Naycel Vorburton | |
---|---|
Doğum tarixi | 1962[1][2][…] |
Doğum yeri | |
Əsas maraqları | estetika[3] |
Sayt | nigelwarburton.com |
Naycel Vorburton (ing. Nigel Warburton, /ˈwɔːrbərtən/; 1962[1][2][…], İngiltərə) — Britaniya filosofu. O, daha çox fəlsəfənin populyarlaşdırıcısı kimi tanınır. Vorburton bu janrda bir sıra kitablar yazmaqla yanaşı, estetika və tətbiqi etika sahəsində də akademik əsərlər yazmışdır.[4]
Naycel Vorburton Bristol Universitetində bakalavr dərəcəsi və Kembricdə Darvin Kollecində PhD dərəcəsi almışdır. O, Nottingem Universitetində müəllim olmuş, 1994-cü ildə Açıq Universitetdə Fəlsəfə Departamentinə qoşulmuşdur.[5] 2013-cü ilin may ayında Açıq Universitetdə baş müəllim vəzifəsindən istefa vermişdir.[6]
Naycel Vorburton bir sıra giriş xarakterli fəlsəfə kitablarının, o cümlədən bestseller olan "Philosophy: The Basics" (4-cü nəşr), "Philosophy: The Classics" (4-cü nəşr) və "Thinking from A to Z" (3-cü nəşr) əsərlərinin müəllifidir. O, həmçinin "Philosophy: Basic Readings" (2-ci nəşr) kitabının redaktoru və "Reading Political Philosophy: Machiavelli to Mill" kitabının həmmüəllifi idi. O, fotoqrafiya haqqında, xüsusən də Bill Brandt haqqında geniş yazmış və modernist memar Erno Qoldfingerin bioqrafiyasının müəllifi olmuşdur.[7]
Naycel Vorburton "Virtual Philosopher" fəlsəfə vebloqunu idarə edir[8] və Devid Edmonds ilə müntəzəm olaraq "Philosophy Bites"da bir sıra mövzularda filosoflarla podkast müsahibələri verir.[9]