NFS

NFS (Network File System)- UDP (User Datagram Protocol) nəqliyyat protokoluna əsaslanan fayl sisteminə erişmək üçün protokollar toplusu. UNIX-maşınlara, PC fərdi kompüterlərinə (Windows NT altında işləyən) və Macintosh fərdi kompüterlərinə, yəni müxtəlif əməliyyat sistemləri altında işləyən maşınlara lokal şəbəkədə faylları birgə istifadə etməyə imkan verir; bu isə faylların çoxlu sayda kopyasını ayrı-ayrı kompüterlərin lokal disklərində saxlamaq zərurətini aradan qaldırır. NFS SUN Microsystems şirkəti tərəfindən 1984-cü ildə işlənib hazırlanıb və RFC 1094 (versiya 2) və RFC 1813 (versiya 3) sənədlərində açıq standart kimi müəyyən olunub.