1919-cu il sentyabr ayında Ərzurumda əllərində dəyənəklərlə duran hərbi forma geyinmiş yetim erməni uşaqları.
Məxfi ermənilər və ya kripto-ermənilər (erm.ծպտեալ հայեր; Rom: tsptyal hayer) əsasən türk cəmiyyətindən erməni mənsubiyyətini gizlədən tam və ya qismən etnik erməni mənşəli insanları təsvir etmək üçün istifadə edilən ümumi termindir.[1] Onlar əsasən Erməni qətliamı zamanı “fiziki cəhətdən yox olmaq təhlükəsi altında” islamlaşmağa (türkləşmə və yaxud da kürdləşmə) məcbur olan Osmanlı ermənilərinin nəvələridirlər.[2]
Türkiyəli jurnalist Erhan Başyurt[a] gizli ermənilər haqqında belə demişdir; “Deportasiyalardan və ölüm yürüşlərindən canlarını xilas etmək üçün İslamı qəbul etmiş ailələr (bəzi kəndlərdə və ya məhəllələrdə) [...] erməni kimi öz aralarında nikahlar bağlamış, bəzi hallarda isə gizli şəkildə xristianlığı yenidən qəbul etmişdirlər”.[3]Avropa Komissiyasının Türkiyə ilə əlaqədar olan 2012-ci ildəki hesabatına əsasən, "bir qrup kripto-ermənilər öz orijinal adlarını və dinlərini yenidən istifadə etməyə başlamışdırlar".[4]The Economist jurnalında isə qeyd edilmişdir ki, erməni mənşəli olduğunu ortaya qoyan türklərin sayı artmaqdadır.[5]
Erməni xalqının ənənəvi vətəni hesab olunan Erməni dağlarının qərb hissələri XVI əsrdə Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir.[6] XVII əsrə qədər ermənilər regionun əhalisinin böyük əksəriyyətini təşkil edirdilər, lakin onların sayı getdikcə azalmağa başlamış və XX əsrin əvvəllərində onlar o dövrdə altı vilayət olaraq nəzərdə tutulmuş olan Qərbi Ermənistanın əhalisinin 38%-ni təşkil edirdilər. Bundan əlavə, türklər və kürdlər region əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər.[7]
1915-ci ildə və ondan sonrakı növbəti illərdə Osmanlı İmperiyasının hakimiyyəti altında öz ata-baba torpaqlarında yaşayan ermənilər Erməni soyqırımı zamanı Gənc türklər hökuməti tərəfindən sistemli şəkildə məhv edilmişdirlər. Qırğın dövründə təxmini olaraq 100.000 ilə 200.000 arasında erməni mənşəli qadın müsəlman kişilərin hərəmxanalarına aparılmış, erməni uşaqlarının isə dini dəyişdirilmiş, onlar köləliyə məcbur edilmiş və ya qaçırılaraq türk və ya kürd kimi böyüdülmüşdürlər.[8][9]Birinci Dünya müharibəsindən sonra yardım işçiləri və sağ qalmış ermənilər bu erməni yetimlərini axtarmağa və onları geri çağırmağa başlayanda onların yalnız kiçik bir hissəsinə rast gəlmiş və onları bir yerə cəmləmişdirlər. Onların bir çoxları isə müsəlman olaraq yaşamağa davam etmişdirlər. Bundan əlavə isə, bəzi hallarda qırğından xilas olmaq üçün bütöv ailələrin İslamı qəbul etməsi halları da müşahidə olunmuşdur.[3]
↑"The cost of reconstruction". The Economist. 11 mart 2010. 3 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2013. Although today's inhabitants of Geben hesitate to call themselves Armenians, a growing number of "crypto-Armenians" (people forced to change identity) do just that.
↑West, Barbara A. Encyclopedia of the Peoples of Asia and Oceania. New York: Infobase Publishing. 2009. səh. 56. ISBN9781438119137.
↑Ghazarian, H. Soviet Armenian Encyclopedia Volume 2 (erməni). Erivan: Armenian Encyclopedia Publishing. 1976. səh. 43.
↑Goldhagen, Daniel Jonah. Worse Than War: Genocide, Eliminationism, and the Ongoing Assault on Humanity. New York: PublicAffairs. 2010. səh. 38. ISBN9781586489007.