Mədinə Sadvakasova | |
---|---|
qaz. Мәдина Сәдуақасова | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Almatı, Qazaxıstan SSR |
Milliyyəti | qazax |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
müğənni dirijor psixoloq |
Fəaliyyət illəri | 1998-ci ildən |
Janr | pop |
Mükafatları | Qran-Pri ("Jas Kanat" müsabiqəsi) |
Mədinə Bakıtjanovna Sadvakasova (qaz. Мәдина Сәдуақасова, d. 8 sentyabr 1979, Almatı) — Qazaxıstan pop müğənnisi, "Jas Kanat" müsabiqəsinin qalibi (1999), Qızılorda vilayətinin "İlin adamı"[1], Prezident orkestrinin və "Qulder" ansamblının keçmiş solisti, teleaparıcı, ali təhsilli psixoloq.[2][3]
Mədinə Sadvakasova Almatı şəhərində anadan olmuşdur. Hələ uşaq olarkən onun ailəsi cənuba – Qızılordaya köçmüşdür. Orada diş həkimi olan atası dəmiryolçu, müəllim olan anası isə evdar qadın olur. Orta məktəb illəri, tələbə həyatı, musiqi məktəbi – bunların hamısı müğənni üçün Qızılorda şəhəri ilə bağlıdır. Kiçik qızın boya-başa çatması və müğənni olmaq istəyi də orada yarandı.[3]
Mədinə hələ uşaqlıqdan onu əhatə edənlərdən diqqət və sevgi görmüşdü. Bunun səbəbi təkcə onun cazibədarlığı deyildi. Onun hər təbəssümündə, ədasında, tərzində və hətta yerişində bir sirr var idi. Bu Ömər Xəyyamın haqqında yazdığı sirr idi.
90-cı illərin əvvəllərində onun kimi həvəskar gənclər çox idi. Mədinə səhnəyə bir günlük gəlmədiyini sübut etməli idi. Hər şey onun müğənni anası Kultayın sayəsində oldu. O, qızına çox kömək etdi.
13 yaşlı Mədinə üçün birinci ciddi sınaq 1992-ci ildə "Oxuyan cücə" müsabiqəsi oldu. O, bu müsabiqədən diplom aldı və artıq onu peşəkar müğənni olmaq istəyindən heç kim qaytara bilməzdi. Əksinə, ailəsi və dostları ona bu işdə kömək edirdilər. Geyimlər, müsabiqələrə səfərlər, əsəbi gözləmələr və narahat qızı ilə yuxusuz gecələr anasını ona həm də yaxın dosta və köməkçiyə çevirdi. Müğənni iştirak etdiyi müsabiqələrin birində hətta Qran-Pri də almışdı. Lakin ən müvəffəqiyyətli müsabiqə Rəşid Botbayevin "Musiqili səyahət" respublika televiziya müsabiqəsində oldu.
1999-cu ildə Mədinə "Jas Kanat" müsabiqəsində qazax dilində unikal mahnı ifa etdiyi üçün birinci yerə layiq görüldü. Elə həmin vaxt Mədinə üçün çox böyük əhəmiyyəti olan bir görüş baş verdi. O, bütün yaradıcılıq həyatının kumiri, qazax müğənnisi, Qazaxıstanın xalq artisti Roza Rımbayeva ilə yaxından tanış olur. Sonra isə iki müğənninin dueti yazıldı. Mahnı yazıldığı dildə "Maskat – bakıt bastauı" adlanırdı.
1999-cu ildə Mədinə "Asiya Dauısı" müsabiqəsində "Asiya Dauısı" kompozisiyasını oxuyur. Bu uğuru onun vətənində həmyerlilərinin əsl tanınması kimi qəbul etdilər. Mədinə vilayətdə "İlin adamı" elan olundu. Məşhurluq onu tapdı. Kiçik kənd klublarından tutmuş respublikanın konsert zallarına qədər Mədinə arzu olunan qonağa çevrildi. O, Prezident orkestrinin, sonralar isə "Qulder" ansamblının solisti oldu.
Müğənninin çoxdan gözlənilən videosu tamaşaçılara 2004-cü ildə təqdim olundu. Yermek Yelgezekovun "Mahabbat jalını" mahnısı hitə çevrildi.[4] Romantik üslubda yazılmış kompozisiya və həqiqi səs dinləyicilərin qəlbini fəth etdi. Az sonra Mədinə Sadvakasovanın "Ansaqanım" adlı solo albomu işıq üzü gördü.
Hazırda diplomlu psixoloq, tanınmış və sevimli müğənni Mədinə Sadvakasova öz müğənnilik fəaliyyətini davam etdirir.
2006-cı ildə 6 il əvvəl Prezident orkestrində tanış olduğu leytenant rütbəli bir zabitlə ailə qurmuş, 2008-ci ildə cütlük boşanmışdır. 2 fevral 2014-cü ildə ikinci dəfə televiziya rejissoru Oljas Smaqulovla ailə həyatı qurmuşdur.[5][6] 17 iyun 2014-cü ildə bu cütlüyün oğlu Anuar[7] dünyaya gəlmişdir.[8][9]