Nona Qaprindaşvili | |
---|---|
gürc. ნონა გაფრინდაშვილი | |
Ölkə | |
Doğum adı | ნონა გაფრინდაშვილი |
Doğum tarixi | 3 may 1941[2] (83 yaş) |
Doğum yeri | |
Titulu | Qrosmeyster |
Son reytinqi |
|
Maksimal reytinqi | 2350 (noyabr 2012) |
FİDE nömrəsi | 13600125 |
Dünya çempionluğu | (1962-1978) |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nona Qaprindaşvili (gürc. ნონა გაფრინდაშვილი; 3 may 1941[2], Zuqdidi, Gürcüstan SSR, SSRİ[2]) — gürcü şahmatçısı, qadınlar arasında 6-cı dünya çempionu və ilk qadın qrosmeyster (1976).
Nona 1941-ci il mayın 3-də Zuqdidi şəhərində anadan olmuşdur. İdman Qaprindaşvililər ailəsində böyük yer tuturdu. Böyük qardaşları onunla şahmat oynayır və ona heç vaxt güzəştə getmirdilər. Tbilisiyə köçəndən sonra o, pionerlər sarayının şahmat dərnəyinə üzv yazılır. Məşqçisi Karselaqze yetirməsinin bacarığını görüb, onunla ciddi məşğul olmağa başlayır. Bir ildən 15 yaşlı Nona ilk qələbələrini qazanır. Gürcüstan çempionatında qalib gəldikdən sonra SSRİ birinciliyinin yarımfinalında uğurla yarışır.
Bu müvəffəqiyyətlərdən sonra o, bir sıra irimiqyaslı turnirlərdə uğurla çıxış etmişdir. 5 dəfə SSRİ, 12 dəfə olimpiya, 5 dəfə dünya çempionu olmuşdur.
1978-ci ildə qələbələrinə görə Nona FİDE tərəfindən qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür.
1962-ci ilin martında tac uğrunda mübarizədə o, Yelizavet Bıkovanı ağır məğlubiyyətə uğradaraq,çempion adına layiq görülmüşdür.
Nona 16 il ərzində şahmat üzrə dünya birinciliyinin tacını özündə saxlamışdır. 1978-ci ildə o, tac uğrunda mübarizədə Gürcüstan şahmat məktəbinin digər yetirməsi 16 yaşlı Maya Çiburdanidzeyə məğlub olmuşdur. Matçdan sonra o, öz məğlubiyyətini belə izah etmişdir:
"Təbiətin, idmanın qanunu belədir. Gələcəkdə idman yollarında məni nə qədər sınaqlar gözləsə də, həyatım boyu inandığım oyun qaydalarını pozmayacağam".
.
Marneulidə şahmat üzrə açıq kubok yarışı keçirilib[ölü keçid] Nona Qaprindaşvili