Olaf Şolts | |
---|---|
alm. Olaf Scholz | |
| |
Almaniyanın əmək və sosial işlər naziri[d] | |
21 noyabr 2007 – 28 oktyabr 2009 | |
Əvvəlki | Franz Müntefering[d] |
Sonrakı | Franz Josef Jung[d] |
Hamburqun birinci meri[d] | |
7 mart 2011 – 13 mart 2018 | |
Əvvəlki | Kristof Ahlhaus[d] |
Sonrakı | Peter Tsşentsşer[d] |
Almaniya Bundestaqının üzvü[d] | |
26 oktyabr 1998 – 6 iyun 2001 | |
Almaniya Bundestaqının üzvü[d] | |
17 oktyabr 2002 – 18 oktyabr 2005 | |
Almaniya Bundestaqının üzvü[d] | |
18 oktyabr 2005 – 27 oktyabr 2009 | |
Almaniya Bundestaqının üzvü[d] | |
27 oktyabr 2009 – 11 mart 2011 | |
Sonrakı | Ingo Egloff[d] |
30 may 2001 – 23 sentyabr 2001 | |
Əvvəlki | Hartmut Vruklaq[d] |
SDP-nin baş katibi[d] | |
20 oktyabr 2002 – 21 mart 2004 | |
Almaniyanın maliyyə naziri[d] | |
14 mart 2018 – 8 dekabr 2021 | |
Fransa-Almaniya əməkdaşlığı üzrə komissar[d] | |
2015 – 2018 | |
Almaniya Bundestaqının üzvü[d] | |
Vəzifədədir | |
26 oktyabr 2021-ci ildən | |
Almaniyanın vitse-kansleri[d] | |
14 mart 2018 – 8 dekabr 2021 | |
Əvvəlki | Sigmar Gabriel |
Sonrakı | Robert Habek[d] |
Vəzifədədir | |
8 dekabr 2021-ci ildən | |
Əvvəlki | Angela Merkel |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyun 1958[1][2][…] (66 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
Atası | Gerard Şolts[d] |
Anası | Kristel Şolts[d] |
Həyat yoldaşı |
|
Dini | dinsizlik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət |
|
|
olaf-scholz.spd.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Olaf Şolts (alm. Olaf Scholz; 14 iyun 1958[1][2][…], Osnabrük, Aşağı Saksoniya[3]) — Almaniyanın siyasi və dövlət xadimi. 8 dekabr 2021-ci ildən Almaniyanın Federal Kansleridir. Almaniya Sosial-Demokrat Partiyasının üzvüdür.[4]
2011–2018-ci illərdə Hamburq şəhərinin burqomisteri, 2018–2021-ci illərdə Almaniyanın federal kanslerinini müavini və maliyyə naziri olub.
Olaf Şolts 14 mart 1958-ci ildə Aşağı Saksoniyanın Osnabrük şəhərində. Toxuculuq sənayesində çalışan Herhard Şoltsun üç oğlundan böyüyü idi. Anası Kristeldir (qızılıq soyadı Qryunevald).[5] O Hamburq şəhərinin Ralşdetde rayonunda böyüyüb. [6] Qardaşı yens Şolts (7 sentyabr 1959-cu ildə Osnabrükdə anadan olub) — anestizoloqdur və 2009-cu ildən Şlezviq-Qolşteyn universitet tibb mərkəzinin idarə heyətinin sədri, elmlər doktroru, professordur,[7] kiçik qardaşı İnqo Şolts Hamburqda İT şirkətinin meneceridir.[8] Olaf Şolts Hamburq-Ottensendə xristian kilsəsində xaç suyuna çəklib, sonrdan o lyuteran kilsəsini tərk etdi və hal-hazırda hər hansı kilsəyə aid deyil[9]
O. Şolts birinci sinfə Bekassineau Oldenfelde rayonunda gedib, sonra isə Qrosloherinq Qrossloe rayonundakı ibtidai məktəbə gedib. 1977-ci ildə Rolştedt-Oste rayonundakı Heegendəki orta məktəbi[10] bitirdikdən sonra Hamburq Universitetinin hüquq fakültəsinə daxil olur və oranı 1984-cü ildə bitirir. Tələbə ikən sonradan dövlət müşaviri olan məşhur iqtisadçı Andreas Rikhofla bir otaqda qalır.[11]
Şolts 1985-c ildən "Zimmermann, Scholz und" vəkil bürosunda çalışır.[12] O əmək hüququ üzrə vəkil kimi tanınır.[13] 1990–1998-ci illərdə o Alman istehlak kooperasiya Mərkəzi Assosiasiyında vəkil kimi çalışır.
1998-ci ildə o Almaniya Bundestaqına deputat seçilir.[14]
O Hamburqda yaranan Mehr Zeit für Kinder hərəkatının iştirakçısı olub. 2006-cı ilin noyabr ayından Şolts "Təhsil cinayətkarlığın əleyhinə" layihəsinin rəhbəri olub. Təşəbbüs Hamburqüun sosial cəhətcə zəif olan ərazilərində məktəblərə dəstək məqsədilə yaradılmışdı.
Şolts 1975-ci ildə orta məktəbdə təhsil alarkən ASDP-inin "Gənc sosialistlər" təşkilatının (qısaca Juso) üzvü olur. 1982-ci ildən 1988-ci ilədək o Juso federal sədrinin müavini olur, 1987–1989-cu illərdə isə Beynəlxalq Sosialist Gənclər İttifaqının vitse-prezidenti kimi fəaliyyət göstərir. Juso üzvü kimi Şolts Freudenberger Kreisi (Juso universitet qruplarının Stamokap marksist qolu), həmçinin məqalələrində "kapitalist iqtisadiyyatının aradan qaldırılması" vurğulanan jurnalı[15] dəsətələyirdi.[16] Həmin məqalədə Şolts "təcavüzkar-imperialist NATO"nu, Federativ Respublikanı "böyük biznesin Avropa dayağı" kimi və sosial-liberal koalisiyanı "hakimiyyətin istənilən formada qarunub saxlanmasını istənilən məsələnin müzakirəsindən üstün tutduğuna görə tənqid edir.[17] 4 yanvar 1984-cü ildə Şolts və Jusonun dpgər liderləri Almaniya Demokratik Respublikasına gedərək Almaniya Vahid Sosialist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, MK katibi Eqon Krens və MK şöbə müdiri Herbert Haberlə görüşür.[18] 1987-ci ildə Şolts yenidən Şərqi Almaniyaya gəlir və Jusonun vitse-prezidenti kimi ADR-in kommunist ideologiyalı Azad Alman Gənclər İttifaqının Vittenberqdə keçirlən mitinqində iştirak edir.[19]
Olaf Şolts 1994–2000-ci illərdə Hamburqun Alton bölgəsinin ASDP təşkilat sədri olub. Sonradan isə 2000–2004-cü və 6 noyabr 2009-cu il — 24 mart 2018-ci il tarixlərində ASDP Hamburq şəhər təşkilatının sədri olub.[20]
O. Şolts 2001–2019-cu illərdə ASDP-nin rəhbərliyində müxtəlif vəzifələrdə olub.
20 oktyabr 2002-ci il — 21 mart 2004-cü il tarixlərində (həmin dövrdə Gerhard Şröderin rəhbərliyi ilə qırmızı-yaşılkoalisiya hakmiyyətdə idi) Şolts Sosial-Demokrat Partiyasının baş katibi idi. 2002-c ildə keçirilən partiya qurultayında o həmin vəzifəyə 91,3 fazi səslə, 2003-cü ildə keçirilən qurultayda isə 52,6 faiz səslə seçildi.[21] H. Şrederin partiya sədrliyindən istefasından sonra Şolts da istefaya getdi.
2009-cu ildə Bundestaqa növbədənkənar seçkilərdən sonra ASDP-nin noyabr ayında keçirilən növbədənkənar qurultayında O. Şolts 85,7 fazi səslə sədrin dörd müavinindən biri seçilir.[22] 2011-ci ilin dekabrında o 84,9 fais səslə,[23] 2013-cü ilin noyabrında 67,3 faiz səslə,[24] 2015-ci ilin dekabrənda 80,2 faiz səslə,[25] 2017-ci ilin dekabrında 59,2 faiz səslə yenidən partiyanın sədr müavini seçilir.[26] 2019-cu ildə sədr seçilə bilməyəndən sonra sədr müavinliyinə namizədliyini vermir.
Martin Şultsun 13 fevral 2018-ci ildə istefasından sonra partiyanın rəyasət heyətinin qərarı ilə partiya sədri vəzivəsini icra etməyə başlayır. O partiya tarixində partiya rəhbəri vəzifəsini ən çox icra edən şəxs kimi tarixə düşdü. Bununla yanaşı partiyanın rəyasət heyəti ASDP-nin bundestaqda fraksiya rəhbəri Andrea Naxlesi pariya rəhbəri kimi namizədliyini irəli sürdü. Naxlesin sədr vəzifəsini icra edən kimi təsdiqinə isə hüquqi və siyasi xarakterli etiraz var idi.[27] Şoltsun sədr vəzifəsini icra edən şəxs kmi səlahiyyəti Nelesin 22 aprel 2018-ci ildə sədr seçilməsi ilə bitdi.
2019-cu ilin iyununda Andrea Nahles partiya sədrliyindən istefa verdikdən sonra sədrliyə öz nazmizədliyinin verilməsini istisna edib. O bildirib ki, həm federal maliyyə naziri, həm partiya sədri vəzifələrini eyni zamanda yerinə yetirmək "vaxt baxımından mümkün deyil"[28][29][30].
Ancaq avqust ayında Şolts elan etdi ki, partiya sədrliyinə Klara Heyvislə namizədliyini irəli sürmək fikrindədir[31][32]. O bunu onunla izah etdi ki, birgə nazmizədliyini vermək istədiyi şəxslərin bir çoxu seçilmək istəmirlər[33]. 26 oktyabr 2019-cu ildə partiya seçkilərinin birinci turunda Klara Heyvis və Olaf Şults dueti altı namizəd cütlüyü arasında ən çox — 22, 7 faiz səs topladılar. Ancaq 30 noyabr 2019-cu il tarixində keçirilən ikinci turda əvvəl 21,0 faiz səs toplayaraq[34] ikinci olmuş Saskiya Esken-Norbert Valter-Borjans dueti 53, 1 səslə qalib gəldilər. Heyvis-Şolts dueti isə 45, 3 faiz səslə ikinci yeri tutdular[35].
10 avqust 2020-ci ildə Şolts 2021-cil federal parlament seçkilərində ASDP sədrləri Saskin Esken və Norbert Valter-Borjans tərəfindən federal kanslerliyə ASDP namizədi kimi namizəd irəli sürüldü. Həmin dövrdə Şolts rəy sorğularında ən populyar çəxs idi, ancaq partiyanın sol qanadı onun namizədliyinə tərəddüd edirdi[36]. 9 may 2021-ci ildə keçirilən partiya konfransında o 96,2 faiz səslə kanslerliyə namizəd irəli sürüldü[37]. 26 sentyabr 2021-ci ildə keçirlən seçkilərdə ASDP 25, 7 faiz səslə seçkilərdə birinci yeri tutdu, Xristian_Demokrat İttifaqı-Xristian-Sosial İttifaqı isə 24, 1 səslə ikinci oldu[38].
Şolts Almaniya Bundestaqının 1998–2001-ci və 2002–10 mart 2011-ci illər arası müddətdə deputatı olub. O vizaların tədqiq edilməsi komitəsinin üzüv və ASDP fraksiyasının sədri kimi də fəaliyyət göstərib.
13 oktyabr 2005-ci ildə o ASDP parlament fraksiyasının sədri seçilir. O bu postu 21 noyabr 2007-ci ildə federal əmək və sosial xidmətlər naziri təyin edilənə qədər tutub. Onun sələfi Tomas Opperman oldu. Fedeeral hökumətin üzvü olana qədər Şolts Bundestaqın xüsusi xidmət orqanlarına nəzarət komitəsinin üzvü olub[39].
2005-ci ildə ümumi seçkilərində Şolts Hamburq-Alton seçki dairəsində 45,9 faiz, 2009-cu il seçkilərində isə 36,1 faiz səs topladı.
22 oktyabr 2009-cu ildə ASDP fraksiyası onu üzünün doqquz sədr müavinlərindən biri seçdi. 7 mart 2011-ci ildə Olaf Şolts Hamburq şəhərinin meri seçdikdən üç gün sonra oBundetaq deputatı mandatından imtina etdi[40].
2021-ci ilin federal parlament seçkilərində Olaf Şolts Potsdam-Potsdam-Mittelmark II — Teltof-Fleminq II seçki dairəsində 34Ş8 fazi səs topladı[41]. Onun rəhbərlik etdiyi Brandenburq torpağında isə partiya siyahısı 29,5 faiz səsə aldı.
30 may 2001-ci ildə Şolts Azad hanzeys şəhəri Hamburqun daxili işlər üzrə senatoru seçilir. Bu mer Ortvin Runde və daxili işlər üzrə senator Hartmut Vroklaqe istefaya getdikdən sonra baş verir. Onun səlahiyyəti XDİ nümayəndəsi Ole fon Boyts 31 oktyabr 2001-ci ildə mer seçildikdə bitdi. Onun yerinə Qanunun üstünlüyü Partiyasının nümayəndəsi Ronald Ştill seçilir.
Daxili işlər üzrə senator kimi iyul 2001-ci ildə Şolts təxmin edən narkotik alverçilərinin sübutu kimi qusma nümunələrinin saxlanması tələbini tətbiq etdi. Yaşıllar partiyasının nümayəndələri koalisiya müttəfiqləri kimi bu qərarı dəstəklədilər[42].
Frans Myünteferinq federal hökumətdən çıxdıqdan sonra Angela Merkelin II hökuməti O. Şolts 21 noyabr 2007-ci il tarixindən federal əmək və sosial işlər naziri təyin edildi. 28 oktyabr 2009-cu il federal seçkilərindən sonra XDİ-XSİ-ASDP koalisiyası dağıdıqdan sonra o hökuməti tərk etdi.
Hamburqda qara-yaşıl koalisiya dağıdıqdan sonra növbədənkənar regional seçkilərdə ASADP-nin əsas namizədi kimi iştirak etdi. Sosial-Demokratlar seçkilərdə 121 deputat yerindən 62-cə sahib oldular. 7 mart 2011-ci ildə ilk iclasda Şolts 118 səsdən 62-ni qazandı. Baxmayaraq ki, ASDP üzvü Frank Vizner səsəvermədə iştirak etmirdi. Hesab edilir ki, Şoltsun namizədliyinə müxalif deputatlardan da biri səs verib.[43].
Hamburqub birinci meri kimi Olaf Ş. Alman Şəhər Assosiasiyalarının əsas komitəsinin üzvü idi. Mer seçildikdən sonra o bundestaq deputatı mandatından imtina edir, belə ki, Hamburq konstitusiyası dövlət qulluqçusunun deputat olmasına imkan vermir.
28 mart 2012-ci ildə O. Şoltsun təşəbbüsü ilə Hamburq vətəndaşlığında ASDP və Sol Partiyanın səsləri ilə Hapag-Lloyd gəmiqayırma şirkətinin payında öz səslərini artırmaq üçün 420 milyon avro vəsait ayırdı. Bununla da şərin şirkətin payında çəkisi 23,6 -dan 36,9-a atrdı[44]. Tanınmış Almaniya sənaye meneceri Maykl Berend 2018-ci ildə bvildirdi ki, 2012-ci ildə hesab edilirdi ki, bununla da çətinlikləri olan şirkətdə 20 min yeni iş yeri yaradılacaq[45]. Bunun sayəsində Hamburq şəhəri HGV vasitəsilə Hapag-Lloyd AG şirkətinin səhmlərinin 39,6 faizinə sahib oldu[46].
2015-ci il şəhər parlamentinə seçkilərdə ASDP 45,6 faiz səsə topladı. İkinci siyasi qüvvə olan XDİ-XSİ-nin 15,9 fazi səsə toplamasına baxmayaraq sosial-demokratlar mütləq çoxluq mövqeyni itirmişdilər. Ona görə partiya yaşıllar ilə koalisiya qurmalı oldu.2015-ci ilin aprel ayında şəhər parlamenti Olaf Şoltsu yenidən şəhər meri seçdi. Səsvermədə o ADP-Yaşıllar koalisiyasının mümumi səsindən üç səsə çox, 75 səsə topladı.2018-c ilin mart ayında o federal hökumətdə nazir vəzifəsini tutmaq üçün Hamburq meri vəzifəsini tərk etdi. Onun yerini ASDP üzvü Petr Çençer tutdu.
2016-cı ildə Hamburq vergi xidməti şəhərdə yerləşən MWarburg & COM bankından 47 milyon avro vəsaiti geri qaytara bilərdi. Bank bu vəsaiti (Cum-Ex)-dən qeyri-qanuni gəlirlər vasitəsilə əldə etmişdi. Vergi xidməti sonradan bu məsələdən geri çəkildi. Bu məsələdə Olaf Şoltsun rolu birmənalı qarşılanmır. 2020-ci ildə NDR və Die Zeit yazdılar ki, Şolts Hamburqun meri olarkən üç dəfə bankın rəhbəri Kristian Oleriusla görüşüb. Oleari borcu qaytarmaqdan imtina etdiyinə görə Şolts məsələni sonrakı araşdırılması üçün maliyyə üzrə senatora göndərdi. Sonradan Şolts bildirirdi ki, bankirlə söhbətin detallarını xatırlamır. Oleverinin sonradan əldə edillən gündəliyindən aydın olur ki, Şolts ehtiyatla hərəkət edirdi. Heç nə söz vermirdi, Oleariusun mövqeyni qəbul etmirdi və sənədləri müvafiq idarələrə göndərmədi[47][48]
2020-ci ilin aprelində və 2021-ci ilin əvvəlində bank məsələni həll etdi və Cum-Ex xətti ilə alınan 47 milyon avro da daxil olmaqla 155 milyon avro vergi borcunu ödədi. Əvvəlcə o bunu fəaliyyətinə təhddi olduğunu əsas gətirərək etdiyini, sonra isə qanunun təsir vaxtının keçdiyinə etdiyinə görə etdiyini elan etdi[49]. 2021-ci ilin avqustunda Hamburqun vergi müfəttişliyinin şöbə müdiriHamburq parlamentinin tədqiaqat komissiyası qarşısında çışında bildirdi ki, Şoltsun və ya digərinin bu məsləyə təsiri olmayıb . Həmçinin o Şoltsla bank rəhbərinin görüşləri barədə heç nə bilmir[50][51].
Olaf Şoltsun G20-nin 2017-ci ildə Hamburqda keçirlən sammitinin təşkilində rolu haqqında müxtəlif fikirlər var. O sammit ərəfəsində demişdi : "Narahat olmayın : biz təhlükəsizliyi təmin edə bilərik" və " Biz də hər il portun yaranma gününü qeyd edirik. Mütləq elə adamlar tapılacaq ki, 9 iyulda təəccüb edəcəklər ki, sammit artıq öz işini bitirib"[52]. Bu hadisələrə görə Şolts istefaya getməkdən imtina etdi :" Mən G20-dən ölsəydim, istefaya gedərdim"[53]. G20 sammitində polis qanunpozunrusuna görə 115 cinayət işi qaldırılmışdı, onlardan 92-i polis tərəfindən vəzifə səlahiyyətlərini yerinə yetirərəkən fiziki zorakılığa görə idi. Bu barədə Şolts demişdi :" Heç bir polis zorakılığı olmamışdı, bu yalan sözlərdir, mən rədd edirəm"[54].
Mənzil tikintisi Olaf Ş. 2011-ci ildə seçkiqabağı çıxışlarının əsas motivi idi[55]. Seçilən ili o mənzil tikintisi ilə bağlı şəhərlə yeni kontrakt bağladı. Məqsəd o idi ki, 2014-cü ildə ildə şəhərdə 6 min yeni mənzil inşa edilsin. Onun 30 faizi dövlət tərəfindən amliyyə\ləşməli idi və orta və aşağöı gəlirli ailələrə verilməli idi[56]. Bu hədəfə artıq 2013-cü ildə çatıldı. Ancaq kirayənişinlər assosiasiyası və Sol Partiya hesab edirdilər ki, Hamburqun əhali artımı ilə müqayisədə bu kiçik rəqəmdir[55].
XDİ, XSİ və ASDP-nin iştirakı ilə federal hökumətin yaranmağı ilə IV Merkel hökuməti Olaf , olts 14 mart 2018-ci ildə federal kanslerin müavini və federal maliyyə naziri təyin edilir. Ondan əvvəl ASDP sədr vəzifələrini icra edən şəxs kimi partiyanın maraqlar nəzərə alınan koalisiyanın qurulması ilə bağlı uğurlu danışıqlar apardı.
2019-cu ilin yanvarında Deutsche Bank və Commerzbank birləşməsi ilə bağlı ictimai müzakirələr keçirildi[57]. Şolts bu mövqunu yenidən təklif etdi, ancaq ekspertlər tərəfindən qəbul edilmədi. Onlar bildirdilər ki, birləşdikdə " bu çox nəhəng olacaq və uğursuzluğa düçür ola bilərik"[58].
Koronavirus pandemiyasının ilk dövründə Şolts təklif etdi ki, dövlər iqtisadi məhdudiyyətlər yumsaldılsın ki, "hamı-şirkətlər, işçilər, ailələr bu çətin dövrdə maksimum təhlükəsizlikdə olsunlar"[59].2020-ci ilin mart ayında federal maliyyə nazirliyi tərəfindən hazırlanan ilk yardım zərfində, peyvəndlərin hazırlanması da daxil omaqla 3,5 milyard avro yardım nəzərdə tutulmuşdu. 50 milyard avro kiçik biznecə və özünüməşğulluqla məşğul olanlara yardım üçün, 100 milyard avro isə iqtisadi stabillik üçün ayrılmışdı[60].
Şolts Wirecard ödəmə xidmətləri şirkətinin müflisləşməsi ilə bağlı kəskin tənqidə məruz qaldı. belə ki, Federal maliyyə nəzarəti xidməti (BaFin) ciddi səhvlər buraxmışdı. Tənqidçilər bildirirdilər ki, federal maliyyə nazirliyi BaFinin monitorinqinə cavabdeh idi. 2021-ci ilin 29 yanvarında Şolts elan elədi ki, o prezident postunu tutmaq istəyir[61] və islahatlara başladı[62].
2021-ci ilin iyununda Sent-Ayvsda "Böyük yeddilik" Şolts tərəfindən hazırlanan tarnsmilli şirkətlər üçün nəzərdə tutulan dünya üzrəı 15 fazilik minimal vergi təklifini razılşadırdılar. G7 əsa sona görə razılşadı ki, Şolts prezident Co Baydeni bu məsələdə xələfi Donald Trampdan fərqli olaraq inandıra bildi[63].
Həmçinin 2021-ci ilin iyununda Şoltsun Mərkəzi Federal vergi xidməti tərəfindən Dubaydan olan vergidən yayınanları ələ alması barədə məlumatı oldu. Bu milyonlarla vergi ödəyiciləri və Dubayda vergi xidmətindən yayınaraq yerləşdirilən aktivlər barədə idi. Həmin məlumatlar vergidənyayınmanın masştabını müyyənləşdirməyə kömək edirdi[64].
26 sentyabr 2021-ci ildə keçiriən parlament seçkilərində O. Şoltsu federal kanslerliyə namizəd irəli sürdü. Partiya seçkilərdə qalib gəldikdən sonra yaşıllar və Azad Demokratlar Partiyası ilə koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlar aparıldı. 8 dekabr 2021-ci ildə Şolts üç partiyanın səsi ilə kansler seçildi. Səsvermədə 736 deputatdan 707-i iştirak etdi və koalisiya hökuməti 395 səs topladı.[65] Onun hökumətində bərabər sayda kişi və qadın nazirlər vardır. Olaf Şolts Almaniya Federativ Respublikasının doqquzuncu federal kansleridir[66] və ikinci kanslerdir ki, çıxışında "Allah" sözünü işlətmədi.[67] Kansler vəzifəsinə seçilərkən onun 63 yaşı oldu, ona qədər ancaq Konrad Adenauer və Lüdviq Erhard kansler seçilərkən müvafiq olaraq 73 və 66 yaşları olmuşdur.
Olaf Şoltsa görə, Rusiya "ən qüdrətlinin qanununun deyil, qanunun aliliyinin tətbiq olunduğunu" qəbul etməlidir. Bununla o, geosiyasi mühitin yeni strategiyalar tələb etdiyini qəbul etmişdir.[68]
Çin ilə münasibətlər kontekstində Şolts Almaniyanın kansler Angela Merkelin kursunu davam etdirməsinin optimal olacağını düşündüyünü bildirmişdir. O, üzvü olduğu siyasi birlikdən fərqli olaraq, Çində azlıqlara, xüsusən də türk və müsəlman olan uyğurlara qarşı insan haqlarının pozulmasına qarşı açıq bir mövqe nümayiş etmişdir.[69]
Gerhard Şröderin kanslerliyi dövründə (1998–2005-ci illər) Şolts özünün islahatlar siyasətini müdafiə edirdi və "şröderçilər" qrupuna aid edilmişdi. O mövqeyini "sosial-demokrat, düşünülmüş, balanslaşdırılmış və mümükn" adlandırırdı[70]. O həmçinin praqmatik hesab edilir[71] və 2005–2009-cu illərdə əmək naziri kimi vətəndaşların 68 yaşında pensiyaya çıxmasına şrait yaradılmasının tərəfdarı idi[72]. 2007-ci ildə o işsizlərlı bağlı düşünülmüş ciddi qaydaların gözlənilməsinin tərəfdarı kimi çıxış etdi[73].
O bildirirdi : " Əgər Almaniyada çox iş yeri olacaqsa, pensiya təmin edilmiş olur"[74].
ASDp-nin baş katibi kimi Olaf Şolts 2002-ci ildə uşaqlara bütün sutka boyu baxmaq imkanlarını genişləndirmək kampaniyasını apardı. O təklif edirdi ki, uşaqların azı beşdə birinə uşaq bağçasında yer verilməli və günü uzadılmış məktəblərin sayı artırılmalıdır[75]. 2020-ci ilin may ayında isə o tələb edirdi ki, koronavirus pandemiyası ilə bağlı ailədəki hər uşağa bir dəfəyə 300 avro vəsait verilsin[76].
2006-cı ildə o ASDP-nin ölkə üzrə hər iş saatına 6,5 avro minimal əmək haqqı təklifini müdafiə etdi. Ancaq XDi-nin etirazına görə təklif qəbul edilmədi[16]. Onda o 2007-ci ildə mək naziri kimi İşçilərin ezamiyyət haqqında Qanuna minimal əmək haqqı bəndinin salınmasını təklif etdi[77]. Həm 2020-ci ildə[78], həm də 2021-ci ildə o bir saat üçün minimal əmək haqqının 12 avroya qaldırılmasını təklif edir[79].
O. Şolts artıq bir neçə ildir ki, maliyyə əmaliyyatlarına vergi tutulması kampaniyasını aparır. Ekspertlər bu planı tənqid edərək bildirirlər ki, bunun tətbiqi kiçikn səhmdarların maraqlarına toxunacaq[80][81][82][83]. 2019-cu ilin dekabrında o bu verginin Avropa Birliyi səviyyəsində qəbul edilməsini təkid edirdi. Təklifə görə vergi azı bir milyard avro səhmə malik olan şirkətlərə tətbiq edilməli idi.[84].German-Yozef Tenhagen bu ideyanı tənqid edərək bildirirdi ki, bununla da daha yüksək imkana malik şirkətlər üçün vergi sistemi ləğv edilir[85]. Almaniya federal hökumətinin sifarişi ilə Dünya İqtisadiyyatı İnstitutu təklifə analiz edərək Tenhagenin fikrini təsdiq etdi[86].
Olaf Ş. 2018-ci ildən dünya səviyyəsində minimal verginin müəyyən edilməsinə çalışır[87], bu onun fikrincə dünyada vergi həddinin aşağı salınmasının qarşısını alardı. 2021-ci ilin yayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 131 üzvü bu barədə razılşadılar, G29 ölkləri isə bu barədə 2021-ci ilin iyulunda razılaşdılar[88]. Bu razılaşma birbaşa Şoltsun fəaliyyətinin nəticəsi idi[89].
2019-cu ilin sentyabrında O. Şolts ASDP-nin iqlim dəyişikləri üzrə təkliflər zərfinin hazırlanmasında böyük rol oynadı. O bəyan etdi ki, " bizim təqdim etdiyimiz böyük uğurdur"[90], baxmayaraq ki, iqlimşünas alimlər nəticəni çox tənqid etdilər[91][92][93][94].
2020-ci ildə O. Şolts ABŞ hökumətinə Almaniyanın şimalında sıxılmış qaz üçün terminal tikintisini maliyyələşdirməyi təklif etdi. Əvəzində isə Almaniya "Şimal axını-2" qaz burusu layihəsindən imtina edərdi[95]. Kansler olduqdan sonra isə Şolts bildirdi ki, layihə "özəl sekttorun işidir" və ona Rusiya ilə münasibətlərdən asılı olmayaraq qiymət veriləcək. Bu bəyanat sosial-demokratlarla hökumət koalisiyada olan yaşıllar tərəfindən kəskin tənqid olundu[96].
Svenya Şultse və Olaf Şolts tərəfindən yenidən baxılan iqlimin mühafizəsi barədə qanun CO 2-nin atmosferə atılmasını 2030-cu il üçün 65, 2040-cı il üçün 88 azaldır, 2045-ci il üçün isə tamamilə neytrallaşdırır[97].
2021-ci ilin may ayında Şolts iqlim siyasətinin ümumi minimal standartlarının yaradılması və əlaqələndirilmiş yanaşma üçün beynəlxalq iqlim klubu yaratmağı təklif etdi. Həmçinin klub üzvləri tərəfindən CO 2 tullantıları üçün vahid norma qaydaları müəyyən edilməli idi[98].
Onun mətbuat konfranslarında avtomat kimi danışmağına və sözləri mexaniki olaraq səsləndirdiyinə görə KİV tərəfindən ""Şolsomat" adı verilib (ilk dəfə Yan Ross tərəfindən 13 mart 2009-cu ildə). 2013-cü ildə o bu adlanmanı "yerində olan söz" kimi qiymətləndirdi[99].
2011-ci ildə Şolts Dittsche komediya şousunda qonaq kimi iştirak etdi[100].
2021-ci ildə Olaf Şolts satirik kukla serialında Amerika cizgi filmi qəhrəmanı Smurf kimi göstərildi. Bavariyanın baş naziri Markus Syoder koronavirusla mübarizəyə dair federal torpaqların toplantısı zamanı Şoltsa dedi ki, " ona acıqlı şəkildə gülümsəmək lazım deyil"[101].
Həyat yoldaşı (1998-ci ildən) — Britta Ernst (1961-ci il), ASDP fəalı, Brandenburqun təhsil, gənclər və idman naziridir.[102] Uşaqları yoxdur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
<ref>
teqi; ibadov
adlı istinad üçün mətn göstərilməyib