Məhəmməd Xatəmi

Məhəmməd Xatəmi
fars. محمد خاتمی
2 avqust 1997 – 3 avqust 2005
ƏvvəlkiƏkbər Haşemi Rəfsəncani
SonrakıMahmud Əhmədinejad
İslam Şurası Məclisinin üzvü[d]
3 may 1980 – 24 avqust 1982
Seçki dairəsiYəzd
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1943(1943-09-29)[1] (81 yaş) və ya 14 oktyabr 1943(1943-10-14)[2] (81 yaş)
Doğum yeri
Partiya
  • Kombatant Din Xadimləri Assosiasiyası[d]
Fəaliyyəti siyasətçi, kitabxanaçı, yazıçı, hərbi qulluqçu
Dini şiəlik
Rütbəsi kiçik leytenant[d]

İmzanın şəkli
khatami.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyid Məhəmməd Xatəmi (fars. سید محمد خاتمی‎; 29 sentyabr 1943[1] və ya 14 oktyabr 1943[2], Ərdəkan, Yəzd ostanı) — 1997–2005-ci illər arasında vəzifədə olmuş İranın V prezidenti.[3][4][5][6]

O, fars, ərəb, həmçinin də elmi işlərini davam etdirəcək qədər ingilisalman dillərini bilir.[7] Müxtəlif vaxtlarda universitetlərdə mühazirələr də oxuyan Xatəminin "Vilayət kimə aiddir" (1979) və "Ənənə, modernizm və inkişaf" (1996) kimi bir çox məqalələri ilə bərabər, "Dalğa qorxusu", "Şəhər dünyasından dünya şəhərinə", "Tiranlıq məngənəsində düşüncə və iman" (2000) kimi kitabları, həmçinin də onun çıxışlarının da içində olduğu "Siyasi inkişaf, iqtisadi inkişaf və təhlükəsizlik" (2000), "İslam, mənəviyyat və İslam inqilabı" (2000), "Qadınlar və gənclər" (2000) adlı kitabları da mövcuddur.[8][9][10][11]

1961-ci ildə orta məktəbi bitirdikdən sonra dini təhsil almaq üçün Qum mədrəsəsinə getmişdir.[12][13][14] 1969-cu ildə isə İsfahan Universitetinin fəlsəfə fakültəsini bakalavr dərəcəsi ilə başa vurmuşdur.[15] Tehran Universitetində Təhsil Elmləri üzrə magistr dərəcəsində təhsilini davam etdirmişdir.[16] Daha sonra isə məşhur Qum mədrəsəsində fiqh üzrə təhsilinə davam etmişdir.[17][18]

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

O, siyasi fəaliyyətə 1962-ci ildən başlamışdır. O, xüsusilə ilk növbədə Xomeyninin bəyannamələri olmaqla, siyasi bəyannamələrin və elanların çoxaldılması və yayılması işlərini öz üzərinə götürmüşdür. İsfahan Universitetindəki İslam Tələbələri Assosiasiyasının fəaliyyətlərində yaxından iştirak etmişdir. Şah ordusunda iki il müddətinə leytenant rütbəsində xidmət etdikdən sonra 1979-cu ildə Hamburq İslam Mədəniyyəti Mərkəzinin rəhbəri olmuşdur.

1980-ci ildə İnqilabdan sonra keçirilən birinci parlament seçkilərində doğulduğu yerlər olan Ərdəkan və Meyboddan millət vəkili seçilərək İran parlamentinə daxil olmuşdur. 1981-ci ildə o, Xomeyni tərəfindən bir çox qəzetjurnalların, o cümlədən məşhur Kayhan qəzetinin nəşr olunduğu Kayhan İnstitutuna rəhbər təyin edilmişdir. 1982-ci ildə isə o dövrün baş naziri olan Mirhüseyn Musəvi tərəfindən İslami İrşad və Mədəniyyət Nazirliyinə təyin edilmişdir. O, 1992-ci ildə mədəniyyət naziri vəzifəsindən istefa vermiş və bununla da İran İslam Respublikasının tarixində istefa verən və vəzifəsini tərk edən birinci kabinet üzvü kimi tarixə düşmüşdür. Eyni vəzifə ilə Haşimi Rəfsəncani tərəfindən iki dəfə kabinetə daxil edilən Hatəmi İraqla 8 il davam edən müharibə dövründə Bütün Silahlı Qüvvələr Komandanlığının Mədəniyyət Müavinliyinin Təbliğat Mərkəzinin vitse-prezidenti və rəhbəri vəzifələrində işləmişdir.

1997-ci ilin may ayında keçirilən seçkilərdə səslərin 69 faizini yığaraq prezident seçilmişdir.[19][20] O, 2001-ci ilin iyun ayında keçirilən növbəti prezident seçkilərində də səslərin 77 faizini əldə edərək yenidən prezident seçilmişdir.[21] Lakin o, xüsusən də Prezidentin səlahiyyətləri və seçki nəzarəti ilə bağlı hazırlamış olduğu əsas islahatları Konstitusiya Keşikçiləri Şurasından keçirtməyi bacarmamışdır.[22]

Xatəminin o dövrdə Rusiya prezidenti olmuş Vladimir Putinlə Malayziyadakı görüşü. (oktyabr, 2003-cü il)
  1. 1 2 Mohammad Khatami // Encyclopædia Britannica (ing.).
  2. 1 2 The Oxford Handbook of Islam and Politics.
  3. "The Struggle for Iran". The Weekly Standard. 22 February 2010. 28 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 November 2012.
  4. "Iran: People Rally In Ardakan In Support Of Opposition Leader Mohammad Khatami". Payvand. 17 February 2011. 7 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 November 2012.
  5. "Khatami Prevented from Leaving Iran for Japan". insideIRAN. 15 April 2010. 25 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 November 2012.
  6. "Karroubi Challenges Hardliners to Put Green Movement Leaders on Trial". PBS. 2 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2012.
  7. "Iran's Rouhani praises Khatami role in recent vote". 2019-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-27.
  8. Esposito, John L.; Shahin, Emad El-Din. The Oxford Handbook of Islam and Politics. Oxford University Press. 4 October 2016. ISBN 978-0-19-063193-2 – Google Books vasitəsilə.
  9. "انتخابات92". Facebook. 2022-02-26 tarixində arxivləşdirilib.
  10. "عكس:جشن تولد خاتمی - تابناک | TABNAK". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-27.
  11. "وزراي دولت اصلاحات چه آرايي از نمايندگان مجلس گرفتند؟". 2023-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-27.
  12. "Dialogue among Civilizations". UNESCO. 5 February 2007 tarixində orijinalından arxivləşdirilib.
  13. "Round Table: Dialogue among Civilizations United Nations, New York, 5 September 2000 Provisional verbatim transcription". UNESCO. 10 March 2007 tarixində orijinalından arxivləşdirilib.
  14. Petito, Fabio. "Khatami' Dialogue among Civilizations as International Political Theory" (PDF). International Journal of Humanities. 11 (3). 2004: 11–29. 2022-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-27.
  15. "Khatami Speaks of Dialogue among Civilizations". diplomacy (ingilis). 2022-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
  16. "Profile: Mohammad Khatami". BBC News. 6 June 2001. 15 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2013.
  17. "Former Iranian president exits election race". The Irish Times. 3 March 2009. İstifadə tarixi: 16 March 2009.
  18. "Iran's Khatami to run for office". BBC News. 8 February 2009. 31 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2010.
  19. "Iranian Cleric: Fatwa Against Rushdie is 'Still Alive'". 11 December 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 May 2013.
  20. U.S. policies on Iran defeated Arxiv surəti 11 dekabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 11 dekabr 2008 at the Wayback Machine, Ahmad Khatami 20 July 2007, IRNA
  21. Sciolino, Elaine. Persian Mirrors: The Elusive Face of Iran. Simon & Schuster. 2001. 79–80. ISBN 0-7432-1779-9.
  22. "Profile: Mohammad Khatami". BBC News. 6 June 2001. 15 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2024.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]