən qəsdən yayılmışdır[4].
Bütün bunlara baxmayaraq, Mixaylov qəsri Rus memarlıq tarixində yeganə tanınmış dünyəvi memarlıq abidəsidir ki, onun adı öz sahibinin adından, təyinatından və ya yerləşdiyi ərazisindən deyil, sadəcə laraq bir müqəddəs şərəfinə verilmişdi.
Qəsr planda kənarları dairəvi küncləri olan kvadrat, içərisində ön həyətə çıxan mərkəzi səkkizbucaq təşkil edir. Qəsrin baş girişi cənubda yerləşir. Künclərdə yerləşən 3 körpü binanı meydanla birləşdirirdi. I Pyotrun heykəli yerləşən Konnetabl meydanın ətrafındaki xəndəyin üzərindən taxta asma körpü inşa olunmuşdu. Heykəlin arxasında - xəndək və 3 körpü yerləşirdi, həmçinin orta körpü yalnız İmperator ailəsi və xarici səfirlərinin istifadəsi üçün nəzərdə tutulmuşdu. Rusiya İmperatoru binanın layihələndirməsi zamanı ümumi Avropa paytaxtlarının tikinti sxemi sayılan düzbucaqlı daxili həyətlə düzbucaqlı qəsrin və dairəvi künc qüllələrdən imtina edərək, yeni bir konsepsiya ilə inşa olunmasını tələb etmişdi[2].
Bina Moyka çayının Fontanka mənbəyindən başladığı yerdə yerləşir. Əvvəllər qəsr su ilə hər tərəfdən əhatə edilmişdir: şimal və şərqdə Moyka və Fontanka çayları, cənub və qərbən isə Kilsə və Voznesen kanalları (bu kanallar indi qurudulub) qəsri şəhərdən tam ayıraraq ətraf ərazini süni adaya çevirirdi. Beləliklə, qəsrə yalnız körpü vasitəsilə daxil olmaq mümkün idi.
Binaya yaxınlaşma İtalyan küçəsində yerləşən üç yarımdairəvi qapılar vasitəsilə başlayırdı. Orta qapı yalnız İmperator ailə üzvləri üçün nəzərdə tutulmuşdu. Onun arxasınca isə geniş düz alleya salınmışdı və alleya boyu burada arena və "ekzertsirhaus" adlanan manej binaları tikilmişdi. Alleya 3 mərtəbəli kordeqardiya pavilyonları qarşısında bitirdi və burada artıq qəsrin müdafiə hissələri yerləşirdi.
Qəsr binasının kompleksinə daxil idi:
Sarayın memarlıq üslubu XVIII əsr Sankt-Peterburquna qətiyyən xas deyil. Özünün bir tərəfdən sərt, digər tərəfdən isə zərifliyi ilə Qəsr daha çox orta əsr qalasına bənzəyir. Qəsr Rusiya ərazisində yeganə romantik-klassisizm üslubunda saray kompleksidir[5]. «Binanın orijinal görünüşü, özündə ziddiyyətli memarlıq meylləri birləşdirməsi onu ümumrus klassisizmin inkişaf axarından tamamilə başqa bir səviyyəyə yüksəldir. Buna baxmayaraq, məhz Mixaylov qəsri Pavlov dövrünün ən ifadəli rəmzi kimi qəbul olunur. Onun görünüşündə isə aydın şəkildə sahibi və yaradıcısı sayılan İmperator I Pavelin bədii zövqü özündə təcəssüm edir»[1]
«Cənub fasadının mərkəzi hissəsi hündür kürsəvi mərtəbəyə qaldırılmış portik ilə kontrast şəkildə seçilir. Portik iki-iki birləşdirilmiş qırmızı mərmərdən ionik üslubda sütunlarla, üstündə isə fronton və attik ilə bəzədilmişdi»[6]. Həmçinin cənub fasadının divarları dəyişdirilmiş bibley sitatı ilə də bəzədilmişdi Ümumilikdə cənub fasadı monumental və reprezentativ görünüşə malikdir. Onun təntənəli kolonnadası və nəhəng obeliskləri öz görkəmi ilə Luvr muzeyinə və Parisdə yerləşən Sen Deni qapılarına bənzəyir[7].
Cənub fasadının qarşısında yerləşən Şimal fasadı Yay bağına baxır və özündə qəsrin Park-istirahət hissəsi kimi özündə təcəssüm edir. Onun mərkəzində lociya zalına aparan və heykəllər ilə bəzədilmiş geniş pilləkən var. Fasad bol-bol bəzədilmiş dekor attiklə tamamlanır[6]. Fasadın açıq terassasını mərmər kolonnada saxlayır, həmçinin burada yerləşən geniş pilləkən Flora və Herkules heykəlləri ilə bəzədilmişdi.
Sənət üzrə tarixçilər memarın belə çətin məsələni müvəffəqiyyətlə öhdəsindən gəlməsini xüsusilə qeyd edirlər[6][8].
qabağa çıxan kilsə apsidası ilə |
(Yay bağından görünüş) |
Avqust Fridrix Ferdinand fon Kotsebu - 1801-ci ilə aid Mixaylov qəsri haqqda qısa məlumat
Qəsrin yaradılmasının ümumi dizaynı və onun ilk eskizləri Pavelə məxsus idi. Gələcək iqamətgahın layihə üzərində işləri hələ 1784-cü ildə başlamışdı. Demək olar ki, 12 il boyunca davam edən layihələndirmə prosesində o 1781—1782-ci illərdə xaricə səfər zamanı müşahidə etdiyi müxtəlif memarlıq üslublarını nümunədən keçirirdi[1]. Yeni sarayın tikintisi üçün mümkün olabiləcək yer Qatçina şəhəri təxmin edilirdi. Tikintisin artıq başlandığı zaman, rusİmperatorun şəxsi qovluğunda gələcək sarayın 13 müxtəlif variantları tərtib olunmuşdu[9].
Qəsrin tikintisi I Pavelin uzunillik arzusu onun hakimiyyətinin elə ilk ayında, 28 noyabr1796-cı ildə «Əli-həzrətin daimi yaşayışı üçün tez bir zamanda alınmaz qalanın tikintisinin icra olunması, qəsrin yeri isə yarıdağılmış Yay bağının yerində inşa olunması barədə fərman nəşr olunmuşdur.
Qəsr binası burada keçmişdə yerləşən, memar Bartolomeo Françesko Ratrellinin layihəsi əsasında tikdirilmiş İmperatriça Yelizaveta Petrovnanın Yay sarayının yerində inşa olunmuşdu[10].
Qəsr 1797—1801-ci illər arasında inşa edilmişdir, özülünün ilk daşı isə 26 fevral (9 mart) 1797 ilində qoyulmuşdu. Sarayın layihəsi İmperator I Pavelin sifarişi ilə, memar Vasili İvanoviç Bajenov tərəfindən hazırlanmışdı. Tikinti işləri üzrə rəhbər Vinçentso Brenna seçilmişdi (buna görə də uzun illər Brennanı səhvən layihənin müəllifi hesab olunurdu))[6]. Brenna sarayın ilkin proyekti ilə yenidən işləyərək onun daxili bədii tərtibatını yaratmışdır.
Brenna və Bajenovdan başqa layihənin yaradılmasında İmperatorun özü də aktiv iştirak edirdi; məsələn onun saray üçün tərtib etdiyi bir neçə eskiz şəkillərini misal çəkmək olar[10]. Brennanın köməkçiləri sırasında Fyodor Svinyinin və Karl Rossinin adını çəkmək olar. Pavel tikintini tezləşdirirdi, Vinçentso Brennaya dövlət müşaviri rütbəsi verilmişdir və tikintidə ona kömək etmək məqsədilə Çarlz Kameron və Cakomo Kvarenqi dəvət olunmuşdular. Bundan başqa Brenna ilə birqə həmçinin E.Sokolov, İ.Girş və Q.Pilnikov, layihənin hazırlanması ərəfəsində isə Anri Fransua Qabriel Violye də çalışmışdılar. Tikinti işlərinin sürətləndirilməsi üçün inşaat materiallarının digər binalardan köçürülməsi də qeyd olunmuşdu: dekorativ daş, sütun, friz və heykəllər Sarskoye Selo və Rəssamlıq Akademiyasından (bu zaman inşaat materialların kəsirini azaltmaq üçün Sarskoye Selodaki pavilyonların bir neçəsi və Pelle sarayı sökülmüşdü), mərmər materialları Müqəddəs İsaak kafedralından, artıq yığılmış parket isə Tavrida sarayından gətirilmişdi. İmeratorun əmri ilə sarayın tikinti işləri gecə-gendüz, fənər və məşəl işıqları altında dayanmadan davam edirdi. Tikintidə eynivaxtda çalışan işçi sayı 6 min nəfərə çata bilirdi[2].
8 (21) noyabr 1800 ildə müqəddəs Arxangel Mikail günündə, qəsr təntənəli sürətdə təqdis edilmişdi. Lakin lakin onun daxili bəzək işləri hələ 1801-ci ilin mart ayına qədər davam edirdi. İmperator saraya köçməyindən 40 gün sonra faciəvi şəkildə qətlə yetirilir. Bundan sonra Mixaylov qəsri 20 il müddətində Romanovlar ailəsi tərəfindən tərk edilir və baxımsız hala düşür. I Aleksandr təcili sürətdə bacısı və Niderland kraliçası Anna Pavlovaya toy hədiyyəsi olaraq Mixaylov qəsrində yerləşən gümüş kilsə qapılarını əridilərək dəbdəbəli servis hazırlamasını əmr edir. I Nikolay Yeni Ermitajın tikilməsi üçün memarlardan qəsrin mərmərlərini çıxarmağı tələb edir[11]. 1823-cü ildə binanın ərazisində Baş mühəndislik məktəbi yer alır, buradan da onun ikinci adı yaranır. 1823-cü ildən qəsr rəsmi olaraq «Mühəndis» adı daşıyır. 1820-ci ildə Karl Rossi qəsr ətrafı əraziləri yenidən qurur; qaldırılan körpülər yığışdırılır, kanallar isə torpaqla örtülür. Sonrakı illərdə qala tədricən orijinal görünüşünü itirirdi. 1829—1835-ci illərdə mühəndislik məktəbinin ehtiyacları üçün daxili restrukturizasiyası və yenidənqurma işləri həyata keçirilmişdi (memar A. Y. Andreyev). 1893—1894-cü ildə qəsr memar Nikolay Lvoviç Şevyakov tərəfindən yenidən qurulmuşdu. Böyük Vətən müharibəsi illərində (1941—1945-ci illər) Mixaylov qəsrində hospital yerləşirdi. Sovet dövründə qəsrdə müxtəlif müəssisələri yerləşirdi: saray zalları uzununa və çapraz şəkildə bağlanmışdı, plafon və divar rəsmləri isə kobud şəkildə boyanmışdı[11].
1991-ci ildə binan üçdə bir hissəsi, 1994-cü ildə isə bütün bina Dövlət Rus muzeyinin nəzdinə verilərək, onun filialına çevrilir. Şəhərin 300 illik yubileyi ərəfəsində qəsr yenidən restavrasiya olunmuşdu, Pavelin zamanında mövcud olmuş bir çox interyer dizaynları da bərpa olunmuşdu, xüsusən yerin altına qalmış Voskresen kanalı və onun üzərində bir vaxtlar salınmış üç aşırımlı körpü də yenidən geri qaytarılmışdı. Mixaylov qəsrinin təntənəli açılışı 27 may 2003-cü ildə baş tutmuşdu.
Hazırda qəsrin içərisində «Rus incəsənətində əntiq süjetlər», «Rus rəssamların əsərlərində Renessans dövrü», «Qəsrin tarixi və sakinləri» və «Heykəltəraşların açıq fondu» adlı daimi ekspozisiyalar turistlərə nümayiş edilir[5].
Mixaylov qəsri ilə əlaqədar müxtəlif əfsanələrindən biri onun divarlarının rənqi ilə bağlıdır: versiyalardan birinə görə, divarın rənqi İmperatorun favoriti sayılan Anna Qaqarina Lopuxinanın əlcəyinin şərəfinə seçilmişdi. Digər versiyaya əsasən isə - bu Malta Ordeninin ənənəvi rənqi sayılır[2]. Çarın seçimdən sonra bu rənq modaya düşdü və bir müddət bir çox Peterburq sarayları öz divarlarını məhz bu rənqlə boyayır.
Əfsanəyə görə, Romanovların qoruyucusu sayılan Arxangel Mikailin şərəfinə inşa edilən qəsrin tikinti işləri artıq sona yetən zaman, saray balların birində rəqslərdən həyəcanlanan Anna Lopuxina birdən təsadüfən əlcəyini yerə salır. Yaxınlıqda olan I Pavel cəngavər lütfkarlığını nümayiş etmək üçün yerə düşmüş əlcəyi götürür və onu artıq öz sahibəsinə qaytarırdı ki, birdən I Pavelin diqqəti əlcəyin qəribə və qeyri-adi sarımtıl-narıncı rənginə yönəldi. Bir an düşündükdən onra, İmperator dərhal əlcəyi qəsrin memarına göstərərək, binanın divarlarının həmin əlcəyin rəng çalarlarında istifadə etməyi tapşırmışdı[14].
Dövlət Rus muzeyi binanın restavrasiyası ilə məşğul olmağa başladıqda, qəsrin divarları kərpici-qırmızımtıl rəngdə idi və bu rəngə şəhər sakinləri çoxdan alışmışdılar. Amma divarın orijinal boya qalıqlarını bərpaçılar suvağın altında aşkar etdilər və bu çətin müəyyən rəng (çəhrayı-narıncı-sarı) çalarları əlcək barədə əfsanəni təsdiqlədi[11].
Böyüklər üçün - 350 rubl, uşaq və tələbələr üçün isə - 150 rubl. Rusiya vətəndaşları üçün güzəştli qiymətlər: böyüklər üçün - 150 rubl, güzəştlə - 30 rubl. Ailəvi bilet (4 nəfərlik) - 250 rubl, il ərzində 6 gediş üçün isə giriş bileti - 500 rubl. Fotoçəkiliş - 200 rubl. «Sankt-Peterburq qonağının xəritəsini» almış turistlər üçün muzeyə pulsuz giriş mümkündür.
Qəsrin həyətində və ön fasadında iki Rus İmperatorun abidələri ucaldılmışdı.