Nintendo | |
---|---|
任天堂 | |
Ümumi məlumatlar | |
Tipi | kabuşiki qaişa[d] |
Sənaye | videooyun sənayesi[d][1] |
Məhsulları | proqram təminatı, video oyun |
Təsis tarixi | 23 sentyabr 1889[2], 1947[3] |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
nintendo.com/us/regionse… | |
Vikianbarda əlaqəli mediafayllar |
Nintendo Co., Ltd.[a] — Yaponiya çoxmillətli elektronika və videooyun şirkəti. Baş qərargahı Kioto şəhərində yerləşir. "Nintendo" bazardakı ən böyük videooyun şirkətlərindən biridir. Şirkət "Mario", "The Legend of Zelda", "Animal Crossing" və "Pokémon" kimi ən çox tanınan və ən çox satan videooyun franşizalarının yaradısıdır.
"Nintendo" Fusaciro Yamauçi tərəfindən 23 sentyabr 1889-cu ildə yaradılmışdır və ilkin dövrlərində əldəqayırma hanafuda kartları istehsal etmişdir. 1963-cü ildə şirkət artıq taksi xidməti, sevgi otelləri kimi bəzi biznes sahələrinə girişmiş, ancaq uğur tapa bilməmişdir. Şirkət 1960-cı illərdə bütün keçmiş ticarət müəssisələrini oyuncaq istehsalına ayırmışdır. "Nintendo" 1970-ci illərdə videooyun şirkətinə çevrilmişdir. 1980-ci illərdən bəri şirkətin əsas diviziyaları olan "Nintendo of America" və "Nintendo of Europe" tərəfindən dəstəklənən "Nintendo" videooyun sənayesindəki ən təsirli şirkətlərdən, eləcə də dəyər baxımdan 2018-ci ildə 37 milyard ABŞ dolları ilə Yaponiyanın ən dəyərli şirkətlərindən birinə çevrilmişdir.[7]
"Nintendo" şirkətinin ən çox tanınan loqosu cıdır yolu formalı olanıdır, hansı ki, 1960-cı illərdən bəri istifadə olunur. Ağ rəngli zəmində yerləşən qırmızı rəngli yazıdan təşkil olunmuş loqo 1985-ci ildən 2006-cı ilə qədər Qərb bazarlarından istifadə edilmişdir. Yaponiyada loqonun rəngsiz, monoxromatik versiyası "Nintendo" korporasiyas;nın "Famicom", "Super Famicom", "Nintendo 64", "GameCube" konsolları, eləcə də marketinq işlərində istifadə olunmuşdur. 2006-cı ildən sonra "Wii" konsolunun satışa çıxarılması ilə "Nintendo" loqosunu boz rəngli, rəngsiz zəminli versiyası ilə dəyişmişdir. "Nintendo" şirkətinin rəsmi loqosu bu variasiyadır.[8] 2015-ci ildən bəri istehlakçı məhsullar və marketinq üçün loqonun qırmızı zəminli ağ variantından istifadə olunur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Videooyunlar portalı Yaponiya portalı |