Nordman apollonu

Nordman apollonu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Yarımfəsilə:
Növ:
Nordman apollonu
Beynəlxalq elmi adı
  • Parnassius nordmanni

Nordman apollonu (lat. Parnassius nordmanni) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. Qafqazın yüksək dağ endemikidir.

Qanadları açıq halda 70-94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur. Bədən nəzərəçarpacaq dərəcədə tüklüdür. Bığcıqları qara toppuzludur.

Yayıldığı yer

[redaktə | vikimətni redaktə et]

Böyük Qafqazın alp yüksəklikləri (Şahdağ massivi, Bazardüzü, Babadağ, Quton), dəniz səviyyəsindən 3000 m və daha yuxarı.Cənubi və Orta Avropa, keçmiş SSRİ-nin Avropa hissəsinin cənubu, Qafqaz, Orta Asiya, Qazaxıstan, Qərbi, Cənubu və Şərqi Sibir. Azərbaycanda Kiçik və Böyük Qafqazın dağ və dağətəyində (Göygöl, Dərələyəz, Zəngəzur dağ silsiləsinin cənub yamaclarında, Əsgəran rayonunun Topxana meşəsinin kənarlarında və Zaqatala Dövlət Təbiət Qoruğunun subalp zonasında) rast gəlinir.

Yaşadığı yer

[redaktə | vikimətni redaktə et]

Daşlı və müxtəlif otlu alp yamacları, yüksək dağlıq otlaqları — yaylaqlar.

Olduqca azsaylı növdür.

Kəpənəklər avqustda uçuşur, bu vaxtda da yumurta qoyulur. Tırtıllar Corydalis cinsindən olan bitkilərin yarpaqları ilə avqust-sentyabrda qidalanır, sonradan qışlamaya gedib, gələn ilin may-iyun aylarında inkişafını başa vurur. Puplaşma daşların altında, qaya çatlarında və s. sığınacaqlarda olur. İldə bir nəsil verir. Kəpənəklər və tırtıllar cücüyeyən quşlar və sürünənlər üçün yeməli deyil.

Sayının dəyişilmə səbəbləri

[redaktə | vikimətni redaktə et]

Kəpənəklərin tutulması, yüksək dağ otlaqlarında, yaylaqlarda davarın otarılması kəpənəkləri yemdən — nektarlı otlardan məhrum edir.

Zəruri qorunma tədbirləri

[redaktə | vikimətni redaktə et]

Kəpənəklərin tutulmasını qadağan etmək, heyvan otarılmayan sahələr təşkil etmək lazımdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | vikimətni redaktə et]

Növün yayıldığı təbii biotopların məhv edilməsi. Bu biotopların mal-qara tapdağına, şumlanaraq əkin sahələrinə çevrilməsi, ot örtüyünün müntəzəm olaraq biçilməsi. Kəpənəklərin yaşadığı ərazilərin insanların yaşayış məskənlərinə çevrilməsi. Bu növ zəif miqrasiya qabiliyyətinə malik olduğundan onun bu və ya digər yaşayış yerlərində yox olması çox zaman geri dönməz bir prosesə çevrilir. Bəzi alimlərin fikrincə Avropanın düzən ərazilərində apollonun yox olması qlobal istiləşmə ilə də əlaqədardır. Son zamanlar müşahidə edilən isti qış fəsilləri apollonun tırtıllarının vaxtından əvvəl qışlamadan çıxmasına səbəb olur. Bu isə onların zəifləməsinə və məhvinə gətirib çıxarır. Apollonun həvəskar kolleksiyaçılar tərəfindən kütləvi surətdə tutulması da onun populyasiyasına mənfi təsir göstərir.