Og Mandino | |
---|---|
Augustine Mandino II | |
Doğum adı | Augustine Mandino II |
Doğum tarixi | |
Doğum yeri | Framingham, Massachusetts, Amerika Birləşmiş Ştatları |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Antrim, New Hampshire, Amerika Birləşmiş Ştatları |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | Amerika'lı |
Fəaliyyəti | yazıçı, müəllif |
ogmandino.com |
Augustine "Og" Mandino II (12 dekabr 1923[1] və ya 1 iyun 1924[2], Freyminqem[d], Massaçusets – 3 sentyabr 1996[1][3]) Amerika'lı yazıçı idi. O, ən çox satılan “Dünyanın ən böyük taciri” kitabını yazmışdır. Onun kitabları 50 milyon nüsxədən çox satılmışdır və 25-dən çox dilə tərcümə olunmuşdur. O, 1976-cı ilə qədər Success Unlimited jurnalının prezident'i olmuşdur və Milli Natiqlər Assosiasiya'sının Şöhrət Zalına daxil edilmişdir.
1930-cu il ABŞ siyahıyaalmasına görə, Mandino 12 dekabr 1923-cü ildə Massaçusets ştatının Natick şəhərində valideynləri Silvio və Marqaret Mandino ailəsində anadan olmuşdur.[4] İtalyan atası tərəfdən babasının şərəfinə Avqustin adını almışdır. Mandino bir vaxtlar orta məktəb qəzetinin redaktoru olmuşdur və Missuri Universitetinin jurnalistika məktəbinə getməyi planlaşdırmışdır. 1940-cı ildə kollecə girməzdən əvvəl anası güclü infarktdan dünyasını dəyişmişdir. O, 1942-ci ilə qədər kağız fabrikində işləmək qərarına gəlmişdir. Daha sonra o, Amerika Birləşmiş Ştatları Ordusunun Hərbi Hava Qüvvələrinə qatılmışdır və orada hərbi zabit və bombardmançı olmuşdur.[5] İkinci Dünya Müharibəsi zamanı B-24 Liberator təyyarəsində Almaniya üzərində 30 bombardman missiyası üçün uçmuşdur. Bu müddət ərzində o, pilot yoldaşı və kino ulduzu Ceyms Stüartla birlikdə uçmuşdur. Hərbi vəzifələrindən sonra Mandino sığorta satıcısı oldu. Klivlenddə bir qış noyabr səhərində artıq o, intihar etməyi düşünümüşdür.[6] Lakin o, kitabxanada bir neçə kitabı çeşidləyərkən cild-cild özünə kömək, uğur və motivasiya kitabları onun diqqətini çəkmişdir. O, bir neçə başlıq seçmişdir, masaya keçmiçdir və oxumağa başlamışdır. O, kitabxanaya səfərinin ardınca ABŞ-ın bir çox digər kitabxanalarına daha çox səfər etmişdir. O, müvəffəqiyyətdən bəhs edən yüzlərlə kitab oxumuşdur, ona alkoqolizmdən qurtulmağa kömək etmişdir.[7] Bu, Nyu-Hempşir ştatının Konkord şəhərindəki kitabxanada idi və burada o, U.Klement Stounun klassik “Müsbət ruhi münasibət vasitəsilə uğur” kitabını tapmışdır və eynilə Mandinonun həyatını dəyişdirmişdir. Müəllifin bu kitab'la birlikdə bioqrafik məlumatları Stounun Kombinə Sığorta Şirkətinin sahibi olduğunu göstərmişdir. Mandino 32 yaşında ikən şirkətdə satış vəzifəsi almağa qərar vermişdir. Bir il ərzində Mandino satış meneceri vəzifəsinə yüksəlmişdir və satış rekordları qırmışdır.[8] Kənd bazarlarında satışla bağlı yazdığı broşura ona tanıtım yazılarında iş və W. Klement Stounun Success Unlimited jurnalında vəzifə qazandırmışdır. 1966-cı ilə qədər Mandino [[jurnal]'ın İcraçı Redaktor'u idi və jurnal'ın məqalələrindən ibarət antologiyanın redaktə edilməsinə kömək etmişdir.[9] Mandino nəhayət uğurlu yazıçı və natiq olmuşdur. Onun əsərləri İncildən ilhamlanmış və Napoleon Hill, U.Klement Stoun və Emmet Foksdan təsirlənmişdir.[10] O, Milli Natiqlər Assosiasiyasının Spiker Şöhrət Zalına daxil edilmişdir.
Mandinonun əsas fəlsəfi mesajı ondan ibarətdir ki, yer üzündəki hər bir insan möcüzədir və öz həyatını inamla və bolluğu idarə edən qanun'lara uyğun olaraq istiqamətləndirməyi seçməlidirlər. O, iddia edirdi ki, bütün müvəffəqiyyətli insanlar öz həyatlarını "qrafik" tərtib etməklə və ya şüurlu şəkildə həm istədikləri yeri, həm də ona çatmaq üçün seçərək seçmişdirlər.