Nüvədi (Meğri)

Nüvədi
38°53′39″ şm. e. 46°28′44″ ş. u.HGYO
Ölkə
Region Sünik mərzi
Rayon Meğri rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 118,61 km²
Mərkəzin hündürlüyü 625 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 148 nəf. (2011)[1]
Rəsmi dili
Nüvədi xəritədə
Nüvədi
Nüvədi
Nüvədi xəritədə
Nüvədi
Nüvədi
Zəngəzur qəzası Nüvədi

Nüvədi (1994-cü ildən: Nrnadzor) — Zəngəzur mahalının Meğri rayonunda kənd.[2]

Nüvədi kəndinin adı 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Masırı nahiyəsinin kəndi olaraq adı çəkilir.(25 ailə yaşadığı) [3]

Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx,[4][5] "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy[6] sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün[7][8] qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur.

25 oktyabr 2020-ci ildə Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər.[9]

18 iyun 2021-ci ildə Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar. 452 ailə adından hazırlanan, onların hər birinin imzaları və müvafiq sübutlarla təqdim edilən müraciət 55 vərəqdən ibarətdir. Müraciətdə Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multukultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqlarını bildiriblər. Qeyd edilib ki, bütün insan hüquqları sənədləri: 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir. Vurğulanır ki, Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarını, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər. Hazırda Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir. müraciəti Nüvədi kəndinin ən yaşlı sakini olan 86 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev və b. imzalayıblar.[10]

7 avqust 2021-ci ildə Nüvədi kəndinin əhalisinin deportasiyasının 30 illiyinə (1991-2021) həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna və Qazaxıstandan ümumilikdə 500-dək alim, politoloq, ictimai xadim, Nüvədi ziyalıları qoşulub.[11] Konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.[12]

19 avqust 2021-ci ildə İrəvan Türk Cümhuriyyətinin mühacir hökuməti Ermənistanın nəzarətində olan Nüvədi kəndinin Azərbaycana qaytarılması üçün Prezident İlham Əliyevə və Azərbaycan Milli Məclisinə müraciət ünvanlayıb.[13]

2022-ci ilin sentyabrında Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında Zəngəzurun Nüvədi kəndindən danışıb. Paşinyan çıxışında Azərbaycanın sovet dövründə Ermənistana qanunsuz verilən əraziləri, o cümlədən Azərbaycanla Naxçıvan arasında yerləşən Nüvədi kəndini tələb etdiyini bildirib.[14]

Nüvədinin coğrafiyası

[redaktə | mənbəni redaktə et]

Nüvədi kəndi Xudafərin körpüsündən 192 km şimali qərbdə, Bəzzeyn qalasından 55-60 km cənubda, Araz çayının sol sahilində 4-km şimal məsafəsində yerləşir. Ordubad və Zəngilan rayonları arasında 12.600 ha ərazidən ibarət olub Mehri rayonunun ən böyük kəndi idi (1929-çu ildə ərazisi 18.200 ha olmuşdur). Bakı-Naxçıvan dəmir yolunun Mehri rayonu ərazisindən keçən 46 km–dən 26 km-i Nüvədinin ərazisindən keçirdi. Axırıncı əhalinin siyahıya alınmasına əsasən Mehri rayonunda 14.400 əhali olmuşdur ki, onlardan 4.660 nəfəri azərbaycanlı-Nüvədidə isə 1384 nəfər.

Mehri rayonunun ümumi gəliri 13.860.000 man olub ki, onun 11.000.000 dağ-mədən sahəsinə aid olmuşdur. Kənd təsərrüfatına düşən 2.860.000 manatdan 850.000-i Nüvədinin payına düşmüşdür.Rayonda 18.000 xırdabuynuzlu heyvandan 3.000-i, 1.550 iribuynuzlu mal-qaradan 500-ü Nüvədidə olmuşdur. 1987-ci ildə rayonda istehsal olunmuş 1.800 ton üzümdən 530 tonunu Nüvədi vermişdir.

Kəndin adı 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Nüyədə,[15] erməni,[16] rus dilli[17][18] mənbələrdə Nyuvadi formalarında qeyd edilir. Yerli əhali isə kəndə Nüyədi, Nüədi deyirdilər.

Kənddə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız azərbaycanlı yaşamışdır.[19]

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir.

Burada 1922-ci ildə 662 nəfər, 1926-cı ildə 480 nəfər, 1931-ci ildə 590 nəfər,[19] 1979-cu ildə 1700 nəfər[20] yalnız azərbaycanlı yaşamışdır. Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri - azərbaycanlılar 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  • Fəxrəddin Əli - Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam
  • Əmir Əliyev (hüquqşünas) - hüquq üzrə elmlər doktoru, professor, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı
  • Fikrət Əliyev (akademik) - Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademik.
  • Alqış Həsənoğlu - filologiya elmləri namizədi, Milli Məclisin (2003-2005) deputatı.
  • İsmayıl Əliyev - alim , Professor
  • Faiq Cəfərov - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991).
  • Amanov Mail Vəli oğlu - Azərbaycan Elmi Tədqiqat üzümçülük və şərabçılıq İnstitutunun direktoru, professor.
  • Musa Musayev - Milli Məclisin deputatı (2000-2005), Naftalan şəhər İcra Hakimiyyətinin başçısı (2006-2010).
  • Qurbanov Xalid Hümbətəli oğlu - Texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Aqrar Üniversiteti.
  • Asiman Həsənov - Tibb elmləri üzrə fəlsəfə doktoru,dosent, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedarasının dosenti
  • Əli Vəlioğlu - Şair, publisist, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2004)
  • Elnur Amanov - Taekwondo üzrə Əməkdar baş məşqçi, 2008-ci ildə Roma da Avropa Taekwondo Çempionu
  • Xatirə Hüseynova - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət idarəetməsi və menecment kafedarsının müdiri, iqtisad elmləri doktoru,professor
  • Dr. Əmir Quliyev - Tibb elmləri namizədi, Kardioloq-Terapevt ,Mərkəzi Dənizçilər Xəstəxanası (1987-2009), Avrasiya Klinikası (2009-)

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Meyvəçilik, üzümçülük, əkinçilik və heyvandarlıqdan ibarətdir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. «Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası»- Ankara, Tapu ve Kadastro Kuyud-i Kadime Arşivi, N? 199, ss.l 1 1-191
  4. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.23
  5. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri, B., 1967.
  6. Azərbaycan dilinin dialektoloji lüğəti, bircildlik, Bakı, «Azərb.SSR Elmlər Akademiyası», 1964. s.344
  7. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.177
  8. Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.139
  9. "Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: "Əgər razılıq versəniz…"". 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-13.
  10. "Nüvədi kəndinin sakinləri öz tarixi yurdlarına qayıtmaq üçün dünya birliyinə müraciət edib". 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-13.
  11. ""Nüvədi harayı: pozulmuş hüquqların bərpası" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib YENİLƏNİB". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-13.
  12. "Nüvədi sakinləri yurdlarına qayıtmaq istəyir - Prezidentə müraciət". 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-13.
  13. ""Zəngəzur dəhlizi" açılanda Nüvədi kəndi Azərbaycana qaytarılmalıdır! - TƏLƏB". 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-13.
  14. "Bakı bizdən bunu tələb edir – Paşinyan". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-13.
  15. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.179
  16. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.68
  17. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.20
  18. Армянская ССР. Административнотерриториальное деление, Ереван, «Айастан», 1976. s.201
  19. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.68-69, 142-143
  20. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.175

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]