Muniba Mazari | |
---|---|
urdu منیبہ مزاری | |
![]() | |
Doğum tarixi | 3 mart 1987 (38 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam, model[d], aktivist, diktor, spiker-motivator[d] |
munibamazari.com | |
![]() |
Muniba Mazari (urdu منیبہ مزاری?, 3 mart 1987, Rəhim Yar Xan, Pəncab) — Pakistan rəssamı və sosial-siyasi fəalı. O, 21 yaşında avtomobil qəzasına uğramışdır və Pakistanın əlil-arabasından istifadə edən ilk modelidir. Yaradıcılıqla yanaşı, tez-tez müxtəlif tədbirlərdə motivasiya natiqi kimi çıxış edən Muniba BMT Qadınlar təşkilatının Pakistan üzrə milli səfiridir.[1]
Muniba 3 mart 1987-ci ildə Pakistanda anadan olmuşdur. Əslən bəlucdur. 18 yaşında ilə həyatı quran Munibanın 2007-ci ildə, 21 yaşında avtomobil qəzası zamanı onurğası zədələnir. Munibanın Nil adlı övladlığa götürdüyü oğlu var.[2][3]
Muniba xeyriyyəçi kimi fəaliyyət göstərməklə yanaşı, özünün "Munibanın lövhəsi" adlı markasını yaratmışdır.
Muniba Mazari müxtəlif kampaniyalarında iştirak etmiş, bir müddət Pakistanın milli televiziyasında aparıcı kimi işləmişdir. Hal-hazırda Pakistanın BMT Qadınlar təşkilatının xoşməramlı səfiridir. O, burada qadın və uşaq hüquqları barədə çıxışlar edir. Muniba BBC tərəfindən 2015-ci ilin 100 qadınından biri, Forbs jurnalı tərəfindən 30 yaşdan cavan 30 nüfuzlu insandan biri seçilmişdir.