Məsud Səbri | |
---|---|
uyğ. مەسئۇت سابرى, مسعود صبري | |
Sincan vilayətinin baş müfəttişi | |
Vəzifədədir | |
1947-ci ildən | |
Əvvəlki | Zanq Zizhonq |
Sonrakı | Burhan Şəhidi |
iyun 1941 – 1949 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Külçə, Sincan, Sin İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Urumçi ÇXR |
Partiya | Homindanın CC Fraksiyası |
Təhsili | İstanbul Universiteti |
İxtisası | Tibb doktoru |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Sara Baykozi |
Dini | islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Çin Respublikası |
Vikianbarda əlaqəli mediafayllar |
Masud Sabri həmçinin Masʿūd Ṣabrī (uyğ. مەسئۇت سابرى, مسعود صبري; çin. 麦斯武德·沙比尔; pinyin:Màisīwǔdé·Shābì'ěr; 1886-cı il Külçə, Şərqi Türkistan – 1952-ci il Urumçi, Sincan) — Şərqi Türkistanda uyğur siyasətçisi və siyasi lideri. İli üsyanı zamanı uyğurların siyasi liderlərindən biri və Sincan valisi olmuşdur. Səbri əvvəlcə Külçə ardından ali təhsilini tibb üzrə İstanbul Universitetində almışdır. Siyasi baxışlarında türkçülük və müstəqil Şərqi Türkistan məsələsi önəmli yer tuturdu. 1949-cu ildə Şərqi Türkistan Çin Xalq Respublikası tərəfindən ilhaq edildikdən sonra valilikdən uzaqlaşdırılmışdır. 1952-cil ildə həbsdə vəfat etmişdir.[2]
Məsud Səbri 1886-cı ildə Şərqi Türkistanda Külçə şəhərində anadan olmuşdur. İlk təhsilini Gülcədə almışdır. Orta məktəb və universitet təhsili almaq üçün ailəsi tərəfindən 1904-cü ildə İstanbula göndərilmişdir. Səbri 10 il İstanbulda qalmışdır. Bu dövrdə ittihadçıların təsiri ilə milliyyətçiliklə tanış olmuşdur. Onun millətçi və türkçülük siyasi yolunu tutması məhz bu dövrdə baş tutmuşdur.[3] Bu dövrdə Osmanlı İmperiyasında iz qoyan türkçülük hərəkatının təsirini Məsud Səbrinin əsərlərində və siyasi araşdırmalarında görmək mümkündür.
Osmanlı İmperiyasında olduğu dövrdə İstanbul Universitetində tibb üzrə təhsil aldıqdan sonra Səbri əczaçı olmaq üçün vətənə döndü. Vətənə döndükdə burada üzləşdiyi cəhalət və təhsilsizlik onu çox üzmüşdü. Sədri İstanbuldan qayıtdıqdan sonra təhsillə bağlı bəzi mütərəqqi işlər görməyə başladı. Külcədə baxımsız və müəllimsiz qalan məktəbin açılışı üzərində çalışmağa başladı. Bir tərəfdən peşə fəaliyyətini davam etdirən Doktor Məsud Səbri bir klinika açmış, digər tərəfdən də seminarlar verərək cəmiyyətdə milli və siyasi şüuru oyatmağa çalışırdı.[4]
Onun işi Çin hakimiyyəti nümayəndələrini narahat etməyə başlayır. Sincan valisi Yan Zenqxin, millətçi fəaliyyəti səbəbiylə onu həbs etdirir, sonra isə bölgədən uzaqlaşdırır.[5]
Məsud 1933-cü ildə qurulan Şərqi Türkistan İslam Respublikasına (Birinci Doğu Türkistan Cümhuriyyəti) dəstək verdi. Aksuda Mahmud Sijan olaraq da bilinən general Mahmud Muhitinin qüvvələrinə qoşuldu. Şərqi Türkistan İslam Respublikası 1933-cü il noyabrın 12-dən 1934-cü il fevralın 6-nadək qısa bir müddətdə mövcudluğunu qoruyaraq yaşaya bildi. Nankindəki Homindan hökuməti ilə rəsmi olaraq müttəfiq olan Ma Çunqun komandanı olduğu Milli İnqilab Ordusunun 36-cı Diviziyasının və SSRİ-nin göndərdiyi hərbi hissələrin müdaxiləsi ilə Cümhuriyyətin mövcudluğuna son qoyuldu. Bu hadisədən sonra 1934-cü ildə Hindistana getmək məcburiyyətində qaldı.
Bir müddət sonra o, Homindan Çin hökumətinə qoşuldu. Şərqi Türkistanı Çin Respublikası parlamentində təmsil etmək üçün namizəd göstərilərək siyasi həyata geri döndü. 1935-ci il dekabrın 12-də Homindan partiyası 5-ci qurultayda mərkəzi komitənin üzvü seçildi. Homindan Mərkəzi İcraiyyə Komitəsinə üzv olduqdan sonra onun bəzi qohumları Nankində Mərkəzi Hərbi Akademiya və Mərkəzi Universitetə tələbə olaraq qəbul edildilər.[6]
1942-ci ildə Məsud Səbri 36 nəfərlik Dövlət Şurasında (Çin Milli Siyasi Şurası) təmsil olunurdu. Digər müsəlman üzvlərindən biri Çin müsəlmanı general Ma Lin idi.[6]
Müsəlman olan Çin Müdafiə Naziri general Bai Çonqxinin Sincan əyalətinin valisi olaraq təyin edilməsi təklif edilirdi. Lakin bu vəzifə daha sonra Məsud Səbriyə verildi. O, Zanq Zizonqun yerinə təyin edildi. Səbri Homindan tərəfdarı olaraq qətiliklə antisovet mövqe tuturdu. İlidəki uyğur kommunist lideri Əhmədcan Qasimi davamlı olaraq hökumətdən Məsudu qubernator vəzifəsindən uzaqlaşdırmasını tələb edirdi.[7]
Mesut Səbri İli üsyanından sonra İlidə hakimiyyəti ələ keçirən sovet tərəfdarlarına qarşı barışmaz mövqe tuturdu. Van Senq-şan (1946-1947 Sincan koalisiya hökuməti dövründə Homindan partiyasının mülki əlaqələr komissarı kimi xidmət etmişdi) kimi hueylərdən olan insanlarla birlikdə Əhmədcan Qasimi ilə hər-hansı bir danışıqlara qətiyyətlə qarşı çıxırdı. Bu məsələdə Homindanın CC Fraksiyası onu tam dəstəkləyirdi. Çünki Məsut Səbri də Çin tatarlarından Burhan Şəhidi və Han çinlilərdın olan Homindan üzvü general Vu Zonqxin kimi CC Fraksiyasının üzvü idi.[8] Məsud Səbri 1948-1949-cu illər arasında Sincan əyalətinin koalisiya hökumətinə rəhbərlik etdi.[9]
Məhəmməd Əmin Buğra və İsa Yusif Alptəkin kimi türk milliyyətçiləri ilə bir qrup quraraq, Homindanın Sincan bölgəsinin koalisiya hökumətinə qatıldı və İlidə İkinci Şərqi Türkistan Respublikasını quran uyğur kommunistlərinə qarşı müxalif mövqe sərgiləyirdilər.
Hər üç şəxs Şərqi Türkistanda Üç Əfəndi kimi tanınırdı: (Üch Äpändi) (ئۈچ ئەپەندى) - İsa Yusif Alptəkin, Məhəmməd Əmin Buğra və Məsud Səbri.[10][11] Əhmədcan və digər İkinci Şərqi Türkistan Respublikası kommunistləri onlara Homindan tərəfdarı kimi yanaşırdı.[12][13]
Səbri və silahdaşı olan pan-türkçü və cədidçi, Şərqi Türkistan istiqlal hərəkatının fəalı Məhəmməd Əmin Buğra Sovet İttifaqının Sincan Türk xalqına “Uyğur xalqı” adının tətbiq edilməsini rədd edirdilər. Bunun əvəzinə onlar “Türk etnosu” (Çin dilində Tujue zu) adının xalqlarına tətbiq edilməsini istəyirdilər. Məsud Səbri huey xalqına öz xalqından ayrı, çinli müsəlman han kimi baxırdı.[14] Xüsusilə, "Türk" və ya "Türki" adları Buğra kimi onun tərəfindən də xalqının əsl adı olaraq tələb edilirdi. O, da Şeng Şitsaini türk müsəlmanlarını fərqli etnik qruplara ayırdığı üçün tənqid edirdi. Səbrinin fikrincə bu türk müsəlmanları arasında parçalanma yaradırdı.[15]
1949-cu ilin yanvarında Məsud Səbri Sincan valisi vəzifəsindən uzaqlaşdırıldı. Bu vəzifəyə kommunistlərə qarşı mülayim mövqe sərgiləyən Burhan Şəhidi təyin edildi.[16]
1948-ci ildə Səbri Çin hökumətinin onu İrana səfir təyin edilməsi təklifini rədd etdi. Kommunistlər Sincanı Çin Xalq Respublikasına ilhaq etdikdən qısa müddət sonra onu həbs etdilər.
Məsud Səbri 1952-ci ildə həbsdə vəfat etmişdir.[17]
ma lin muslim.