Nyuport | |
---|---|
44°38′12″ şm. e. 124°03′12″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1882 |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 40,8 ± 0,1 m, 134 ± 1 Fut |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 541 |
Poçt indeksi | 97365, 97366 |
Digər | |
newportoregon.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Nyuport (ing. Newport) — ABŞ-nın Oreqon ştatı, Linkoln dairəsi şəhər. Şəhər Amerika Bİrləşmiş Ştatlarının Sakit okean sahillərində yerləşir. Bu səbəbdən burada Oregon Coast Aquarium, Hetfild Dəniz elmi mərkəzi (ing. Hatfield Marine Science Center), Yakina mayakı (ing. Yaquina Head Light) yerləşir.
Nyuport şəhəri yumşaq iqlimə sahibdir. Dəniz axınları və yumşaq havahərzaman qış ayları yağıntı verir.
1962-ci ilin oktyabrında şəhərdə güçü 222 km/s olan küləklər müşahidə edilmişdir. Bu hadisə Kolumb Günü fırtınası zamanı (ing. Columbus Day Windstorm) baş vermişdir.
1964-cü ilin dekabrında isə şəhər suyun altında qalmışdır. Bu isə 530 mm yağıntıdan sonra baş vermişdir.
1950-ci ilin yanvarında şəhərə 15 sm qalınlığında qar yağmışdır. Adi illərdə isə bu 4 sm keçmir.
Şəhər 27,43 km² ərazidə yerləşir. Bunun 23,44 km² quru, 3,99 km² ərazi isə suyu əhatə edir.
2010-cu il siyahıya alınmasına görə şəhəırdə 9989, 2013-cü il məlkumatına görə isə 10117 nəfə yaşayır.
2010-cu qeydiyyatına əsasən şəhər 4354 ev təsərrüfatına sahibdir. Burada 2479 ailə yaşayır. Hər km² 1104 nəfər düşür. İrqi təkib: 84,1 % Ağ amerikalılar, 1,6 % asiyalılar, 0,6 % afroamerikalılar, 2,1 % köklü amerilalılar, 0,2 % havaylılar və digər okean xalqları, 7,5 % digərləri, 3,9 % qarışıq irqlər.
Əhalinin orta yaşı 43-dür. 20 % əhali 18 yaşdan aşağı, 8 % 18 - 24 yaş, 24 % 25 - 44 yaş, 29 % 45 - 64 yaş və 19 % 65 yaş və yuxarı olmuşdur. Gender tərkibi 49,1 % kişi və 50,9 % qadın.
Nyuport qardaşlaşmış şəhərlərə[5] sahibdir.