Nobutsuna Sasaki

Nobutsuna Sasaki
yap. 佐佐木信綱
Doğum tarixi 8 iyul 1872(1872-07-08)[1][2]
Doğum yeri
Vəfat tarixi 2 dekabr 1963(1963-12-02) (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Yanaka qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti şair, yazıçı, vaka şairi
Mükafatları "Mədəniyyət" ordeni
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nobutsuna Sasaki (佐佐木 信綱?, 8 iyul 1872[1][2], Suzuka[d], Mie prefekturası2 dekabr 1963, Kamakura, Kanaqava prefekturası)Yaponiya ədəbiyyatşünası və vaka şairi.

1872-ci ildə Mie prefekturasında bir kokuqaku aliminin oğlu kimi dünyaya gəlmişdir.[3] 1888-ci ildə Tokio Universitetindən məzun olmuş və yapon dilində ixtisaslaşmışdır.[3]

Sasaki Yaponiya klassikləri haqqında rəylər, eləcə də, vakalar, marşlar və mahnılar nəşr etdirmişdir.[3] İlk vaka kolleksiyası olan "Omoiqusa" 1903-cü ildə çapdan çıxmışdır.[3] 1905-ci ildə Tokio Universitetində mühazirələr verməyə başlamış, bu dövrdən sonra vaxtını "Manyoşu" və vaka tarixi haqqında yazılar yazmağa sərf etmişdir.[3] O, Yaponiya klassikləri haqqında ətraflı araşdırmalar aparmışdır.[3] 1912-ci ildə "Şinqetsu" adlı ikinci vaka kolleksiyasını nəşr etdirmişdir.[3] 1917-ci ildə Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.[3]

1931-ci ildə Tokio Universitetindəki işini tərk edərək təqaüdə çıxmışdır.[3] 1937-ci ildə Mədəniyyət ordeni ilə təltif olunmuşdur.[3] "Sakka haçicuninen" (1959) kimi bəzi avtobioqrafiyaların müəllifidir.[3]

  1. 1 2 Sasaki Nobutsuna // SNAC (ing.). 2010.
  2. 1 2 Nobutsuna Sasaki // Find a Grave (ing.). 1996.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 23. ISBN 0-87011-627-4. İstifadə tarixi: 20 iyul 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]