Olqa Stefanişina | |
---|---|
ukr. Ольга Віталіївна Стефанишина | |
Doğum tarixi | 29 oktyabr 1985 (39 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | hüquqşünas, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Olqa Stefanişina (ukr. Ольга Віталіївна Стефанішина) — ukraynalı hüquqşünas. Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə baş nazirin müavini (4 iyun 2020-ci ildən)[1].
29 oktyabr 1985-ci ildə Odessada anadan olşdur. 2006–2007-ci illərdə özəl hüquq fəaliyyəti ilə məşğul olmuşdur[2]. 2007-ci ilin sonunda o, Ukrayna Ədliyyə Nazirliyinin əməkdaşı olur. Qanunvericiliyin Uyğunlaşması üzrə Dövlət Departamentinin Avropaya İnteqrasiyaya Hüquqi Dəstək Departamentinin Adaptasiya üzrə İşin Təşkili və Planlaşdırılması Departamentində işləyib (2007–2010). 2010–2015-ci illərdə Ukrayna Ədliyyə Nazirliyində Beynəlxalq Hüquq Departamentinin direktor müavini, Avropaya İnteqrasiya Departamentinin isə direktoru olaraq çalışır[3]. 2017-ci ilin mart-dekabr aylarında Nazirlər Kabineti Katibliyinin Avropa və Avro-Atlantik İnteqrasiyası üzrə Hökumət İdarəsinin direktoru vəzifəsində çalışıb. 2017-ci ilin dekabrında o, Nazirlər Kabineti Katibliyinin Avropa və Avro-Atlantik İnteqrasiyasının Koordinasiyası üzrə Hökumət İdarəsinin baş direktoru təyin edilib. 2019-cu ildə işdən çıxarıldıqdan sonra İlyaşev & Partners hüquq firmasında məsləhətçi işləyir[4]. İyunun 4-də o, Vadim Pristaykonun yerinə baş nazirin Avropaya inteqrasiya üzrə müavini təyin edilir. 2019-cu ilin növbədənkənar parlament seçkilərində o, Ukraynanın Strategiya Qroysman partiyasının 25 saylı siyahıları üzrə Ali Radaya namizəd olur, lakin parlamentə düşə bilmir[5]. 4 iyun 2020-ci ildə Ali Rada Olqa Stefanişinanın Ukraynanın Avropaya inteqrasiyası üzrə baş nazirin müavini təyin edilməsinə səs verir[6]. 17 avqust 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.
Anası — Nadejda Fedorovna Kravets (1952-h.h)
Keçmiş əri — Mixail Vasilieviç Stefanişin, hüquqşünas və məmur. Ərindən 2017-ci ildə boşanıb[7]. Keçmiş ərindən Anastasiya adlı bir qızı və Daniel adlı bir oğlu vardır[8].
Odessada üç, Kiyevdə bir mənzili vardır. O, həmçinin 2012-ci ildə alınmış 2009 Toyota RAV4 avtomobilinin sahibidir. 2019-cu ildə o, 800 min qrivna əmək haqqı alıb[9].
2008-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib (beynəlxalq hüquqşünas, ingilis dilindən tərcüməçi). 8 ildən sonra maliyyə və kredit mütəxəssisi ixtisası alaraq Odessa Milli Universitetini bitirib.
İngilis, ukrayna və rus dillərini səlis bilir.