Nazi Paikidze

Nazi Paikidze
gürc. ნაზი პაიკიძე
Ölkə Gürcüstan Gürcüstan
ABŞ ABŞ
Doğum adı Nazí Paikidze
Doğum tarixi (31 yaş)
Doğum yeri İrkutsk
Rusiya
Titulu Qrosmeyster (2010)
Son reytinqi 2369 (yanvar 2017)
Maksimal reytinqi 2455 (noyabr 2011)
FİDE nömrəsi 13603620
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nazi Nodarovna Paikidze-Barns (gürc. ნაზი პაიკიძე, 27 oktyabr 1993, İrkutsk, Rusiya) ABŞ şahmatçısı, qrosmeyster (2010), iki dəfə Gənc Qızlar arasında Dünya Çempionu (öz yaş qrupunda), dörd dəfə Gənc Qızlar arasında Avropa Çempionu (öz yaş qrupunda) və Qadınlar arasında ABŞ Çempionu (2016).

Paikidze Sibirin ən böyük şəhəri olan İrkutskda anadan olub. Atası mexanika mühəndisi, anası isə biokimyaçı idi. Şahmat oynamağı 4 yaşı olarkən atasından öyrənib. Həmin ildə ailəsi ilə birlikdə Gürcüstanın paytaxtı Tbilisiyə köçürlər.

1999-cu ildə ilki peşəkar məşqiçi ilə məşğul olmağa başlayıb və sürətlə irəliləyib və 2003-cü ildə ilk beynəlxalq turniri olan Avropa Gənclər arasında Şahmat Çempionatının (10 yaşa qədər) qalib olub. Bu turnirdən sonra FİDE Ustası titulunu qazanıb. Daha sonra ailəsi ilə birlikdə Moskvaya köçdü (2006).

2008-ci ildə Validmir Belov məşqiçisi olub. 2010-cu ildə qrosmeyster sonra beynəlxalq usta titulunu alıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]