Oberqefell Hocesə qarşı

Eynicinsli nikah
dünya üzrə hüquqi statusu

  Eynicinsli nikahlar qeydiyyata alınır
  Eynicinsli nikahlar tanınır, lakin qeydiyyata alınmır
  Digər eynicinsli əlaqələr tanınır (Vətəndaş tərəfdaşlığı)
  Qanunla heç bir formada tənzimlənmir

Obergefell v. HodgesABŞ Ali Məhkəməsinin ABŞ Konstitusiyasına on dördüncü düzəlişi əsas tutaraq bütün ölkə ərazisində eynicinsli evliliklərin leqallaşdırılması haqqında qərar verdiyi işdir.

Tanco v. Haslam (Tennesi), DeBoer v. Snyder (Miçiqan), Bourke v. Beshear (Kentukki) adlı oxşar məzmunlu digər üç işlə dəstəklənən Obergefell v. Hodges işində eynicinsli evlilikləri qadağan edən dövlət qanununa yenidən baxılmışdır. Məhkəmə iş üzrə qarşı tərəfin arqumentlərini 28 aprel 2015-ci ildə dinləmişdir. 26 iyun 2015-ci ildə isə ABŞ Ali Məhkəməsi son qərarını açıqlayıb. Məhkəmə Amerika konstitusiyasının hər bir vətəndaşın eyni şəkildə müdafiəsini irəli sürdüyünü bildirərək, eynicinli nikahların yasaqlanmaması qərarına gəlib.[1] Ali Məhkəmənin hökmü 1967-cı ildə irqlərarası nikahın qanuniləşməsindən sonra evlilik qanunlarında daha bir inkişaf hesab edilir.[2]

ABŞ prezidenti Barak Obama "Twitter" səhifəsində yazıb ki, bu, bərabərlik istiqamətində atılan böyük bir addımdır. “Homoseksuallar hər kəs kimi artıq evlənmək hüququ əldə edib”-deyə prezident bildirib.[3]

  1. Obergefell et al. v. Hodges, Director, Ohio, Department of Health, et al. Arxivləşdirilib 2015-06-26 at the Wayback Machine, İstifadə tarixi: 26 iyun 2015
  2. Adam Lıptak - Gay Marriage Backers Win Supreme Court Victory Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine, The New York Times, JUNE 26, 2015, İstifadə tarixi: 26 iyun 2015
  3. Elmidar Əliyev - ABŞ-də homoseksualların nikah qanunu qüvvəyə minir Arxivləşdirilib 2015-06-28 at the Wayback Machine, ANSPress, 26 İyun, 2015, İstifadə tarixi: 26 iyun 2015

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]