Nuri Dəmirağ

Nuri Dəmirağ
Şəxsi məlumatlar
Doğum tarixi 1886
Doğum yeri
Vəfat tarixi 13 noyabr 1957(1957-11-13)[1]
Vəfat yeri
Vəfat səbəbi şəkərli diabet
Dəfn yeri
Fəaliyyəti siyasətçi, iş adamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məməd Nuri Dəmirağ (1886, Sivas13 noyabr 1957[1], İstanbul) — Türk iş adamı, siyasətçi. Türkiyə Respublikası Dövlət Dəmiryolları tikintisinin ilk mütəxəssislərindən biri. Türkiyənin 10 min km-lik dəmiryolu şəbəkəsinin 1250 km-lik hissəsinin tikintisini reallaşdırmış və bu səbəblə Mustafa Kamal Atatürk tərəfindən "Dəmirağ" soyadı verilmişdir. Respublika dövrünün saylı zənginləri arasına girmiş və xeyriyyəçiliyi ilə tanınmış bir iş adamıdır. Türkiyədə ilk təyyarə zavodunun quruluşu, ilk siqaret kağızı istehsalı, ilk yerli paraşüt istehsalı kimi böyük işləri həyata keçirən, İstanbul boğazı üzərində körpü inşa edilməsi, Kebana böyük bir anbar edilməsi düşüncələrini ilk dəfə gündəmə gətirən adamdır. Xüsusilə aviasiya sənayesində müvəffəqiyyətləri ilə xatırlanır.Türkiyə Respublikasının ilk müxalifət partiyası olan Milli İnkişaf Partiyasının qurucusudur.

1886-ci ildə, Sivasın Divriği mahalında dünyaya gəldi. Möhrdarzadə Ömər bəyin oğludur, anasının adı Aişə xanımdır. Üç yaşında ikən atasını itirdi, anası tərəfindən böyüdüldü.

Orta məktəbii Divriği Rüştiyə məktəbində tamamladıqdan sonra məktəbdəki müvəffəqiyyəti səbəbiylə müəllim köməkçisi olaraq bir müddət öz məktəbində işlədi. 1903-cü ildə Əkinçilik bankının açdığı məmurluq imtahanını qazanaraq Kangal vilayətində şöbəyə, bir il sonra isə Koçgiri şöbəsinə təyin edildi. 1906–1909-cu illər arasında Ərzurum vilayətində qıtlıq yaşanmışdı. Nuri bəy 1909-cu ildə, anbarlarda buraxılan buğda və taxılları fərdi təşəbbüsünə istifadə edərək xalqa uyğun əvəzli satdı. Buna görə haqqında istintaq açıldı və azad edildi.

1910-cu ildə Maliyyə Nazirliyinin imtahanından keçərək maliyyə məmuru oldu. Bəyoğlu Gəlirlər Müdirliyində məmur olaraq İstanbula təyin edilmişdi. Qısa müddət sonra Hasköy Mal Müdiri oldu. Maliyənin hər addımında çalışdı. Bir tərəfdən də Maliyyə Məktəb-i Alisində gecə dərslərinə qatılaraq yüksək təhsil aldı. 1918-ci ildə maliyyə müfəttişi oldu. Bəyoğlu və Qalata ətraflarında vəzifələndirilərək I Dünya müharibəsindən məğlub çıxmış bir dövlətin məmuru olaraq bəzi təhqirlərə məruz qalmışdı. Bu təhqirləri qəbul edə bilmədiyi üçün istefa verdi.

Məsum xanım ilə evlənən Mehmet Nuri bəyin bu evlilikdən Qalib və Kayı Alp adlı iki oğlu, Məfkurə, Şükufə, Süveyda, Süheyla, Gülbahar və Turan Mələk adlarında qızları dünyaya gəldi. Drexel Universiteti biotibbi mühəndislik hissəsi qurucusu Professor Doktor Banu Onaral nəvəsidir.

İlk Türk siqaret kağızı

[redaktə | vikimətni redaktə et]

Maliyyə müfəttişliyini buraxdıqdan sonra ticarət etmənin yollarını axtaran Nuri bəy, 1918-ci ildə, xaricilərin təkəlində olan siqaret kağızı işinə girdi. Eminönüdə kiçik bir dükanda ilk Türk siqaret kağızı istehsalına başladı. Çıxardığı siqaret kağızına "Türk Zəfəri" adını verdi. Türk zəfəri siqaret kağızları Qurtuluş Döyüşü verməkdə olan Türk xalqı tərəfindən böyük maraqla qarşılandı. Nuri bəy bu ilk cəhdindən böyük qazanc əldə etdi.

Milli Mübarizə illəri

[redaktə | vikimətni redaktə et]

Mehmet Nuri bəy, milli mübarizə dövründə İstanbulda siqaret istehsalı və ticarətlə məşğul olarkən bir tərəfdən də Müdafiə-i Hüquq Cəmiyyətinin Maçka şöbəsinin idarə etdi.

Dəmiryolu memarlığı

[redaktə | vikimətni redaktə et]

Qurtuluş savaşından müstəqil bir dövlət olaraq çıxan Türkiyə Respublikası, ölkənin nəqliyyat probleminə dəmiryolları ilə əl atmışdı; məqsəd, ən qısa müddətdə dəmir yolu şəbəkəsini genişlətməkdi. 1926-cı ildə Samsun-Sivas dəmiryolu tikintisini boynuna götürən Fransız şirkəti işi buraxınca ilk etapda ediləcək yeddi kilometrlik qisim üçün açılan tenderə girən Mehmet Nuri bəy, çox aşağı bir qiymət verərək tenderi aldı. İşin geri qalan qisimi də sınamaq üzrə özünə verildi. Sənəd dairəsində mühəndis olan qardaşı Əbdürrəhman Naci bəyi də məmurluqdan istefa etdirib özünə ortaq edən Mehmet Nuri bəy artıq Türkiyə Respublikasının ilk dəmiryolu podaratçısı olmuşdu. Qardaşı ilə birlikdə çalışaraq Samsun-Ərzurum, Sivas-Ərzurum və Afyon-Dinar xəttini 1012 kilometrlik dəmiryolunu bir il kimi qısa bir müddətdə tamamladı. Çox dağlıq və qayalıq ərazidə balyozlarla dağları deşərək tunel açmaq məcburiyyətində qalmalarına baxmayaraq işlərini vaxtında tamamladılar. Müvəffəqiyyətlərinə görə 1934-ci ildə Atatürk özünə və qardaşı Əbdürrəhman Naci Bəyə Dəmirağ soyadı verdi.

İnşaat İşləri

[redaktə | vikimətni redaktə et]

Nuri bəy dəmiryolu tikintisi ilə məşğul olarkən müxtəlif böyük inşaat layihələrinə də başladı. Karabük Dəmir Çelik, İzmit Sellüloz, Sivas Sement və Bursa Merinos təsislərini, Eceabat Hava limanı, Haliç kənarında İstanbul hal inasını inşa etdi.

Boğaz körpüsü

[redaktə | vikimətni redaktə et]

1931-ci ildə İstanbul boğazına körpü inşası layihəsini başlatdı. Xaricdən mütəxəssislər gətirərək araşdırmalar aparıldı; San Franciscodakı Golden Gate Bridge ilə eyni sistemdə bir körpü inşa etmələri üçün Golden Gateni inşa edən firmayla razılaşdı. Bütün hazırlıqları bitmiş olan layihəni 1934-cü ildə prezident Atatürkə təqdim etdi. Prezident tərəfindən bəyənilsə də layihə hökumətdən təsdiq ala bilmədi və layihə reallaşmadı. Bu, Nuri Dəmirağda çox böyük bir xəyal qırıqlığı yaratdı.

Siyasət fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Nuri Dəmirağ THK əleyhinə açdığı iddiasını itirdikdən sonra, Türkiyədə ədalət anlayışının inkişafı üçün tək-partiyalı rəhbərlik anlayışının dəyişdirilərək çox-partiyalı demokratik nizamın gətirilməsi lazım olduğuna inanmışdı. Bu düşüncəylə siyasətə atıldı. 1945-ci ildə Türkiyənin ilk müxalifət partiyası olan Milli İnkişaf Partiyasını qurdu. Partiya 1946-cı il və 1950-ci il seçkilərində məclisə girə bilmədi. 1954 seçkilərində Demokrat Partiyasından namizədliyini verdi və Sivasdan millət vəkili seçildi. Səhralaşma, əkinçilik və heyvandarlıqda geriləmə, enerji, anbarlar, körpülər, limanlar haqqında işlər gördü.

13 noyabr 1957-ci ildə İstanbulda şəkər xəstəliyi səbəbilə vəfat etdi itirdi. Zincirliquyu qəbiristanlığına dəfn edildi.

Təyyarə zavodu və aviasiya məktəbi

[redaktə | vikimətni redaktə et]

"Avropadan, ABŞ-dən lisenziyalar alıb təyyarə istehsal etmək kopyacılıqtan ibarətdir. Dəbdən düşmüş tiplər üçün lisenziya verilir. Yeni icad edilənlər isə bir sirr kimi, böyük bir qısqanclıqla saxlanmaqdadır. Buna görə də kopyacılıkla davam edilsə, dəbdən düşmüş şeylərlə əbəs yerə vaxt keçiriləcəkdir. Bu halda Avropadan və Amerikanın son sistem təyyarələrinə müqabil, yeni bir türk tipi vücuda gətirilməlidir."

Dövrün ən zəngin iş adamı olan Dəmirağ, 1936-ci ildə təyyarə zavodu qurma cəhdinə başladı. O illərdə ordunun təyyarə ehtiyacı xalqdan və zəngin işadamlarından toplanan ianələr hesabına qarşılanırdı. Özündən təyyarə satın almaq üçün başladılan bir hədiyyə kampaniyasına qatılması istəndiyində "Məndən bu millət üçün bir şey istəyirsinizsə, ən mükəmməlini istəməlisiniz. Madam ki, bir millət təyyarəsi yaşaya bilməz, elə isə bu həyata vasitəsini başqalarının lütfündən gözləməməliyik. Mən bu təyyarələrin zavodunu inşa etməyə talibəm, — "Sözləriylə cavab vermişdi.

Zavodu doğulduğu Divriğidə qərargahı planlaşdırmışdı. Ancaq əvvəlcə İstanbulda bir sınaq atelyesi qurulacaqdı. Bu məqsədlə Çexoslovakiyanın bir şirkəti ilə razılaşdı. İstanbulda Barbaros Hayreddin Paşa İskelesinin yanında atelye binası inşa edildi (Dəniz muzeyinin solunda olan böyük sarı bina). Sınaq uçuşlarını edə bilmək üçün Yaşılköydəki Almaspaşa fermasını da satın aldı və üzərində böyük bir uçuş sahəsi, hangarlar və təyyarə təmir atelyesini inşa etdirdi. Uçuş sahəsi Avropanın ən böyük hava limanı olan Amsterdam Hava Limanı böyüklüyündə idi. Bu sahədə indiki vaxtda Beynəlxalq İstanbul Atatürk Hava Limanı olaraq istifadə edilir.

Təyyarələri istifadə etmək üçün türk pilotların yetişməsi üçün bir aviasiya məktəbi qurmaq lazım idi. Zavod olduğu ərazidə aviasiya məktəbi quruldu. Məktəb 1943-cü ilə qədər 290 pilot yetişdirdi. Yaşılköydəki aviasiya məktəbindən əvvəl Divriğidə də bir aviasiya orta məktəbi açdı. Sivasın heç bir rayonunda orta məktəb yoxkən açılmış bu məktəbdə tələbələrin bütün xərcləri qarşılanır; şagirdlərin havacılığa maraq göstərməsi üçün İstanbula gətirdilib uçuş dərsləri verilirdi.

Beşiktaşdakı təyyarə zavodunda düzəldiləcək təyyarə və glider planını Türkiyənin ilk təyyarə mühəndislərindən Səlahəddin Rəşid Alan çəkdi. 1936-cı ildə ilk tək motorlu təyyarə çıxarıldı və Nu.D-36 adı verildi. 1938-ci ildə Nu.D-38 adlı cüt motorlu 6 nəfərlik sərnişin təyyarəsi istehsal edildi. NuD-38, 1944-ci ildə dünya aviasiyanın sərnişin təyyarələrinin A sinifinə alındı. İlk təyyarə sifarişini 1938-ci ildə Türk Hava Qurumu (təhqiq edən) verdi. Nuri Dəmirağ, aviasiya sahəsində işlərinə 1939-cu ildə Türkiyənin ilk yerli paraşüt istehsalını reallaşdıraraq davam etdi. 1941-ci ildə tamamilə Türk istehsalı ilk təyyarə İstanbuldan Divriğiyə uçdu. Nuri Dəmirağın oğlu və Göy məktəbin ilk məzunlarından olan Qalib Dəmirağ, bu uçuşda pilot idi. THK tərəfindən sifariş edilən 65 planör qısa müddətdə təhvil verildikdən sonra; NuD-36 adlı 24 təlim təyyarəsi tamamlanmış, sınaq uçuşları İstanbulda reallaşmışdı.

Təyyarə zavodunun bağlanması

[redaktə | vikimətni redaktə et]

THK-nın sifarişi olan və son olaraq İstanbuldan Əskişəhərə uçan təyyarələrin təslimi üçün Əskişəhərdə bir dəfə daha test uçuşu edilməsi tələb edilmişdir. Selahatin Rəşid Alan, 1938 Nu.D-36 təyyarəsiylə eniş edərkən, ətrafdakı heyvanlar hava sahəsinə girməsin deyə pistte açılan xəndəyi görməz və xəndəyə düşər. Rəşid Alan bu qəzada həlak olur. Bu qəzadan sonra THK sifarişi ləğv etdi. Nuri Demirağ məhkəməyə verdiyi THK ilə illər sürən bir məhkəmə prosesinə girdi. Məhkəmə THK lehinə nəticələndi. Ayrıca təyyarələrin xarici ölkələrə satılamaması üçün bir də qanun çıxardılar. Buna görə sifariş ala bilməyən fabrik 1950-ci illərdə bağlandı. Beşiktaşda çıxarılan təyyarələrin uçuş sınaq testləri və göy məktəbi üçün edilən enmə zolaqları, hangarlar, bütün quruluşlu binalar o illərdə dünyanın ən böyük hava limanı Amsterdam Hava limanı böyüklüyündəki bütün heyəti obyektlər müsadirə edildi. Bu hava limanı günümüzdəki Atatürk Hava Limanıdır.

İspaniya, İranİraqdan alınan sifarişlər qarşısı; əldə qalan təyyarələr hurdacıya satıldı. Nuri Dəmirağın iddianı itirdikdən sonra hökumət üzvləri və prezident İsmət İnönüyə məktublar yazaraq səhvin düzəldilməsi üçün etdiyi cəhdlər uğursuz oldu; zavod təkrar açıla bilmədi.

Haqqındakı kitablar

[redaktə | vikimətni redaktə et]
  • "Nuri Dəmirağ Kimdir?, Kənan Matbaası, Ziya Şakir", 1947
  • "Nuri Dəmirağ Həyat ve Mücadilələri, Nu.D Matbaası, Nəcmettin Dəliorman", 1957
  • "Nuri Dəmirağ: Türkiyənin Havacılık Əfsanəsi, Ötüken Nəşriyyat, Dr.Fatih Dervişoğlu", 2007

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.