Nadejda Udaltsova | |
---|---|
rus. Надежда Андреевна Удальцова | |
Doğum adı | Надежда Андреевна Прудковская |
Doğum tarixi | 29 dekabr 1885 (10 yanvar 1886)[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 yanvar 1961[2][1] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, boyakar[d], incəsənət xadimi |
Stil | suprematizm |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nadejda Andreyevna Udaltsova (rus. Наде́жда Андре́евна Удальцо́ва; 29 dekabr 1885 (10 yanvar 1886)[1], Oryol – 25 yanvar 1961[2][1], Moskva[3]) — rus avanqard rəssam (suprematist, kubist).
Nadejda Udaltsova 1886-cı ildə Rusiyanın Oryol şəhərində anadan olub. O, Andre Seqonzak altında Parisdə, daha sonra Moskvada xüsusi sənət studiyalarında təhsil alıb.
Rusiyaya qayıtdıqdan sonra Vladimir Tatlinin studiyasında işləyib. 1910-1914-cü illərdə Rəssamlar İttifaqının üzvü olub.
Nadejda Udaltsova 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lyubov Popova, İvan Puni, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nina Genke və başqaları) olduğu Supremus qrupuna qoşulub və digər suprematist rəssamlar ilə Verbovka Xalq Mərkəzində işləyib.
1920-ci ildə əri və görkəmli avanqard rəssam Aleksandr Drevinin təsiri ilə bədii sənətə dönüb. Onların oğlu görkəmli rus heykəltaraş Andrey Drevin (1921-1996) idi.
1929-1932-ci illərdə onlar Altay dağlarına səyahət ediblər və 1933-1935-ci illərdə Ermənistanda işləyiblər. 1938-ci ildə Aleksandr Drevin həbs olunub və NKVD tərəfindən güllələnib.
Nadejda Udaltsova 1961-ci ildə Moskvada vəfat edib.