Mütəxəssislər Məclisi | |
---|---|
fars. مجلس خبرگان رهبری | |
Ümumi məlumatlar | |
Qısaltma adı | Məclis-i Hubregan-i Rəhbəri |
Təsis tarixi | 1982 |
İdarə heyəti | |
Mütəxəssislər Şurasının sədri |
Əli Müvəhhidi-Kirmani 21 may 2024 tarixindən |
Mütəxəssislər Şurasının sədrinin birinci müavini |
Haşim Hüseyn Buşəhri 21 may 2024 tarixindən |
Mütəxəssislər Şurasının sədrinin ikinci müavini |
Əlirza Ərafi 21 may 2024 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 88 (8 illik[1]) |
|
|
Seçkilər | |
Sonuncu seçkilər | 1 mart 2024 |
Məclis binası | |
Sayt | |
khobregan.ir majlesekhobregan.ir |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mütəxəssislər Şurası (fars. مجلس خبرگان رهبری; Rom: Məclis-i Hubregan-i Rəhbəri) — İranın Ali Rəhbərini seçən, onun fəaliyyətinə nəzarət edən və onu vəzifəsindən azad edə bilən yeganə konstitusiya orqanı.[2][3]
Mütəxəssislər Şurası səkkiz ildən bir birbaşa xalq tərəfindən seçilən səksən səkkiz ruhanidən ibarətdir[4]. Mütəxəssislər Şurasına seçiləcək namizədlərin lazımi keyfiyyətlərə malik olub-olmaması üzvlərinin yarısının İranın Ali Rəhbəri tərəfindən təyin olunduğu Konstitusiyanın Müdafiəsi Şurası tərəfindən yoxlanılır və təsdiq edilir[5]. Məhz buna görə də, şura bu günə qədər Ali Dini Rəhbərin fəaliyyətinə heç bir vaxt nəzarət həyata keçirməmişdir[6][7]. Mütəxəssislər Şurasının hal-hazırkı sədri 21 may 2024-cü ildən Əli Müvəhhidi-Kirmanidir[8][9].