Monofizitizm

Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Monofizitízm (q. yun. μόνος — "yalnız bir, vahid" + φύσις — "təbiət, mahiyyət") — İsanın yalnız bir Tanrı təbiətinin olduğunu və onda insan təbiətinin olmadığını iddia edən xristian təriqətidir. Bu təlim xristianların çoxu tərəfindən rədd edilir.

V-ci yüzillikdə xristoloji çəkişmələr getdiyi zaman yaranmışdır. 444-cü Konstantinopol kilsələrindən birinin arximandriti (rahiblikdə olan keşişlərə verilən yüksək kilsə rütbəsidir) olan Evtihian (Eutychianus) İsada insani mahiyyəti inkar edərək, onda yalnız İlahi mahiyyətin olduğunu iddia edirdi. Onun fikrincə, İlahi və insani təbiət bir-birinə sığmaz. Onlar birləşsə insan təbiəti İlahi təbiətdə əriməlidir. Evtihian və onun tərəfdarlarını monofizit adlandırmışdılar. Ancaq Evtihianı Konstantinopolda yığılan yerli Kilsə Məclisi pisləmişdir.

Bununla iş bitməmişdir. Evtihianı iskəndəriyyəli yepiskop Dioskor (Dioscorus) dəstəkləyirdi. 449-cü ildə, onun təşəbbüsü ilə, Efesdə yeni Ekumenik Kilsə Məclisi yığıldı, ancaq sonra bu məclis rəsmi kilsə tərəfindən tanınmamışdır və “quldur” məclisi adlandırılmışdı. Bu məclisdə monofizitlər qələbə çalmışdılar[1].

Bu qələbəni rəsmi kilsə tanımamışdı və Evtihiana qarşı mübarizəyə başlamışdı. Ona qarşı çıxışlar edənlərin arasında Antioxiya yaxınlığında Kir şəhərinin yepiskopu olan Feodoret (Theodoret de Cyr) (393 - 466) seçilirdi. O əvvəllər Nestoriusun mövqeyini dəstəkləyərək, başqa keşişlərə qarşı çıxış etmişdir. Ancaq sonra o, barışdırıcı mövqe tutmuşdur. Feodoret Evtihiana qarşı “Dialoq” əsərini yazmış və onu pisləmişdir. Bu əsərdə o yazırdı:

" Əlbəttə Tanrı-Loqos dəyişməz olaraq olub, var və olacaq. Lakin o insan oldu, insan təbiətini mənimsədi. Buna görə də, biz Onda hər iki təbiəti qəbul etməliyik...[2]. "

Beləliklə Feodoret İsada həm İlahi, həm də insani təbiəti tanıyırdı. O Məryəmı Tanrı anası kimi və Tanrının üçlükdən ibarət olmasını qəbul edirdi.

Kalkedon kilsə məclisi

[redaktə | mənbəni redaktə et]

Evtihiana və monofizitlərə qarşı hücumlar imperator II Feodosiusun ölümündən sonra daha da şiddətlənmişdi. Yeni imperator Markian (Marcianus), 451-ci ildə Xalkidon (indiki Kadıköy) şəhərində yeni Ekumenik Kilsə Məclisini çağırmışdı. Bu məclisdə İsanın həm İlahi, həm də insani təbiətə malik olması haqqında qərar qəbul edilmişdir. Bu təbiətlərin hər ikisi kamil və özünəməxsusdur. Onlar Üçlüyün ikinci üzvündə (yəni İsada) birləşmişdir. Xalkidonda qəbul edilmiş imanın əsası oros adlanır. Bu qərara görə İsada olan iki təbiətin bir-biri ilə münasibəti 2 cüt mənfi sözlə ifadə edilir:

1. “Birləşmədən, çevrilmədən, dəyişməz olaraq” (monofizitlərə qarşı).

2. “Bölünmədən, ayrılmadan” (nestorianlara qarşı)[3].

Beləliklə ortodoksal kilsənin ardıcılları inanırlar ki, İsa həm Tanrı, həm də insan kimi kamildir. Onun günahları yoxdur. O, öncə Ata tərəfindən doğulmuşdur, sonra isə insanları xilas etmək üçün ikinci dəfə Məryəm tərəfindən doğulmuşdur. İlahi və insani təbiətlər isə, onda “birləşmədən, çevrilmədən, bölünmədən, ayrılmadan” vəhdət təşkil edir.

Məclis sonrası olaylar

[redaktə | mənbəni redaktə et]

Ancaq Kalkedon məclisinin qərarı heç də hamını qane etməmişdir. Bir çox Şərq kilsəsi onu inkar etmişdi və monofizit düşüncəsinə üstünlük vermişdi. Feodosius adlı bir monofizit rahib, Kalkedondan qayıdaraq, Kilsə Məclisinin qərarlarına etiraz edərək, Fələstində üsyan qaldırmışdı. Üsyançılar Qüdsü ələ alıb qarətlərə məruz qoymuşdular. Üsyan yatırılandan sonra Feodosius Sinaya qaçmış və orada da üsyan qaldırılmışdı.

Sabitliyin pozulmasından ehtiyat edən papa I Leo monofizitlərlə barışıq axtarmaq məcburiyyətində qalmışdı. Ancaq buna baxmayaraq yepiskopların əksəriyyəti monofizitlərin əleyhinə çıxışlar edirdilər.

Monofizitlərin təqib olunması

[redaktə | mənbəni redaktə et]

Daha sonra isə, monofizitlik, Bizansa qarşı baş qaldıran çeşidli separatçı qrupların və millətlərin ideologiyasına çevrilmişdi. Buna görə də, 519-cu ildə, imperator I Yustianian bütün monofizit keşişləri vəzifələrindən azad edərək onlara qarşı təqiblərə başladı. Təqiblərdən xilas olmaq üçün monofizitlərin çoxu Misirə qaçdılar. Bu günə qədər qıpti (Misirdə), erməni, həbəş (Efiopiyada) kilsələri monofizit əqidəsində qalıblar.

Daha sonra, monofizitlər bir-neçə təriqətlərə bölünmüşdürlər. Məsələn Antioxiya patriarxı Severusun ardıcılları hesab edirdilər ki, İsanın bir təbiəti vardır, ancaq onun daxilində insani və İlahi keyfiyyətlər vardır. Öz dirçəlməsinə qədər İsanın bədəni insan bədəni idi, yəni o yeyirdi, içirdi və s.

Severusun ardıcıllarından fərqli olaraq, Halikarnas yepiskopu Yulianus (Julianus) ardıcılları (onları avtortodoketlər təriqəti adlandırırlar) hesab edirdilər ki, İsanın bədəni insan bədəni deyil. Onun yeyib-içməsi kimi insani keyfiyyətləri təbiətindən deyil, özünün istəyindən irəli gəlirdi.

Monofizit Kilsələri

[redaktə | mənbəni redaktə et]
  1. Monophysites and Monophysitism // Catholic Encyclopedia
  2. Иоанн Мейендорф. Введение в светоотеческое богословие. Часть 2, гл. 11 Arxivləşdirilib 2011-05-20 at the Wayback Machine. Вильнюс-Москва, “Весть”, 1992,
  3. Происхождение монофизитства. Arxivləşdirilib 2013-06-13 at the Wayback Machine // Михаил Поснов. История христианской церкви (до разделения Церквей - 1054 г.). Первое, сокращенное издание: София, 1937. Второе в изд-ве "Жизнь с Богом", полное: Брюссель, 1964. Репринт: Брюссель, ЖсБ, 1988.