Nəşirvan Mustafa

Nəşirvan Mustafa
Şəxsi məlumatlar
Doğum tarixi 1943[1] və ya 22 dekabr 1944(1944-12-22)
Doğum yeri
Vəfat tarixi 19 may 2017(2017-05-19)[2]
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Fəaliyyəti siyasətçi, yazıçı
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəşirvan Mustafa (kürd. نەوشیروان مستەفا/Newşîrwan Mistefa; 1943[1] və ya 22 dekabr 1944, Süleymaniyyə19 may 2017[2], Süleymaniyyə) — kürd əsilli İraq siyasətçisi və yazıçısı.

Nəvşirvan Mustafa 22 dekabr 1944-cü ildə İraqın Süleymaniyyə şəhərində anadan olmuşdur.[3] O, Süleymaniyyədəki Kral Faysal Məktəbində təhsil almış və kiçik yaşlarında xüsusi müəllimlər tərəfindən xarici dillərdən dərs almışdır. Mustafa Bağdad Universitetində siyasi elmlər üzrə təhsil almışdır.[4]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, 1960-cı ildə Kürdüstan Demokrat Partiyasına (KDP) qoşulmuş, orada gənclər şöbəsində çox fəal olmuşdur. Mustafa siyasi büroda Bərzaninin əleyhdarları ilə müttəfiq olmuş və KDP parçalanmadan əvvəl partiyanı tərk etmişdir.[5] 1970-ci ildə Bağdad İnqilab Məhkəməsi Mustafaya ölüm hökmü çıxarmışdır.[6] Nəticədə, o, Avstriyaya sürgünə getmiş və burada Vyana Universitetində beynəlxalq hüquq təhsili almışdır.[7]

1975-ci ilin iyununda Cəlal Tələbaninin ümumi rəhbərliyi altında[8] Mustafanın da tərkibində olduğu[9] "Komala" Əli Əskərinin rəhbərlik etdiyi Kürdüstan Sosialist Hərəkatının birləşməsi nəticəsində yaradılmışdır.[10] Mustafa 1970-ci illərin sonundan 1990-cı illərin əvvəllərinə qədər Peşmərgə qüvvələrinin komandanı olmuş, İraqın BƏƏS ordusuna qarşı gerilla müharibəsinə rəhbərlik etmişdir.[11] Daha yaxşı təchiz edilmiş İraq ordusuna ciddi ziyan vurulduqdan sonra BƏƏS hökuməti kimyəvi silahlardan istifadə etməyə başlamışdır. Sinir-paralitik maddələr və xardal qazı kimi bioloji silahlardan istifadə edən Səddam Hüseyn 1987-ci ilin əvvəlində Ənfal əməliyyatına start vermişdir.[12][13][14]

1991-ci ilin yazında Mustafa planını işə salmış və 7 martda Raniyə şəhərini İraq qüvvələrinin əlindən almışdır. O, 21 mart 1991-ci ildə Kərkük döyüşü ilə sona çatan əməliyyata rəhbərlik etmişdir.[15] Mustafa üsyanın təşkilatçısı hesab edilir. Onun siyasi fəaliyyəti nəticəsində Kürdüstan Regional Hökuməti qurulmuşdur.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Nəşirvan Mustafa ana dilləri sorankurmanc ilə yanaşı, ərəb, fars, ingilisalman dillərini də mükəmməl bilirdi.[4] O, 1982-ci ildə ailə həyatı qurmuş, iki oğlu və bir qızı var. Mustafa 19 may 2017-ci ildə, 72 yaşında Süleymaniyyə şəhərində xəstəlikdən vəfat etmişdir.[16]

  • La kanārī Dānubawa bo khaṛī Nāwzang:political events in Iraqi Kurdistan from 1975 to 1978. Zargata. 1997.
  • Panjakan yaktari ashkenin: political events in Iraqi Kurdistan from 1979 to 1983. Zargata. 1997. ISBN 3-9806140-3-4.
  • Khulāna la bāznadā: the inside story of events in Iraqi Kurdistan 1984-1988. Meľbenî Awedanî Kurdistan. 1999. ISBN 3-9806140-3-4.
  • Kurd u Ejam. Zargata. 1992.
  • Hukumati Kurdistan: Kurd le gemey Sovieti da. K.I.B. 1993. ISBN 90-900635-6-0.
  • Mīrāyatī Bābān lah nǐwān bardāshī R̮ǔm ū ʻAjamʹdā. Melbendî Awedanî Kurdistan. 1998. ISBN 3-9806140-1-8.
  • Kurdistanî ʻÊraq: serdemî qełem u muraceʻat, 1928-1931. Zargata. 2000.
  • Jian: Be tementirîn rōjnamey kurdî 1926 - 1938. Zargata. 2002.
  • Jian: Çend lapereyek le mêjûy rojnamewaniy Kurdî, 1938-1958: rojnamewaniy nihênî. Zargata. 2004.
  • Karesati Hekari. Zargata. 1981.
  • Kêşey Partî û Yekêtî. Zargata. 1995.
  • Ême û Ewan. Zargata. 2009.
  • Edeb û Tarikhi Kurdi. Zargata. 2012.
  1. 1 2 Faceted Application of Subject Terminology.
  2. 1 2 http://24.sapo.pt/noticias/internacional/artigo/morreu-o-ex-vice-primeiro-ministro-timorense-mario-carrascalao_22399326.html.
  3. Akkaya, Gülşah Neslihan; Torlak, Furkan; Baştürk, Levent; Küçükkeleş, Müjge; Demir, Zehra Senem; Ziya, Saliha. Irak Siyasetini Anlama Kılavuzu. 23 September 2013. ISBN 9786054023295. 3 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2022.
  4. 1 2 Gunter, Michael M. Historical Dictionary of the Kurds (ingilis). Scarecrow Press. 4 November 2010. səh. 221. ISBN 9780810875074. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2022.
  5. Edmund Ghareeb, Beth Dougherty, Historical Dictionary of Iraq, səh. 173, Google Books-da
  6. "The war hits home". The Christian Science Monitor. 24 March 2003. ISSN 0882-7729. 3 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2019.
  7. Michael M. Gunter, Historical Dictionary of the Kurds, səh. 221, Google Books-da
  8. Muir, Jim. "Iraqi Kurds vote in 'vibrant' elections". BBC. 24 July 2009. 26 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2009.
  9. "Middle East Report". Middle East Research & Information Project. Issues 186–197: 3, 4, 24.
  10. Alinia, Minoo. Spaces of diasporas: Kurdish identities, experiences of otherness and politics of belonging. Sweden: Dept. of Sociology, Göteborg University. 2004. 56. ISBN 9197443786.
  11. Tareq Ismael, The Rise and Fall of the Communist Party of Iraq (Cambridge: Cambridge University Press, 2008), p. 201.
  12. Fazil Moradi (2016) "The Force of Writing in Genocide: On Sexual Violence in the al-Anfāl Operations and Beyond." in Gender Violence in Peace and War: States of Complicity, 102–115, edited by Victoria Sanford, Katerina Stefatos and Cecilia Salvi. New Brunswick, NJ and London: Rutgers University Press.
  13. .Fazil Moradi (2017) "Genocide in Translation: On Memory, Justice, and Future Remembrance." in Memory and genocide: on what remains and the possibility of representation, edited by Fazil Moradi, Ralph Buchenhorst, and Maria Six-Hohenbalken London and New York: Routledge.
  14. Faraidoun Moradi, Mia Söderberg, Fazil Moradi, Bledar Daka, Anna-Carin Olin, Mona Lärstad. (2019) "Health Perspectives among Halabja’s Civilian Survivors of Sulfur Mustard Exposure with Respiratory Symptoms—A Qualitative Study" PLOS ONE 1–16.
  15. Goldstein, Eric. Endless Torment: The 1991 Uprising in Iraq and Its Aftermath. New York, N.Y.: Human Rights Watch. June 1992. 60–68. ISBN 1-56432-069-3. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.
  16. "Nawshirwan Mustafa dies in Sulaymaniyah". NRT News (kürd). 22 May 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 May 2017.