Möhtəşəm əsr (teleserial, 2011)

Möhtəşəm əsr
türk. Muhteşem Yüzyıl
Janr Telenovella
Rejissor Yağmur Taylan
Durul Taylan
Ssenarist Məral Okay
Rollarda Xalid Ərgənc
Məryəm Uzərli
Vahidə Perçin
Mehmet Günsür
Ozan Güvən
Nur Fettahoğlu
Əngin Öztürk
Pelin Karahan
Mərvə Boluğur
Araz Bulud İynəmli
Tolqa Sarıdaş
İstehsalçı ölkə Türkiyə Türkiyə
İl 2010
Studiya Tims Productions
Dil Türkcə
İlk çıxış tarixi 5 yanvar 2011
Rəng Rəngli
Mövsüm sayı 4
Seriya sayı 139
Seriya vaxtı 90 dəqiqə
IMDb ID1848220
tims.tv/serie/muhtesem-y…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Möhtəşəm əsr (türk. Muhteşem Yüzyıl) — Türkiyənin Star TV telekanalında yayımlanan teleserial. Türkiyə kinematoqrafının son illərdəki ən məşhur tarixi teleserialı hesab olunur. Osmanlı sultanı Sultan Süleyman Qanuninin həyatından bəhs edən film Türkiyənin orta əsr tarixini, mədəniyyətini, o dövrün zadəganlarının həyat tərzini və adət-ənənələrini əks etdirir.

Serial, təməl olaraq Osmanlı İmperatorluğu sultanı Qanuni Sultan Süleymanın və Xürrəm Sultanın həyatı, Xürrəm Sultanın övladları üçün girişdiyi taxt mübarizəsi və saray həyatı üzərində hazırlanmışdır.

Rejissorluğunu Taylan qardaşlarının etdiyi, prodüserliyini Timur Savcının boynuna götürdüyü serialın ssenarisini 10 Aprel 2012-ci ilə-ölümünə qədər[1] Məral Okay, ondan sonra isə Yılmaz Şahin yazmışdır. Seriallar 3.500.000 TL büdcəsiylə Türk televiziya tarixinin ən bahalı layihəsidir.[2]

İlk yayım tarixindən əvvəlki 5 aylıq müddət içərisində başlayan istehsal işləri üçün 2.100 m² sahəyə bir plato qurulmuş, 30 nəfərlik bir heykəltaraş və rəssam qrupu burada strukturların birə-bir eynisini inşa etmişdir.

İyirmi altı yaşında bu böyük iqtidarı idarə etməyə başladığında, Sultan Süleyman önünə elə bir hədəf qoymuşdu ki;

Böyük İsgəndərdən daha güclü və məşhur bir suverenlik quracaq və Osmanlını məğlubedilməz edəcəkdi.

1520-ci ildə bir ov gəzintisində aldığı, atası Yavuz Sultan Səlimin ölüm xəbəriylə taxta çıxan gənc Süleyman, xəyallarının kənarında bir iqtidarı idarə edəcəyinə bilmədən, Manisa'daki sarayında arvadı Mahidövran və oğlu kiçik Şahzadə Mustafanı buraxıb, yanında yaxın dostu, yoldaşı Parqalı İbrahim ilə yola çıxdılar. Topqapı sarayına gəldilər.

Beləliklə Qanuni Sultan Süleymanın qırx altı il davam edəcək olan iqtidarı başlayır. Süleyman, ilk olaraq ona şahzadələr doğan cariyə Alexandra ilə tanış olur. Tarixə adını Xürrəm Sultan olaraq yazdıran əslən Ukraynalı kölə. Süleyman, dünyanı fəth etmək üçün şərqdə Səfəvilər imperiyası, qərbdə Roma imperiyasıyla döyüşərkən Xürrəm Sultan da Osmanlı sülaləsində qalıcı olmaq üçün önünə çıxan maneələrlə mübarizə edirdi.

Süleyman, Xürrəmə olan ehtiraslı eşqinin əvəzini həyatında ən güvəndiyi dostu, Sədrəzəmi İbrahimi boğduraraq və oğullarının ölüm əmrlərini də verərək ödəyəcəkdi. Çünki Xürrəm Sultan üçün iqtidar oyunu qanlı və mərhəmətsiz bir oyun idi. Bu oyundan zəfərlə çıxmaq üçün hər yol savabdır.

Məryəm Uzərli

[redaktə | mənbəni redaktə et]

Mükafat aldığı mərasimlərdə serial müddətlərinə üsyan edən "Möhtəşəm əsr"in Xürrəm Sultanı Məryəm Uzərli, 19 may 2013 bazar günü Berlinə gedib dönmədi. əsəblərim gərgindir, müalicə olunacağam deyən Uzərli, dönməsi üçün razı edilməyə çalışıldı. Serialın 100. hissəsinin bu səbəblə çatışa bilməyəcəyini açıqlandı. Psixologiyasının çox çalışmaqdan və nizamsız vaxtlardan ötəri pozulduğunu və bir klinikaya yatıb müalicə olacağını ifadə edən Uzərli, İstanbula dönməyəcəyini söylədi.

Prodüser şirkət Məryəm Uzərlinin bir cür Türkiyəyə dönməsi üçün razı edə bilməyəndən sonra 100. hissənin əskik səhnələri də tamamlaya bilmədilər. bölüm yayımlanmayandan sonra telekanal Star TV ən böyük gəlir mənbəyi olan serialın yeni bölümü yayımlanmadığı üçün ən az 1 milyon dollar reklam gəliri itirdi. Məryəm Uzərli gəlməyəndən sonra çəkilişlər dayandırıldı və filmə 1 həftə tətil verildi.[3]

Prodüser Timur Savcı, artıq rəsmi olaraq seriala, Məryəm Uzərli olmadan davam edəcəklərini bütün mediaya eşitdirdi. Məryəm Uzərlinin yerinə Vahidə Perçin, Xürrəm Sultanın az yaşlandırılmış halı olaraq ekranlara gələcək şərhi edildi.[4]

Əsas personajlar

[redaktə | mənbəni redaktə et]
  • Sultan Süleyman Qanuni (Xalid Ərgənc) – Atası Yavuz Sultan Səlimin ardından taxta keçən 10. Osmanlı padşahı. Serialda ilk olaraq 1. hissədə ovlanma əsnasında ata minərkən görünmüşdür. Bu sırada Piri Mehmed Paşanın göndərdiyi ulağdan atasının öldüyünü öyrənir. Sürətlə İstanbula gələrək taxta keçir.
  • Xürrəm Sultan (Məryəm Uzərli/Vahidə Perçin) – Əsl adı Aleksandra Anastasiya Lisovska olan Rutenyalı bir nökər. Lehistan Krallığı içərisində olan Rutenya da bir keşişin qızı idi. Leo adlı nişanlısı, qardaşı və anası ilə birlikdə atasının idarə etdiyi ayin əsnasında Krım Tatarları tərəfindən hücuma uğrayır. Krım Xanlığına satılır, bir müddət sonra taxta yeni çıxan Qanuni Sultan Süleymana hədiyyə edilir. Padşahın arvadı Mahidevran Sultanı gözdən salır və hərəmdə yüksəlir.
  • Ayşə Hafsa Sultan (Nəbahat Çehrə) – Qanuni Sultan Süleyman, Xədicə Sultan, Beyhan Sultan, Şah SultanFatma Sultanın anası, Yavuz Sultan Səlimin arvadıdır. Serialda xatırlanan adı ilə Validə Sultan, Krım xanlığının valisinin qızı ikən Yavuz Sultan Səlimə hədiyyə edilmişdir. Yavuz Sultan Səlim öldükdən sonra isə Qanuni Sultan Süleymanın anası olduğundan ötəri validə yəni ana ünvanını istifadə etməyə başlamışdır. Validə Sultan hərəmin sahibidir və padşahın qarşısında əyilməmə haqqına sahib olan tək insandır. Nigar Kalfa ilə Parqalı İbrahim Paşanın gizli eşqlərini öyrənəndən sonra xəstələnərək iflic keçirmiş və 1534-ci ildə ölmüşdür.
  • Parqalı İbrahim Paşa (Okan Yalabık) – Serialın əsas xarakterlərindən biri olan Parqalı İbrahim, Parqa şəhərindən Manisaya gətirilərək yığılmışdır. Hələ Qanuni Sultan Süleymanın şahzadə olduğu dövrdə onunla yoldaşlıq qurmuş və Qanuninin altına girərək can yoldaşı olmuşdur. 1523-cü ildə Sultan Süleyman sədrəzəm Piri Mehmet Paşanı təqaüdçü edincə vəzir-i azamlığa gəlmişdir. Xədicə Sultanla gizli bir eşq yaşamışlar və evlənmişlər. Qüruru, özünü padşaha bərabər hətta padşahdan daha üstün görməsi və Xürrəm Sultanın intriqaları nəticəsində vəzir-i azam ikən Qanuni Sultan Süleymanın əmri ilə boğularaq öldürülmüşdür.
  • Xədicə Sultan (Səlma Ərgəc) – Validə Sultanın və Yavuz Sultan Səlimin qızı, Qanuni Sultan Süleymanın bacısıdır. Ailəsinin istəyi ilə İskəndər Paşa ilə evlənmiş, ancaq qısa bir müddət sonra yoldaşı öldükdən sonra gənc yaşında dul qalmışdır. Qanuni Sultan Süleymanın taxta çıxmasıyla birlikdə Parqalı İbrahim ilə gizli bir eşq yaşamış, sonrasında isə evlənmişlər.
  • Mahidövran Sultan (Nur Fettahoğlu) – Qanuni Sultan Süleymanın şahzadəlik günlərindən bəri gözdəsi olan haseki sultan. Qanuni taxta çıxmadan əvvəl doğan Şahzadə Mustafanın validəsidir. Xürrəm Sultan ilə girişdiyi iqtidar döyüşündə Validə Sultan, Xədicə Sultan və Parqalı İbrahimin dəstəyini almışdır. Oğulunun qətlindən sonra uzun bir müddət Bursa da yoxluq içində yaşamağa məhkum edilmişdir.
  • Şahzadə Mustafa (Mehmet Günsür) – Mahidövran Sultanın oğlu. Qanuni Sultan Süleymanın ilk şahzadəsi və göz bəbəyi şahzadə. Sultan Süleyman Qanuninin sonra taxta keçəcəyi düşünülən vəliəhd şahzadə. Vəzifə yeri olaraq taxt bayrağı Manisaya təyin, Xürrəm Sultanın oyunları görə bayraq yeri dəyişdirildikdən və uzun bir intriqa müddətindən sonra atasının əmri ilə canı alınmışdır.
  • Mehrimah Sultan (Pəlin Qaraxan) – Qanuni Sultan Süleyman və Xürrəm Sultanın qızı, vəzir-i azam Rüstəm Paşanın həyat yoldaşı və II. Səlimin bacısı.
  • Rüstəm Paşa (Ozan Güvən) – Xorvatiyada yığılan saraya Seyisi olaraq gələn və Xürrəm Sultana olan bağlılığı sayəsində yüksələn dövlət adamı. Qanuni Sultan Süleyman dönəmində vəzir-i azamlığa gətirilmiş və Mihrimah Sultan ilə evlənərək Qanuni'nin kürəkəni olmuşdur.
  • Şahzadə Mehmed (Gürbey İleri) – Sultan Süleymanın Xürrəm sultandan olan oğlu.
  • Şahzadə Bəyazid (Araz Bulud İynəmli) – Sultan Süleymanın Xürrəm sultandan olan oğlu. Səlim Sultan olandan sonra onu oğlanları ilə boğdurur.
  • Şahzadə/II Səlim (Əngin Öztürk) – Osmanlı imperiyasının 11. padşahı
  • Şahzadə Cahangir (Tolqa Sarıdaş) – Sultan Süleymanın Xürrəm sultandan olan oğlu. Anadangəlmə fiziki qüsurlu olan Cahangir Şahzadə Mustafa edam ediləndən bir müddət sonra vəfat edir.

Etirazlar və tənqidlər

[redaktə | mənbəni redaktə et]

Serial hələ fraqmentlərdən başlayaraq bir çox tənqid almışdır. RTÜKün etdiyi şərhə görə üç həftə içində 2010-cu ilin ümumi televiziya şikayətindən daha çox şikayət edilmişdir. Seriallar bəzi mühafizəkar və milliyyətçi seqmentlər tərəfindən Qanuni Sultan Süleymanı zövq və səfa düşkünü olaraq göstərildiyi səbəbiylə ittiham edilir.Türkiyə Baş nazir Köməkçisi və Dövlət Naziri Bülent Arınç da serial haqqında rəsmi əməliyyat başlatmışdır.

Eyni zamanda serial bir çox tarixi səhvlə da gündəmə gəlməkdədir. Oturma nizamı, yeməklər, geyimlər və mebellər kimi detallar mövzusunun mütəxəssisləri tərəfindən araşdırılmış və uyğunsuzluğu təsvir edilmişdir.

Türkiyədə təhsil alan güneyli fəal Məhbub Əmrahi Səfəvi Dövlətini Fars dövləti kimi təqdim etdiyi üçün "Möhtəşəm əsr" teleserialından məhkəməyə şikayət etmişdi.[5]

New York Universitetindən Osmanlı işləri professoru Leslie Peirce isə Osmanlı qaynaqlarında hərəm ilə əlaqədar detallı məlumatlar olmadığını və bu səbəblə istehsalın tarixi həqiqətlərə uyğun gəlməsi baxımından məqbul bir ssenari yazılması lazım olduğunu ifadə etmişdir. Serial, Hollywood rejissoru Randal Kleiser tərəfindən "beynəlxalq səviyyədə bir iş, xaricə satışa çıxarıla bilər" şəklində şərh olunmuşdur.[6]

Bəzi yazar və tənqidçilər serialda mövzunun keçdiyi zaman diliminə (1520-1566) xronoloji baxımdan uyğunlaşmazlıq göstərən bəzi səhnələrin iştirak etdiyini yəni serialda anakronizm edildiyini təyin etmiş və bunları nümunələriylə yazmışlar. Bu zaman-bozun səhvlərindən bəziləri bunlardır:

  • Parqalı İbrahim Paşa bir çox səhnədə masa başında çalışarkən göstərilmişdir. Halbuki masa istifadə ədəbi Əbdülməcidin (1823-1861) səltənəti dövründə Osmanlı sarayına yerləşmişdir.
  • Saray mətbəxində aşpaz yamağı pomidor doğrayarkən göstərilmişdir. Halbuki ana vətəni Cənubi və Mərkəzi Amerika olan bu meyvə Xristofor Kolumbun Amerikanı kəşfindən sonra Avropaya daşınmış və yetişdirilməyə başlamışdır. Pomidorun Osmanlı torpaqlarına girişi isə 1835-dən sonradır.
  • Sultan Süleyman Qanuni Şahzadə Mustafanı ziyarət üçün getdiyi Manisa Sarayında yerlərdə parke olduğu görünməkdədir. Lakin parke (parquet de menuiserie) ilk dəfə 1684-cü ildə Versailles sarayında ortaya çıxmışdır.

2011-ci ildə Möhtəşəm əsr serialı çıxdıqdan sonra bu serialdakı mahnılar 14 May 2013-cü ildə Tims Productions tərəfindən "Möhtəşəm əsr (saundtrek)" adı altında buraxılmışdır. Orijinal versiyada 33 mahnı vardır.

Serialda istifadə musiqilərin yanında albomun içərisindəki serialda iştirak edən və Məryəm Uzərli, Səlma Ergeç, Cansu Dərə, Erkan Bektaş, Bəkir Ünlüataer və Aytəkin Ataş tərəfindən səsləndirilən layla və türkülər də iştirak edir. Bu serialdakı mahnılar 14 may 2013-ci ildə Mira Records tərəfindən "Möhtəşəm əsr (saundtrek)" adı altında buraxılmışdır.

  1. "Muhteşem Yüzyıl Jenerik"
  2. "Dönmek"
  3. "İktidar Oyunu"
  4. "Ceng-i Ali"
  5. "Savaş"
  6. "Luli (Ninni)"
  7. "Saltanat Dedikleri"
  8. "Hatice'nin Aşkı"
  9. "Bismişah"
  10. "Aynı Göğün Altında"
  11. "Mahidevran"
  12. "Moğaç"
  13. "Parga'dan beri"
  14. "Sarayda Entrika"
  15. "Evvel Zaman"
  16. "Akıncının Aşkı"
  17. "Aşk-ı Derun"
  18. "Nenni Desem Uyurm'ola"
  19. "İhanet"
  20. "26 Saat"
  21. "Hasbahçenin Gülü"
  22. "Hanedanın Düşüşü"
  23. "Ayin"
  24. "Zahir Batın"
  25. "Pirlere Niyaz Ederiz"
  26. "Masumiyet"
  27. "Üç Kıtada"
  28. "Bade Saba (Seher Yeli)"
  29. "Ağıt"
  30. "Demir Yumruk"
  31. "Suud"
  32. "Deliler"
  33. "Hain Pusu"
Mövsüm Seriyaların sayı Yayım tarixləri
İlk çıxış tarixi Son çıxış tarixi
Mövsüm 1 24 5 yanvar 2011 22 iyun 2011
Mövsüm 2 39 14 sentyabr 2011 6 iyun 2012
Mövsüm 3 40 12 sentyabr 2012 19 iyun 2013
Mövsüm 4 18 sentyabr 2013 2014

Dünya kanallarında yayımlanması

[redaktə | mənbəni redaktə et]

Orijinal telekanalı Show TV, ardından da Star TV olan serial üçün bir çox televiziya kanalı təklif etmiş və iyirmi iki kanal ilə aydın olmuşdur.[7] Nəşrlər isə dekabr 2011 ilə Yanvar 2012-ci ildə başlamışdır. Hal-hazırda cəmi 42 ölkədə 200 milyondan çox tamaşaçıya çatmışdır. 2013-cü ildə 60 fərqli ölkədə nəşr olunması gözlənilən serial ən çox ölkəyə satışa çıxarılan Türk serialı olmuşdur.[8]

Ölkə Yayım
Türkiyə Türkiyə Star TV
Azərbaycan Azərbaycan Lider TV
Serbiya Serbiya Prva TV / B92
Macarıstan Macarıstan RTL Klub
Bolqarıstan Bolqarıstan TV7
Rusiya Rusiya Domashny
Rumıniya Rumıniya Kanal D Romanya
Qazaxıstan Qazaxıstan Khabar
Ukrayna Ukrayna 1+1Çin Xalq Respublikası
Şimali Makedoniya Makedoniya Kanal 5
Yunanıstan Yunanıstan ANT1
Çin Çin Xalq Respublikası CCTV
Çexiya Çexiya TV Barrandov
İtaliya İtaliya Babel TV
Misir Misir Al Hayat TV
Tunis Tunis Nessma TV
İran iran GEM TV
Mərakeş Mərakeş Medi1 TV
Bosniya və Herseqovina Bosniya və Herseqovina Televizija OBN
Birləşmiş Ərəb Əmirlikləri Birləşmiş Ərəb Əmirlikləri Dubai TV
Albaniya Albaniya Albanian Screen
Əfqanıstan Əfqanıstan 1TV
Polşa Polşa TVP1

Özgə dillərdə

[redaktə | mənbəni redaktə et]
Ölkə Dil Adı
Türkiyə Türkiyə Türk dili Muhteşem Yüzyıl
Serbiya Serbiya Serb dili Sulejman Veličanstveni
Azərbaycan Azərbaycan Azərbaycan dili Möhtəşəm əsr
Macarıstan Macarıstan Macar dili Szulejmán
Bolqarıstan Bolqarıstan Bolqar dili Великолепният век
Rusiya Rusiya Rus dili Великолепный век
Rumıniya Rumıniya Rumın dili Suleyman Magnificul
Ukrayna Ukrayna Ukrayna dili Величне століття. Роксолана
Şimali Makedoniya Şimali Makedoniya Makedon dili Величествениот султан
Yunanıstan Yunanıstan Yunan dili Σουλεϊμάν ο Μεγαλοπρεπής
İtaliya İtaliya İtalyan dili Il Secolo Magnifico
Misir Misir Ərəb dili حريم السلطان
Tunis Tunis Ərəb dili حريم السلطان
İran İran Fars dili حریم سلطان
Mərakeş Mərakeş Ərəb dili حريم السلطان
Birləşmiş Ərəb Əmirlikləri Birləşmiş Ərəb Əmirlikləri Ərəb dili حريم السلطان
Albaniya Albaniya Alban dili Sulejmani i Madhërishëm

Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
İl Mükafat Kateqoriya Ad Nəticə
2011 Antalya Televiziya Mükafatları Ən yaxşı drama serialı Möhtəşəm əsr Qələbə
2011 Antalya Televiziya Mükafatları Ən yaxşı dövr serialı Möhtəşəm əsr Qələbə
2011 Antalya Televizya Mükafatları Ən yaxşı serial rejissoru Yağmur Taylan, Durul Taylan Nominasiya
2011 Antalya Televizyon Ödülleri Ən yaxşı serial ssenarisi Meral Okay Nominasiya
2011 Antalya Televizyon Ödülleri Ən yaxşı serial qadın aktrisa Məryəm Uzərli Nominasiya
2011 Antalya Televizyon Ödülleri Ən yaxşı serial kişi aktyor Okan Yalabık Qələbə
2011 Antalya Televizyon Ödülleri Ən yaxşı serial köməkçi qadın aktrisa Filiz Ahmet Nominasiya
2011 Antalya Televizyon Ödülleri Ən yaxşı serial film görünüş rejissoru Aydın Sarıoğlu Nominasiya
2011 Antalya Televizyon Ödülleri Ən yaxşı serial film musiqisi Fahir Atakoğlu, Soner Akalın, Aytekin Ataş Nominasiya
2011 Antalya Televizyon Ödülleri Ən yaxşı serial film sənət rejissoru Nilüfer Giritlioğlu, Zafer Kanyılmaz Qələbə
2011 Ayaklı Gazete TV Yıldızları 2011-ci ilin ən yaxşı qadın aktrisa Məryəm Uzərli Qələbə
2011 Ayaklı Gazete TV Yıldızları 2011-cu İlin ən yaxşı lişi aktyoru Halit Ergenç Qələbə
2011 Ayaklı Gazete TV Yıldızları 2011-ci ilin ən yaxşı drama köməkçi kişi aktyoru Okan Yalabık Qələbə
2011 Ayaklı Gazete TV Yıldızları 2011-ci ilin ən yaxşı drama köməkçi qadın aktrisa Nur Fettahoğlu Qələbə
2011 Ayaklı Gazete TV Yıldızları 2011-ci ilin ən yaxşı dövr dizisi Muhteşem Yüzyıl Qələbə
2012 Altın Kelebek Ödülleri Ən yaxşı drama serialı Muhteşem Yüzyıl Qələbə
2012 Altın Kelebek Ödülleri Drama budağında ən yaxşı qadın aktrisa Məryəm Uzərli Qələbə
2012 Antalya Televizyon Ödülleri Ən yaxşı dövr dizisi Muhteşem Yüzyıl Qələbə
2012 Antalya Televizyon Ödülleri Drama seriali ən yaxşı kişi aktyor Halit Ergenç Nominasiya
2012 Antalya Televizyon Ödülleri Drama seriali ən yaxşı qadın aktrisa Məryəm Uzərli Nominasiya
2012 Antalya Televizyon Ödülleri Drama serialı ən yaxşı rejissor Yağmur Taylan, Durul Taylan Nominasiya
2012 Antalya Televizyon Ödülleri Drama serialı ən yaxşı ssenari Meral Okay Qələbə
2012 Antalya Televizyon Ödülleri Serial film ən yaxşı görüntü rejissoru Ercan Özkan Qələbə
2012 Antalya Televizyon Ödülleri Serial film ən yaxşı sənət rejissoru Nilüfer Giritlioğlu Qələbə
2012 Antalya Televizyon Ödülleri Serial film ən yaxşı musiqi Fahir Atakoğlu, Soner Akalın, Aytekin Ataş Qələbə
2012 Ahi Evran Üniversitesi İlin ən müvəffəqiyyətli gənc qadın oyunçusu Selma Ergeç Qələbə
2012 Ayaklı Gazete TV Yıldızları Ən yaxşı dövr serialı Muhteşem Yüzyıl Qələbə
2012 Ayaklı Gazete TV Yıldızları Ən yaxşı dövr serialı kişi aktyor Halit Ergenç Qələbə
2012 Ayaklı Gazete TV Yıldızları Ən yaxşı dövr serialı qadın aktrisa Məryəm Uzərli Qələbə
2012 Ayaklı Gazete TV Yıldızları Ən yaxşı dövr serialı köməkçi kişi aktyor Mehmet Günsür Qələbə
2012 Ayaklı Gazete TV Yıldızları Ən yaxşı dövr serialı köməkçi qadın aktyor Nur Fettahoğlu Qələbə
2013 Yılın Yıldızları Ödülleri Ən bəyənilən qadın serial aktrisa Məryəm Uzərli Qələbə
2013 Kristal Fare Ödülleri Ən yaxşı qadın serial qadın aktrisa Məryəm Uzərli Qələbə
2013 Kristal Fare Ödülleri Ən yaxşı qadın serial kişi aktyor Halit Ergenç Qələbə
2013 Kristal Fare Ödülleri Ən yaxşı serial Muhteşem Yüzyıl Qələbə
2013 Türkiye Müzik Ödülleri Ən yaxşı serial musiqisi Fahir Atakoğlu, Soner Akalın, Aytekin Ataş Qələbə
2013 Antalya Televizyon Ödülleri İlin ən yaxşı dram serialı Muhteşem Yüzyıl Qələbə
2013 Antalya Televizyon Ödülleri Dram serialı ən yaxşı kişi aktyor Halit Ergenç Nominasiya
2013 Antalya Televizyon Ödülleri Dram serialı ən yaxşı qadın aktrisa Məryəm Uzərli Qələbə
2013 Antalya Televizyon Ödülleri Dram serialı ən yaxşı rejissor Taylan Biraderler Qələbə
2013 Antalya Televizyon Ödülleri Dram serialı ən yaxşı ssenarist Seray Şahiner, Meriç Özen, Yılmaz Şahin Nominasiya
2013 Antalya Televizyon Ödülleri Dram serialı ən yaxşı musiqi Aytekin Ataş, Soner Akalın Nominasiya
2013 Antalya Televizyon Ödülleri Dizi film ən yaxşı sənət rejissoru Nilüfer Ayşe Çamur Nominasiya
  1. "Meral Okay'ı Kaybettik!". 2012-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  2. ""3.5 milyon liralık Muhteşem Yüzyıl"". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  3. ""MERYEM UZERLİ, MUHTEŞEM YÜZYIL GREVİ BAŞLATTI"". 2013-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  4. ""Meryem Uzerli Gitti Vahide Gördüm Geldi"". 2015-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  5. ""Güneyli fəal "Möhtəşəm əsr" teleserialını məhkəməyə verib"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  6. ""Hollywood'un ünlü yönetmeni 'Muhteşem Yüzyıl' setinde!"". 2014-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  7. ""Muhteşem Yüzyıl 22 Ülkeyi Fethetti."". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  8. "Muhteşem Yüzyıl'ın muhteşem başarısı"[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]